Icma.az
close
up
RU
Vətən haradan başlayır?

Vətən haradan başlayır?

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Hamımızın anadangəlmə, yaradılışdan bir vətəni olur - doğulduğu, böyüdüyü, son nəfəsini aldıqdan sonra əbədi yuxuya getdiyi torpaqlar. Hamımız sevincimizi, kədərimizi o torpaqda yaşayırıq, dərdimizi onunla bölüşür, sevincimizi onunla paylaşır, ruzimizi ondan alırıq. İnsanlar öz kökünü, bir millətə mənsubluq hissini adına vətən dediyimiz torpaqlarda qazanır. Ona görə də insanlar dünyaya gələndən ölənədək vətən üçün yaşayır, vətən üçün çalışırlar. Müharibələr vətən üçün baş verir, qələbələr vətən üçün qazanılır. Vətən sevgisi ata mirası kimi nəsildən nəsilə ötürülür, vətən sevdası beləcə müqəddəsləşir.

Vətən sevgisini dərk etmək üçün ilk növbədə “Vətən nədir?” sualına cavab tapmaq lazımdır. Bu suala keçmişdən bu günə bir çox insanlar tərəfindən müxtəlif cavablar verilib, bir çox dahi bununla bağlı müdrik kəlamlar deyib. Əslində, vətən anlayışı hər kəs üçün fərqli mənalar kəsb edə bilər, lakin bütün yollar bir nəticəyə gətirib çıxarır – Vətən müqəddəsdir.

“Torpaq, uğrunda ölən varsa, vətəndir” deyilməyib boşuna. Bir parça torpağı vətən edən odur ki, onun uğrunda canını fəda edə bilən insanlar var. Ona görə də uğrunda canının verilə biləcəyi torpaqları vətən kimi ifadə etmək olar. Bununla belə, "Vətən nədir?" suala verilə biləcək cavablar bunlarla məhdudlaşmır. Vətən hər şeydən əvvəl bir xalq üçün müstəqillik, suverenlik rəmzidir. Çünki heç bir xalq düşmən tapdağı altında olan torpaqda yaşamaq istəmir və yaşaya bilməz. Əslində, vətən elə torpaqdır ki, onu düşmən boyunduruğunda saxlamaq olmaz. Vətən bizim ümumi evimizdir və o evin sahibi yadlar ola bilməz.

Vətən sevgisini mənsub olduğumuz milləti, vətəndaşı olduğumuz dövləti, səmada dalğalandırdığımız bayrağı, danışdığımız dili, həm yaşayıb, həm də yaşatdığımız mədəniyyəti sevmək kimi izah etmək olar.

Əslində, vətən sevgisi sırf sözlə ifadə oluna bilməyəcək bir hissdir. Vətənini sevən hər bir vətəndaş vətəninin şöhrətini yüksəltmək arzusunda olmalı və bu yolda çalışmalıdır. Yəni vətən sevgisi doğma yurdumuzda əmin-amanlıq, firavanlıq, əmin-amanlıq, sabitlik şəraitində yaşamaq üçün çalışmaq tələb edir.

Vətənpərvərlik təkcə indiki zamana dair hiss və düşüncələrimizlə deyil, həm də gələcək üçün hisslərimiz, ideallarımız və məsuliyyətlərimizlə əlaqəli bir anlayışdır. Bu kontekstdə gələcək nəsillərə miras qoyacağımız vətən sevgisi, onlarda vətən sevgisini aşılamaq baxımından böyük əhəmiyyət kəsb edir. Ona görə də vətən sevgisi təkcə keçmişdə yaşamış əcdadlarımıza, bu torpaqlar uğrunda vuruşmuş görkəmli Azərbaycan sərkərdələrinə, Vətən müharibələrində şəhid olmuş oğullara minnətdarlıq borcu deyil, həm də gələcəkdə vətənin əmanət ediləcəyi gənclərə qalmalı olan müqəddəs bir mirasdır.

Qəlbi vətən sevgisi ilə dolu olan insanlar vətəninə, millətinə faydalı olmaq arzusu ilə özlərini inkişaf etdirir, peşəsini mükəmməl şəkildə icra edir. Vətənini, millətini sevən insanların qəlblərindəki sevgi bəşəriyyət üçün faydalı olmağı prioritet edir. Əslində, vətənini sevən bir insan dünyanı sevir, ölkəsində sülh olmağını istəyən insanlar dünyada sülhü arzulayır. Azərbaycanın şanlı tarixinin vətən sevgisi ilə dolu insanların göstərdiyi qəhrəmanlıq və fədakarlıqlarla zəngin olması da bizim şansımızdır. Əsrlər boyu bu torpaqlarda yaşayan insanların bir idealı olub, o da vətən sevgisi. Tariximiz boyu yadellilərə qarşı döyüşən böyük sərkərdələrin yolu ilə addımlayan qəhrəman Azərbaycan xalqı üçün vətənpərvərlik həyat tərzinə çevrilib.

Qəlbi vətən sevgisi ilə dolu olan xalqımızın fədakar övladları yüz illər əvvəl olduğu kimi bu gün də vətənlərini qorumaq üçün hər cür fədakarlıq edirlər. I və II Qarabağ müharibələrində qəhrəmanlıq edən, şücaət göstərən, şəhidlik zirvəsinə yüksələn oğullarımızı da bu yola vətən sevgisi, yurd sevdası sövq etdi.

Nəticə etibarı ilə vətən sevgisi, xəmirində müqəddəslik və mənəviyyat olan xüsusi bir məfhumdur. Mənsub olduğumuz milləti, vətəndaşı olduğumuz dövləti, səmada dalğalandırdığımız üçrəngli bayrağı, danışdığımız dili qorumaq üçün hər birimiz səfərbərik. Minillərin sınağından keçən vətənpərvərliyimiz bizim həyat tərzimiz, yaşam standartımızdır. Buna görə də qloballaşan dünyada, dəyərlərin, mənəviyyatın getdikcə yox çıxdığı cahanda gələcək nəsillərin bu ruhda yetişdirilməsi vətənpərvərliyin tələbidir. Unutmaq olmaz ki, qəlbi vətən sevgisi ilə dolu olan insanlar təkcə öz ölkəsi üçün deyil, həm də dünya üçün faydalıdırlar.

​

​Lalə Mehralı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 10 Sentyabr 2025 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see230

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see219

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see217

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see215

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see209

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see203

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see201

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see198

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see197

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see192

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see191

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see189

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see186

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see186

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see185

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see184

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see183

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see183

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see179

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri