Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Məşhur bir hiylə paltaryuyan maşınınıza zərər verə bilər

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İlhamə Quliyeva müsahibə verdi və ağladı

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Lavrovun müavini Azərbaycan səfiri Rəhman Mustafayevlə görüşüb

Roma nın Raspadori planı

Vergi borcuna görə ölkədən çıxış qadağası: rəqəmlər və narahatlıq… HÜQUQŞÜNAS DEYİR Kİ...

Vergi borcuna görə ölkədən çıxış qadağası: rəqəmlər və narahatlıq… HÜQUQŞÜNAS DEYİR Kİ...

Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

Açıq mənbə kimi e-mehkeme.gov.az portalında kommersiya məhkəmələrinin iş predmetlərinə baxarkən narahatedici mənzərə ilə üzləşdim:

Yalnız 2025-ci ilin noyabr ayının ilk 7 günündə Bakı Kommersiya Məhkəməsində vergi orqanları tərəfindən 166 iş qaldırılıb. Bu işlərin hamısı xüsusi icraat qaydasında təqdim olunan, “vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbləridir”.

Gununsesi.info xəbər verir ki, bunu tanınmış vəkil Cavad Cavadov deyib.

Vəkikin açıqlamasına görə, təkcə Sumqayıt Kommersiya Məhkəməsində noyabr ayı üzrə eyni kateqoriyada 20-dən artıq iş qeydə alınıb: “Oktyabrda da kəmiyyət yüksək idi; lakin açıq reyestrdən hamısını ayrıca saymaq faktiki mümkün olmadı.

Digər açıq mənbədən olan statistikanı araşdırdım:

2025-ci il hələ başa çatmadığı üçün ilin ümumi mənzərəsi yoxdur. Lakin 2025-ci ilin I yarısı üzrə məlumatına görə, kommersiya məhkəmələrində 6 811 işə baxılıb; bunların 2 301-i “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” kateqoriyasına aiddir və həmin işlərin 2 207-si təmin edilib. Yəni bu işlər ümumi sayın 33,8 faizini təşkil edir.

Məhkəmələr vergi orqanlarının müraciətlərinin 96 (dəqiq 95, 9) faizini təmin edirlər.

96% ərizələrin təmin edilməsi nə deməkdir?

Bu, vergi orqanlarının bu kateqoriya üzrə verdiyi ərizələrin təxminən hər 100-dən 96-sının təmin olunması deməkdir (2 207 / 2 301 ≈ 95,9%).

Xüsusi icraatın sürətləndirilmiş prosedurları fərdi qiymətləndirmə standartını zəiflədir və bu cür tələblərin məhkəmə şablonlaşması riskini kəskin şəkildə artırır”.

Cavadov Cavadov deyir ki, işlərin çoxluğu məhkəmələr üçün həcm təzyiqi yaradır və hakimlərin ərizələri detallı yoxlamağını praktiki olaraq çətinləşdirir:

“Nəticədə mütənasiblik testi formal xarakter ala bilər.

Vergi borcuna görə ölkədən çıxışa məhdudiyyət hüquqi çərçivədə mümkündür. Ancaq iki ciddi məsələ var:

Mütənasiblik – Konstitusiyanın 28-ci maddəsi hərəkət azadlığını təmin edir. Məhdudiyyət yalnız zəruri vasitə olduqda tətbiq olunmalıdır. Vergi borcunun yığılması məqsədi ilə avtomatik olaraq çıxış qadağası tətbiq etmək, xüsusən də hüquqi şəxsin rəhbərinə münasibətdə, mütənasiblik prinsipini sual altına qoyur.

Kütləvilik – Bir neçə gün ərzində yüzlərlə belə işin verilməsi, bu işlərin ümumi işlərin sayının 34 faizə yaxın təşkil etməsi inzibati təcrübənin avtomatizasiya olunduğunu göstərir. Bu, həm biznes mühitinə, həm də ölkənin iqtisadi aktivliyinə soyuq təsir yaradır.

Hüquqi şəxsin təmsilçisinə (icra orqanının rəhbərinə) çıxış məhdudiyyəti vergi borcu ilə birbaşa fərdi əlaqələndirilməlidir: borcun yaranmasında şəxsi məsuliyyət, ödənilməməsinin qəsdiliyi, alternativ vasitələrin yetərsizliyi konkret əsaslandırılmalıdır.

Mülki prosessual qaydada belə tələblər “xüsusi icraat” kimi sürətlə baxılsa da, bu, əsaslandırma yükünü vergi orqanlarının üzərindən götürmür.

Alternativ tədbirlər mövcud olduqda (ödəmə cədvəli, girov, hesabların qismən dondurulması, daşınar/daşınmaz əmlaka yönəlmə və s.) çıxış məhdudiyyəti son çarə olmalıdır.

Biznes-dostu vergi icrası: könüllü ödəmə təşviq olunsun, mərhələli ödəmə planları genişlənməli və yalnız nəticə vermədikdə sərt məhdudiyyətlər tətbiq edilsin.

Bu problem sistemli olduğundan vergi orqanları hər rüb çıxış qadağalarının sayını, əsaslandırmasını və nəticələrini (borcun yığılmasına real təsiri) açıqlamalıdırlar.

Hüquqi şəxsin rəhbərinə münasibətdə qaydaların yenidən baxılmalı, bu vasitənin şəxsi məsuliyyət doğurmayan hallarda, yalnız “vəzifəsinə görə” geniş tətbiq dayandırılmalıdır..

Kütləvi çıxış qadağaları qeyri-müəyyənlik və iqtisadi soyuducu təsiri yaradır, bu da biznes risklərini artırır.

Vergi intizamını gücləndirmək zəruridir. Ancaq yüzlərlə insanın ölkədən çıxışını məhdudlaşdırmaq ilk seçim deyil, son vasitə olmalıdır. İşlərin sayının çoxluğu bunun sistemli tendensiya olmasını göstərir.

Vergi yükünün qarşıdan gələn illərdə artacağı proqnozu fonunda bu təcrübə yenidən qiymətləndirilməli, şəffaflıq və mütənasiblik prinsipləri praktikada təmin olunmalıdır”.

AFƏT ABBASOVA 

GUNUNSESI.INFO 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 12 Noyabr 2025 09:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see267

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see259

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see241

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see228

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see208

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see203

Məşhur bir hiylə paltaryuyan maşınınıza zərər verə bilər

25 Dekabr 2025 18:54see191

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see190

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see174

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see166

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

25 Dekabr 2025 19:06see163

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see155

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see153

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see146

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

25 Dekabr 2025 22:54see143

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see143

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see138

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see138

Lavrovun müavini Azərbaycan səfiri Rəhman Mustafayevlə görüşüb

25 Dekabr 2025 19:17see137

Roma nın Raspadori planı

25 Dekabr 2025 23:10see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri