Icma.az
close
up
RU
Vəsait ayrılmaması inkişaf dinamikasının dayanmasına səbəb ola bilər Nazir müavini

Vəsait ayrılmaması inkişaf dinamikasının dayanmasına səbəb ola bilər Nazir müavini

Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, növbəti il üçün Azərbaycan Respublikasının Kino Agentliyinə (ARKA) vəsait ayrılmaması müzakirələrə səbəb olub. 

"Unikal" xəbər verir ki, mədəniyyət nazirinin müavini Fərid Cəfərov Milli Məclisdəki çıxış edərək bunun kino sənayesinə təsirlərindən danışıb. 

Həmin çıxışı təqdim edirik: 

"Azərbaycan kino sənayesində iki illik inkişaf dinamikasının qorunması prioritet məsələdir

Son iki il ərzində Azərbaycan kino sənayesi keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. “Azərbaycan Respublikasının Kino Agentliyi” (ARKA) Prezidentin 2022-ci il 20 aprel tarixli Fərmanı ilə yaradılıb və 2023-cü ildən fəaliyyətə başlayaraq, milli kino sektorunun canlanmasına mühüm təkan verib.

Kino istehsalı və iqtisadi təsir

2023–2025-ci illərdə dövlət dəstəyi ilə 71 film layihəsinin istehsalına başlanılıb, onlardan 50-si (6-sı tammetrajlı) tamamlanaraq təhvil verilib. İstehsal üçün 34 şirkətə 21,3 milyon manat dövlət vəsaiti ayrılıb. Hazırda ildə orta hesabla 8–10 tammetrajlı film istehsal olunur.

Kino sənayesində bu canlanma 1570 müvəqqəti iş yeri yaradıb, 2026-cı il üçün planlaşdırılan layihələr isə əlavə 800 iş yeri formalaşdıracaq.

Yayım, beynəlxalq əməkdaşlıq və tanıtım

2025-ci ildən filmlərin yayım hüquqlarının satışına başlanılıb. Yerli telekanallarla imzalanan ilk yayım paketi 11 film üzrə 100 min manat dəyərindədir. Azərbaycan filmləri artıq Kann və Venesiya kimi nüfuzlu festivallarda nümayiş olunur.

ARKA beynəlxalq əməkdaşlıq çərçivəsində 7 memorandum imzalayıb və hər il 6 beynəlxalq film festivalına dəstək verir. 2024-cü ildə təsis edilən “Baku Cinema Breeze” (BCB) platforması regionda vahid kino bazarının formalaşmasına xidmət edir. 2025-ci ilin dekabrında keçiriləcək növbəti BCB konqres-festivalında 30-dan çox ölkədən nümayəndələrin iştirakı gözlənilir.

Birgə istehsal və investisiya axını

Azərbaycanın təşəbbüsü və TÜRKSOY-un dəstəyi ilə ərsəyə gələn “Molla Nəsrəddin: Çətin günlərimin dostu” filmi Türk dünyasının ilk ortaq bədii filmi olacaq.

2023–2025-ci illərdə ARKA-nın dəstəyi ilə ölkədə çəkilən xarici layihələr nəticəsində 10 milyon ABŞ dolları məbləğində vəsait ölkə iqtisadiyyatına daxil olub. Prezidentin 2025-ci il 29 may tarixli sərəncamı ilə təsdiqlənən “xərclərin qismən geri ödənilməsi (rebate)” mexanizmi xarici istehsalçıların marağını daha da artırıb. Bu sistemin tətbiqi növbəti üç ildə ölkəyə 50 milyon dollara yaxın investisiya cəlb edilməsi ilə nəticələnə bilər.

İnfrastruktur və idarəetmə

ARKA hazırda dövlət kino müəssisələrinin mərkəzləşdirilmiş idarəetməsini həyata keçirir, rəqəmsal idarəetmə modelləri tətbiq edir və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının müasir kino sənaye parkına çevrilməsi istiqamətində işləri davam etdirir.

Maliyyə sabitliyinin əhəmiyyəti

2026-cı il dövlət büdcəsində kino sənayesinə vəsait ayrılmaması, əldə olunmuş inkişaf dinamikasının dayanmasına, “rebate” mexanizminin tətbiqinin ləngiməsinə və Azərbaycanın qlobal innovasiya indeksində mövqeyinin zəifləməsinə səbəb ola bilər.

Hazırda ARKA-nın hesabında qalan 4,5 milyon manat yalnız davam edən layihələrin maliyyələşdirilməsinə yönəlib. Bu səbəbdən, dövlət dəstəyinin davamlılığı kino sənayesinin sabit inkişafı üçün həlledici əhəmiyyət daşıyır".


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:48
embedMənbə:https://unikal.az
archiveBu xəbər 12 Noyabr 2025 18:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəza sərhəddən 5 km aralıda baş verib FOTOLAR

11 Noyabr 2025 18:06see228

Adil Kərimli və dostları Mədəniyyət Nazirliyini niyə bu vəziyyətə salıb?

10 Noyabr 2025 20:28see187

AB Ukrayna üçün plan hazırlayır KİV

11 Noyabr 2025 12:50see149

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see144

Gürcüstan Azərbaycan vətəndaşlarını ölkədən çıxardı

11 Noyabr 2025 16:11see143

Bazar yanır SON DƏQİQƏ

10 Noyabr 2025 22:37see140

MLS klubu Neymarı baş ağrısı kimi qiymətləndirdi transferdən imtina etməsinin səbəbi

11 Noyabr 2025 00:14see137

Paris: Zəfər Günü Qürur, Yaddaş və Qələbə Ritmləri

11 Noyabr 2025 04:40see136

Saatlı Uşaq Musiqi Məktəbinin III sinif şagirdi diplomant adını qazanıb

11 Noyabr 2025 13:47see134

Zaqatala sakinin meyiti idarə etdiyi avtomobildə aşkarlanıb

10 Noyabr 2025 23:06see132

Qəzaya düşən C130 ABŞ generallarının istəyi ilə yaradılıb TARİXÇƏ

11 Noyabr 2025 19:20see132

Nəfəs kimiləri müğənnicikdir

11 Noyabr 2025 06:06see131

Məktəbdə uşaqlara inək südü əvəzinə "balıq südü" verilir

11 Noyabr 2025 08:56see130

Əvvəlcə Arnar, sonra Abbasov

11 Noyabr 2025 11:26see129

“Tofaş”la avtoxuliqanlıq etdi, videosunu sosial şəbəkədə paylaşdı

11 Noyabr 2025 03:54see129

Xankəndi dən növbəti darmadağın VİDEO

10 Noyabr 2025 22:51see126

Hava KƏSKİN DƏYİŞİR? Bu ərazilərdə temperatur 3 dərəcəyə ENƏCƏK

11 Noyabr 2025 12:19see126

Mançini Qətər klubuna keçməyə razılıq verdi

10 Noyabr 2025 23:11see124

DYP Bakı Qazax yolundakı tıxacla bağlı məlumat yaydı Son vəziyyət belədir

11 Noyabr 2025 03:53see123

TFF iki futbolçuya qarşı inzibati tədbirləri dayandırıb

12 Noyabr 2025 16:06see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri