Icma.az
close
up
RU
Vərəmə yoluxma halları 1000 i keçdi Bu şəxslər üçün RİSK BÖYÜKDÜR

Vərəmə yoluxma halları 1000 i keçdi Bu şəxslər üçün RİSK BÖYÜKDÜR

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Vərəm yoluxucu infeksion xəstəlik olub, əsasən ağciyərlərin zədələnməsinə səbəb olur. Dünyada, həmçinin, ölkəmizdə aparılan mübarizə nəticəsində xəstəlikdən ölənlərin sayı azalıb.
Bu həftə Milli Məclisdə vərəmlə mübarizəyə dair ictimai dinləmənin keçiriləcəyi bildirilib. Qeyd edilib ki, payız sessiyası müddətində “Azərbaycanda vərəmlə mübarizə: mövcud vəziyyət, problemlər və onların həlli yolları” mövzusuna dair ictimai dinləmə təşkil olunacaq.
 

MÖVZU İLƏ BAĞLI:
Vərəm xəstələrinin müalicəsi ilə bağlı YENİLİK


Qeyd edək ki, ötən il ölkədə 219 nəfər vərəm xəstəliyindən dünyasını dəyişib, 1103 yoluxma qeydə alınıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ildə vərəmə yoluxanlardan 725-i kişi, 378-i qadın olub. Ölənlərdən isə 175-i kişi, 44-ü qadındır.
Azərbaycanda əvvəlki illərlə münasibətdə vərəmlə mübarizədə nə dəyişib? Xəstəlik necə aşkarlanır və onunla mübarizə necə aparılır?
Bizim.Media bu suaalra cavab tapmaq üçün terapevt Rasif Bağırovun fikirlərini öyrənib.
Həkimin sözlərinə görə, vərəmlə mübarizədə sovet dövrünün mübarizə üsulundan da istifadə olunur:
“Vərəm xəstəliyi ilə mübarizə hələ sovet dövründən ayrıca bir təhlükəli, cəmiyyət üçün çox qorxulu infeksiya kimi aparılırdı. Həmin dövrdə aparılan mübarizə üsulundan bu gün də istifadə olunur. Uşaq vaxtı vərəmə tutulmamaq üçün uşaqlar peyvənd olunurlar. Peyvəndlərin 9-10 il orqanizmi qoruma müddəti var. Ondan sonra insanların orqanizmi həmin yoluxmaya qarşı açıq olur.
İmmun sistemində zəiflik baş verən kimi vərəm xəstəliyi inkişaf edir. Çox vaxt islah əmək düşərgələrində, həbsxanalarda olan insanlarda vərəm xəstəliyi daha çox yayılır. Buna da onların qaldığı şəraitə uyğun olaraq orqanizmin immun sisteminin kəskin şəkildə aşağı düşməsi səbəb olur”.
O bildirib ki, vərəmə bütün dünyada sosial xəstəlik deyirlər:
“Yəni o ölkədəki sosial vəziyyət yaxşıdır, orda vərəm xəstəliyinə yoluxanlar az olur. Sosial vəziyyəti pis olan ölkələrdə , yəni insanların qidalanması, əmək və istirahət şəraiti, insanların yaşayışı üçün lazım olan şərait yaxşı olmadıqda vərəm xəstəliyi inkişaf edir. Çünki vərəm çöpləri həm xəstə, həm də sağlam orqanizmdə olur, lakin kimin orqanizminin müqavimət qabiliyyəti zəif olurs,  həmin şəxslərdə fəaliyyətsiz olan vərəm çöpləri fəaliyyət göstərməyə başlayırlar.
Həkim xəstədə vərəm xəstəliyinin olması barədə şübhələnəndə o zaman xəstədən analizlər, bəlğəm, tüpürcək və digər bütün analizlər götürülür. Müayinələr zamanı vərəm aşkar olunur. Bizdə vərəm dispanserləri var, həmən dispanserlərdə insanlar qeydiyyata alınır. Bütün səhiyyə təşkilatlarında həkimlər vərəm xəstələrini təcrid eləmək istiqamətində müəyyən işlər aparırlar ki, xəstəlik cəmiyyətdə yayılmasın.

Beləliklə, xəstəlik ən azı 3 ay olmaqla növündən, ağırlığından asılı olaraq 8 aya qədər müalicə alırlar. Xəstəlik sağalana qədər onlar nəzarətdə olurlar, müəyyən dövrlərdə aktivliyin olub-olmaması yoxlanılır.


Çünki vərəm çöpləri bədəndən heç vaxt təmizlənmir.
Vərəm ocaqları müalicə nəticəsində bağlanır, bağlandıqda ağciyərdə olan həmin ocağın düz mərkəzində örtülü şəkildə vərəm çöpü qalmış olur. Gələcəkdə xəstə yenidən çətin sosial şəraitə düşərsə, vərəm çöplərinin yenidən inkişaf etməsi və şəxsi xəstəliyə düçar etməsinə səbəb olur”.
Günay Şahmar, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:71
embedMənbə:https://bizim.media
archiveBu xəbər 19 Sentyabr 2025 12:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see342

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see331

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see223

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see209

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see199

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see194

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see192

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see182

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see175

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see173

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see172

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see171

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see170

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see170

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see168

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see162

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see161

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see145

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see137

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri