Icma.az
close
up
RU
Verilənlərin emalı mərkəzlərinin enerji səmərəliliyinin artırılması problemləri ilə bağlı tədqiqat aparılır

Verilənlərin emalı mərkəzlərinin enerji səmərəliliyinin artırılması problemləri ilə bağlı tədqiqat aparılır

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 1 sentyabr, AZƏRTAC

Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunun icraçı direktoru dosent Rəşid Ələkbərov və institutun baş mütəxəssisi Oqtay Ələkbərovun həmmüəllifi olduqları məruzə “Kibernetika və İnformatikanın Problemləri” mövzusunda 6-cı beynəlxalq konfransında (PCI 2025) dinlənilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, “Verilənlərin emalı mərkəzlərinin soyutma sistemlərində istilik sıxlığının azaldılması və enerji səmərəliliyinin artırılması modeli” mövzusunda məruzəni O.Ələkbərov təqdim edib. O, müasir texnologiyaların inkişafı şəraitində verilənlərin emalı mərkəzlərində enerji sərfiyyatı və soyutma sistemlərinin rolundan bəhs edib. Bildirib ki, enerjinin əsas hissəsi serverlər və soyutma sistemləri tərəfindən istifadə olunur və bu həm əməliyyat xərclərinə, həm də enerji səmərəliliyinə mühüm təsir göstərir.

Məruzəçi ənənəvi maye, təbii, buxarlandırıcı və sıra daxili soyutma sistemlərini müqayisəli şəkildə analiz edib, onların enerji effektivliyi və tətbiq imkanları barədə məlumat verib.

O.Ələkbərovun sözlərinə görə, tədqiqat işində təklif edilən model server rəfləri üzrə istilik sıxlığının optimal paylanmasına əsaslanır: “Yüksək istilik yüklü rəflərdə yerləşən avadanlıqların bir hissəsinin daha az yüklü rəflərə köçürülməsi nəticəsində maksimum və minimum istilik sıxlığı fərqinin minimuma endirilməsi təmin edilir”.

Tədqiqatçı çıxışının sonunda vurğulayıb ki, təklif olunan model soyutma sistemlərinin yükünü balanslaşdırır, enerji istifadəsini optimallaşdırır, əməliyyat xərclərini azaldır və avadanlıqların istismar etibarlılığını artırır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:90
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 Sentyabr 2025 12:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri