Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərin gözlənilən nəticələri və təsirləri açıqlanıb
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 6 noyabr, AZƏRTAC
Vergi Məcəlləsinə dəyişikliklər nəticəsində dövlət büdcəsinə əlavə 623 milyon manat vəsaitin daxil olması proqnozlaşdırılır.
AZƏRTAC xəbər verir ki, bu barədə Mili Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin müzakirəsi zamanı Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli bildirib.
Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərin gözlənilən nəticələri və təsirlərindən danışan O.Nəzərli deyib ki, xaricdən əldə olunan dividend gəlirləri üzrə vergi dərəcəsinin azaldılması xaricdə yerləşən maliyyə vəsaitlərinin, investisiyaların Azərbaycana repatriasiyasını və gəlirlərin könüllü bəyan edilməsini təşviq edəcək. "Dövlət-özəl tərəfdaşlığı layihələri, avtomobil istehsalı, gəmiqayırma, balıqçılıq, kənd təsərrüfatı və ictimai iaşə sahələrində tətbiq olunan vergi güzəştləri həmin sahələrdə əlavə dəyərin və istehsal həcmlərinin artmasına səbəb olacaq. Həmçinin bərbər və gözəllik sahəsində xidmətlər üzrə “ƏDV geri al” mexanizminin tətbiqi bu fəaliyyət sahələrinin şəffaflaşmasına mühüm töhfə verəcək", - deyə o vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:32
Bu xəbər 06 Noyabr 2025 13:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















