Icma.az
close
up
RU
Verilişdəki bu suala cavab müzakirə yaratdı Video

Verilişdəki bu suala cavab müzakirə yaratdı Video

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

İTV-də yayımlanan “Əlaçı” verilişində uşaqların “Təsirlik halda olan ağıl sözü neçə hecalıdır?” sualına verdikləri cavab müzakirələrə səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, iştirakçı Bayram Hacılının verdiyi “iki” cavabı səhv kimi dəyərləndirilib.

Bununla bağlı jurnalist Vəfa Şəhlayi feysbuk hesabında paylaşım edib: “Əlaçı” verilişi həvəslə baxdığım layihələrdən biridir. Son buraxılışda mənə qaranlıq qalan suallar oldu. Ağıl sözü təsirlik halda neçə hecalıdır? - sualına iştirakçı 2 cavabını verdi, amma bunu səhv hesab etdilər. Nəticədə digər iştirakçı qalib oldu. Mən məktəbi 25 ilə yaxındır ki, bitirmişəm. Bizim vaxtımızda ağıl sözü təsirlik halda “ağlı” olurdu və ikihecalı idi. İndi dilin qaydaları dəyişib?”

Məsələ ilə bağlı filoloq Dürdanə Rəhimovadan açıqlama aldıq. Dilçi saytımıza bildirdi ki, sualın cavabı 3 hecalı olmalıdır: “Bədən üzvləri ilə bağlı olan sözlər var ki, onlardan yalnız ağıl sözü ərəbmənşəlidir. Digər sözlər - alın, burun, ağız, beyin, boyun, çiyin, ovuc, böyür, qarın isə öz sözlərimizdir. Bu qəbildən olan sözlər siyahısına “qayın” sözü də daxildir. Hansı ki, bu sözlərdə ikinci saitin yazılmaması ancaq mənsubiyyət şəkilçisinin artırılması zamanı baş verir. Digər saitlə başlanan şəkilçilər artırdığımız zaman ikinci saitin düşümü baş vermir, yəni ikinci sait yerində qalır. 

Məsələn, ağıl sözünə mənsubiyyət şəkilçisi artırılsa idi, “ağlım”, “ağlı”, “ağlımız” olardı. Amma təsirlik halda isə “ağılı” olacaq.

Yuxarıda sadaladığım sözləri isə isim, cisim, nəsil, fəsil, fətir, qədir sözlərindən ayırırıq. Bu sözlərə isə istənilən saitlə başlanan şəkilçi artırdığımız zaman ikinci sait düşür”.

Mədinə Useynova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:362
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 23 Fevral 2026 14:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see301

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see297

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see290

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see258

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see251

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see244

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see234

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see234

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see233

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see224

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see217

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see216

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see209

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see207

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see202

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see201

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see190

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see189

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see184

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri