Icma.az
close
up
RU
Vergi borcu olan şirkət ölkədən pul çıxardı

Vergi borcu olan şirkət ölkədən pul çıxardı

"Is Consumer Products" MMC-yə inzibati protokol yazılıb.

Pravda.az-ın xəbərinə görə, Mərkəzi Bank protokolu İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edib.

İş Sabunçu Rayon Məhkəməsinin hakimi Teymur Həsənovun icraatındadır.

Qeyd: Dövlətə 45 142 AZN borcu olan şirkətin qanuni təmsilçisi Saleh Sahib oğlu Fətullayevdir.

Xəyal Quliyev

seeBaxış sayı:59
embedMənbə:https://pravda.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri