Icma.az
close
up
RU
“Vergi ödəməsi 14% qüvvədə qaldığı müddətdə bu kirayə qiymətlərinin artmasına gətirib çıxaracaq” Elnur Fərzəliyev

“Vergi ödəməsi 14% qüvvədə qaldığı müddətdə bu kirayə qiymətlərinin artmasına gətirib çıxaracaq” Elnur Fərzəliyev

Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yeni dərs ilinin başlanması ərəfəsində kirayə mənzil bazarında canlanma müşahidə olunub. Xüsusilə bölgələrdən paytaxta üz tutan tələbələr üçün münasib qiymətə, universitetə yaxın və normal şəraitli ev tapmaq avqust, sentyabr ayında daha çətindir.
Bundan əlavə evlərini kirayə verən əmlak sahiblərinin heç də hamısı vergi ödəyicisi kimi qeydiyyata durmayıblar. Əksər hallarda mənzil kirayə götürənlə, kirayə verən arasında rəsmi müqavilə imzalanmır. Baxmayaraq ki, hər iki tərəf problemlə qarşılaşır, ev sahibinin kirayənişini xəbərdarlıq etmədən çıxarılması, eləcə də kirayənişinin xəbərdarlıq etmədən evdən çıxması kimi problemlər yaratsa da, yenə də müqavilə bağlanmasına maraq demək olar ki, yoxdur. Çox halda ev sahibləri kirayə götürənlə qeyri-rəsmi, şifahi razılaşma əldə edir və mənzili kirayənişinə verirlər.

“Bakı şəhərində baş verən söküntülər səbəbindən kirayə mənzil bazarında ciddi qiymət artımları müşahidə olunur”.

Bu sözləri Gununsesi.info-ya açıqlamasında əmlak eksperti Elnur Fərzəliyev mənzillərin bahalaşması və kirayə verənlə kirayənişin arasında müqavilə bağlamamasına münasibət bildirərkən deyib.

“Artıq son illər paytaxt Bakı şəhərində baş verən söküntülər səbəbindən kirayə mənzil bazarında ciddi qiymət artımları müşahidə olunur. Kirayə mənzillərin qiymətlərinin artması təkcə söküntülər deyil, həmçinin daşınmaz əmlakların satış qiymətlərinin artması ilə əlaqədardır. Bakıda baş verən söküntülər səbəbindən artıq paytaxtın mərkəz və mərkəzə yaxın ərazilərdə mövcud olan fərdi yaşayış evlərindən ibarət yaşayış massivlərinin və köhnə çoxmənzilli yaşayış binalarının, xüsusən də istismar müddətini bitirmiş və qəzalı vəziyyətdə olan binaların sökülməsi səbəbindən həmin ərazilərdə mövcud olan kirayəlik mənzillər kirayə bazarına çıxmış olur. Və həmin bu tip yaşayış massivlərində yaşayan sakinlərin özləri onlara yeni tikili binalarda mənzillər verilən günə qədər, yaxud onlar özlərinə yeni mənzil alan günə qədər kirayə çıxmaq məcburiyyətində qalırlar. Bu səbəbdən kirayə mənzil bazarında son illər ciddi qiymət artımları baş verir. Xüsusən hər ilin ənənəvi olaraq avqust, sentyabr aylarında bölgələrdə yaşayan tələbələrin Bakı şəhərinə köç etməsi səbəbindən kirayə mənzil bazarında mənzil qıtlığı və qiymət artımları müşahidə olunur. Təbii ki qiymətlərin artması əksər tələbələrin büdcəsinə uyğun olmadığına görə onların böyük əksəriyyəti Bakıətrafı ərazilərə üstünlük verirlər”.

Əmlak eksperti vurğulayır ki, hər hansı bir əmlak kirayə verilirsə, həmin əmlakla bağlı notariat qaydada icarə müqaviləsi bağlanılmalıdır:

“Kirayə mənzillərdə bir çox problemlər yaşanır ki həmin problemlərdən biri də kirayə götürülən mənzillərin rəsmi icarə müqaviləsi ilə götürülməməsidir. Hər hansı bir əmlak kirayə verilirsə, həmin əmlakla bağlı notariat qaydada icarə müqaviləsi bağlanılmalı, icarə müqaviləsində tərəflərin yəni kirayə götürənlə, kirayə verənin bütün öhdəliklər qeyd olunmalıdır. Əgər həmin kirayə müqaviləsi rəsmi formada bağlanılmırsa, artıq mənzili kirayə verən şəxs istədiyi zaman kirayə qalanı evdən çıxara bilir, yaxud kirayə qiymətini artıra bilir, həmçinin kirayə qalan şəxslər də məlumat vermədən evi boşaldır. Bu da mənzil sahibinə bir çox problemlər yaradır.
Mənzillərin rəsmi formada icarə müqaviləsi bağlanılması prosesi natorial qaydada baş verir. Əgər hər hansı bir şəxs, əmlak sahibi öz əmlakını rəsmi notarial qaydada icarəyə verirsə, həmin şəxs artıq vergi ödəyicisinə çevrilir və aldığı evin kirayə pulunun 14 %-ni gəlir vergisi ödəmək məcburiyyətində olur. Təbii ki, hər bir şəxs qazandığı məvacibdən, yaxud qazancdan dövlətə vergi ödəməlidir. Lakin kirayələrdə münasibətdə kirayə müqaviləsi zamanı rəsmi formada bağlanılmış müqavilədə 14 % verginin ödənilməsi kirayə qiymətlərinin artmasına gətirib çıxarır. Əgər bütün mənzillərdə müqavilələr rəsmi formada bağlanılarsa, təbii ki, bu həmin mənzillərin aylıq kirayə qiymətlərini ortalama vergi nisbətilə götürsə, 14 % artmasına gətirib çıxaracaq. Bu səbəbdən mənzil sahiblərinin böyük əksəriyyəti öz aralarında qarşılıqlı razılaşma əsasında, yaxud hər hansı bir realtor (əmlakçı -red) ofislərin kontorunda bağlanmış müqavilə əsasında öz mənzillərini kirayə verirlər. Təbii ki, müqavilənin rəsmi formada bağlanmaması tərəflərin müəyyən hüquqlarının pozulmasına gətirib çıxarır”.

Elnur Fərzəliyev qeyd edir ki, insanlar öz əmlaklarını rəsmi formada müqavilə bağlayaraq vergi ödəyicisinə çevrilə bilərlər:

“Hal-hazırda ölkə üzrə daha çox Bakı, Abşeron ərasində isə mövcud olan daşınmaz əmlakların böyük bir hissəsi müxtəlif növ icarə və yaxud kirayə xidmətləri ilə vətəndaşlara verilir. Düşünürəm ki, vətəndaşların rəsmi formada kirayə götürdükləri əmlakları müqavilə bağlanması üçün kirayələrə tətbiq olunmuş vergilərin azad edilməsi lazımdır. Əgər kirayə müqavilənin rəsmi formada aparılması zamanı əmlak sahibini ödəyəcəyi vergi 14 %-dən daha az olarsa, minimuma enərsə, bu təbii ki, kirayə götürənlə kirayə verən tərəfindən müqavilə rəsmi formasında bağlanmasına gətirib çıxarar və bu səbəbdən də dövlət büdcəsi vergilərdən xüsusən kirayə vergilərindən böyük bir büdcə formalaşdırmış olar.

Hazırki vəziyyətlə əmlak bazarında baş verən proseslər səbəbindən kirayələrdə ciddi şəkildə qiymətlər artır və əgər bu hal, yəni kirayələrin rəsmi müqavilə forması üzərindən bağlanılması məsələsi ciddi nəzarətə götürülərsə, kirayə müqaviləsinin aylıq vergi ödəməsi 14% qüvvədə qaldığı müddətdə bu kirayə qiymətlərinin artmasına gətirib çıxarar. Müqavilələrin hər iki tərəf üçün rəsmi formada bağlanılması tövsiyə olunur və onların bütün öhdəlikləri müqavilədə qeyd olunur. Amma kirayə mənzillərin qiymətlərinin artması səbəbindən bu verginin azaldılması tövsiyə olunandır ki, bu həm kirayə qiymətlərinin artmasının qarşısını ala bilər. Başqa bir tərəfdən də kütləvi surətdə bütün insanlar öz əmlaklarını rəsmi formada müqavilə bağlayaraq vergi ödəyicisinə çev rilə bilərlər”.

Günel Həsənova
Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 20 Avqust 2025 10:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir Azərbaycan XİN sözçüsü

17 Noyabr 2025 19:21see205

BIAF 2025 Yang Liping Contemporary Dance (Çin) qrupunun Bahar ayini xoreoqrafik tamaşasını böyük uğurla təqdim etdi FOTO

17 Noyabr 2025 19:47see202

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

18 Noyabr 2025 11:13see176

“Vüqar Məmmədovun həbsi sifarişlidir” SAMİR ZEYNALOV

17 Noyabr 2025 21:38see164

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

17 Noyabr 2025 02:48see153

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

17 Noyabr 2025 04:13see141

Futbol bileti olanlar vizanı tez alacaqlar

18 Noyabr 2025 11:16see140

Nazir: Biz bu iş üçün 100 min manat ayırmışıqmı? Xeyr...

17 Noyabr 2025 18:19see130

Dünyanın ən nəhəng abidələri

17 Noyabr 2025 06:02see129

Azərbaycan kimi ölkələrdə iqtisadi artım tempi 4 5% olmalıdır Natiq Cəfərli

17 Noyabr 2025 19:42see127

Taksi sürücüləri və sərnişinlər arasında imtiyaz savaşı : Problem nə vaxt həll olunacaq?

17 Noyabr 2025 08:53see125

Elşad Əliyev istefa ərizəsi yazdı

17 Noyabr 2025 16:24see124

Yeni qan qrupu yaradılır: Yalnız 50 nəfərdə var

18 Noyabr 2025 00:35see124

ABŞ hava limanlarında uçuş məhdudiyyətini aradan qaldırır

17 Noyabr 2025 07:18see123

“Quba” gürcü oyunçu ilə yollarını ayırıb

17 Noyabr 2025 23:58see123

Almaniya və Çexiya rəqiblərinə “divan tutdu” gecənin nəticələri

18 Noyabr 2025 01:47see122

Məşhur Avropa kanalı Azərbaycanda ofis açdı GÖRÜNTÜ

17 Noyabr 2025 20:35see121

ABŞ ın San Dieqo şəhərində Azərbaycan Amerika dostluq konserti təşkil olunub

17 Noyabr 2025 07:16see117

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see117

Tramp BMT Təhlükəsizlik Şurasının qərarını alqışladı

18 Noyabr 2025 04:18see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri