Vernidub qərarını verdi: “Neftçi” bu legionerlə davam edir
sport24.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Neftçi" növbəti mövsümün heyət planlamasına start verib. Sport24.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, "ağ-qaralar"ın müqaviləsini uzatmaq istədiyi legioner futbolçulardan biri artıq dəqiqləşib.
Söhbət nigeriyalı yarımmüdafiəçi İfeanyi Metyudan gedir.
Baş məşqçi Yuri Vernidub komandada qalacağı təqdirdə 29 yaşlı futbolçu ilə yola davam edilməsini istəyib. Ukraynalı mütəxəssis Metyuya sabit şəkildə start heyətində şans verir və onun oyun intizamından razıdır.
20 yaşadək futbolçular arasında Afrika Kubokunun qalibi olmuş Metyu 2025-ci ilin sentyabrında "Neftçi"yə transfer olunub. Həmin vaxt tərəflər arasında 1+1 illik müqavilə imzalanıb.
Görünən odur ki, sözləşmədəki uzatma bəndi aktivləşdiriləcək və Metyu 2026/2027 mövsümündə də paytaxt təmsilçisinin formasını geyinəcək.
Qeyd edək ki, Vernidubun təyinatından sonra keçirilən bütün matçlarda bu yarımmüdafiəçi start heyətində yer alıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 04 Aprel 2026 13:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















