Icma.az
close
up
RU
Vergi sistemində həyata keçirilən islahatlar investisiya cəlbediciliyini artırır

Vergi sistemində həyata keçirilən islahatlar investisiya cəlbediciliyini artırır

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Alman-Azərbaycan Xarici Ticarət Palatası (“AHK Azərbaycan”) tərəfindən “Azərbaycanda 2025-2026-cı illər üzrə bazar araşdırması: sənaye sahələri və investisiya trendləri” hesabatı dərc edilib. Hesabat “AHK Azərbaycan” ilə Almaniya ticarət və investisiya təşkilatının (Germany Trade & Invest) birgə əməkdaşlığı nəticəsində hazırlanıb.

Dövlət Vergi Xidmətindən XQ-yə verilən məlumata görə, sənəddə Azərbaycan iqtisadiyyatının dayanıqlılığının təmin edilməsi məqsədilə həyata keçirilən strategiyalar və fəaliyyət planları, biznes mühitinin təkmilləşdirilməsi istiqamətində irəliləyişlər və iqtisadi sahədə mühüm çağırışların həllində vergi islahatlarının müsbət təsirləri barədə məlumat verilir.

Hesabatda qeyri-neft sektorunun inkişafı, iqtisadi diversifikasiyanın genişləndirilməsi üçün atılan addımlar və pandemiyadan sonrakı dövrdə artım dinamikası əks etdirilir və qeyri-neft sektorunda ÜDM-in ortamüddətli dövrdə artımı barədə proqnozlar yer alır. Bildirilir ki, mövcud və ortamüddətli iqtisadi siyasət hədəflərindən biri prioritet investisiya layihələrinə dövlət dəstəyinin vergi, gömrük və ƏDV azadolmalarının tətbiqi ilə təmin edilməsidir. Sənəddə biznes imkanlarının genişləndirilməsi üçün perspektivlər və vergi islahatlarının biznes üçün yaratdığı əlverişli imkanlar təqdim edilir.

Hesabatda bildirilir ki, “kölgə iqtisadiyyatı”nın məhdudlaşdırılması məqsədilə həyata keçirilən vergi islahatları effektiv nəticələr verir: “Vergiödəyicilərinin sayı, bəyan edilmiş gəlirlər və ƏDV daxilolmaları artır”.

Sənəddə Almaniya ticarət və investisiya təşkilatının (Germany Trade & Invest) eksperti Uve Ştroxbaxın fikirləri də yer alır. Ekspert biznes mühitinin inkişafı istiqamətində həyata keçirilən islahatlar barədə bildirib ki, inhisarçı strukturları məhdudlaşdırmaq üçün hazırlanmış yeni tənzimləmələr rəqabət mühitinin təşviqi və dayanıqlı inkişafı dəstəkləyən innovasiyayönümlü mühitin formalaşdırılmasına xidmət edir: “Vergi orqanlarının 2028-ci ilə qədər ortamüddətli strategiyasında kiçik bizneslərin daha sürətli inkişaf edərək orta biznesdən daha effektiv sahibkarlıq subyektlərinə çevrilməsini təmin edəcək təşviqlərin verilməsi nəzərdə tutulur. Bu tədbirlər özəl sektorun gücləndirilməsinə, diversifikasiyanın genişlənməsinə və iqtisadi dayanıqlılığın artmasına töhfələr verəcək”.

Hesabatda Azərbaycan hökumətinin vergi güzəştləri, azad ticarət zonaları və Avropa İttifaqı ilə strateji tərəfdaşlıqlar vasitəsilə biznes üçün əlverişli mühit yaratdığı vurğulanır. Bu tədbirlər Azərbaycanın regional və qlobal ticarət platformasında aparıcı mövqeyə malik olmasını nümayiş etdirir və qabaqcıl həllərlə Avropa və Almaniyanın biznes təmsilçiləri üçün münbit şərait formalaşdırır.

Hesabat ümumilikdə Azərbaycanın biznes mühitinə xarici baxışı əks etdirir və ölkədə həyata keçirilən vergi islahatlarının müsbət nəticələrini vurğulayır: “Vergi islahatları sahibkarlıq mühitinin son illər daha şəffaf və əlverişli olmasını təmin edib”.

Qeyd olunur ki, Azərbaycanın vergi sistemində aparılan islahatlar investisiya cəlbediciliyini artırır və iqtisadi dayanıqlılığı gücləndirməklə inkişaf prioritetlərinə mühüm töhfələr verir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:121
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 Dekabr 2025 13:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see234

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see220

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see202

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see195

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see188

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see187

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see184

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see174

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see172

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see169

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see159

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see157

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see151

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see150

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri