Icma.az
close
up
RU
Daha bir şirkət ölkədən pul çıxardı, cəzalandırıldı

Daha bir şirkət ölkədən pul çıxardı, cəzalandırıldı

Xətai Rayon Məhkəməsində "Modern Biznes Co" MMC-yə yazılan inzibati protokola baxılıb.

Pravda.az-ın xəbərinə görə, hakim Sülhanə Hacıyevanın sədrliyi ilə keçirilən iclasda qərar qəbul olunub.

Qərara əsasən, şirkət cərimələnib.

Xatırlatma: Azərbaycan Mərkəzi Bankı protokolu İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edib.

Xəyal Quliyev

seeBaxış sayı:100
embedMənbə:https://pravda.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri