Icma.az
close
up
RU
Vernidub “Neftçi”ni incələdi və rəy verdi ŞOK RAPORT!

Vernidub “Neftçi”ni incələdi və rəy verdi ŞOK RAPORT!

Icma.az, Sportal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yuri Vernidub "Neftçi"nin cari mövsüm keçirdiyi bütün oyunları izləyib.

Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki, Samir Abasovdan sonra baş məşqçi postuna ən real namizəd olan ukraynalı mütəxəssis komandanın çıxışını incələyib.

59 yaşlı çalışdırıcı bu barədə klub rəsmilərinə öz rəyini bildirib. Vernidubun fikrincə, bəzi mövqelərdə güclənməyə ehtiyac var.

O, müdafiənin mərkəzi və yarımmüdafiənin hər iki cinahıyla bağlı narahatlığını dilə gətirib. Çalışdırıcı orta yaş həddinin yüksək olmasına da diqqət çəkib.

Qeyd edib ki, bundan sonrakı periodda mərhələli şəkildə gəncləşdirmə siyasəti aparmalıdır.

Bəli, "Neftçi"ilə Yuri Vernidub arasında danışıqlar davam edir. Son günlərdə tərəflər arasında telefon görüşmələri bir qədər də intensivləşib.

Ukraynalı elə bu gün Azərbaycana gəlməyə hazırdır. O, sadəcə, bir qədər gözləməyi xahiş eləyib.

Vernidub bildirib ki, axır 3-4 ayda Avropadan xeyli təklif alıb, lakin ölkədən çıxışına icazə verilmədiyi üçün Ukraynada qalıb.

Təcrübəli mütəxəssis yerli hökümət dairələri ilə yenidən əlaqə saxladığını, budəfəki müraciətinə müsbət cavab alacağına ümid bəslədiyini deyib.

Ukrayna Rusiya ilə müharibə şəraitinə görə 60 yaşadək kişilərin ölkədən çıxışına qadağa qoyub.

Bu ilin yanvarından bəri heç yerdə çalışmayan, bir ara ordu sıralarına qoşulan, artilerriya diviziyasında döyüşən Vernidubun 60 yaşı gələn il yanvarın 22-də tamam olacaq.

"Neftçi" rəhbərliyi hazırda səfərbər vəziyyətdədir. Samir Abasovun qara günə qoyduğu komandanı dirçəltmək üçün bütün ümidlərini ona bağlayıblar.

Səlahiyyətli şəxslər bütün əlaqələrini işə salıb ki, Vernidubun təyinatı baş tutsun. 24 gün iş görür, aldıqları hər xəbəri müzakirə edir, çıxış yolu axtarırlar.

Yəni ki. yatmaq söhbəti yoxdur.

Müxtəlif səviyyələrdə Ukraynanın müvafiq dövlət qurumları ilə danışıqlar aparılır. Hələlik nəticədən danışmaq tezdir? Yəqin ki, proses hələ bir neçə gün belə davam edəcək.

Təcrübəli mütəxəssis daha əvvəl vətənində "Metallurq", "Zarya", "Krivbass", Belarusda "Şaxtyor", Moldova da isə "Şerif"in baş məşqçisi olub.

Vernidub son 3 ili ölkəsində - «Krivbas»ın sükanı arxasında keçirib. Kayrerasının ən böyük uğurunu 2020-2022-ci illərdə qazanıb.

"Şerif"i Çempionlar Liqasının əsas mərhələsinə çıxarıb. Moldova komandası həmin vaxt "Real"ı udmaqla bütün Avropaya səs salıb.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://sportal.az
archiveBu xəbər 29 Noyabr 2025 16:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri