Icma.az
close
up
RU
Vətən qəlbdən başlayır, səngərdə bitir!

Vətən qəlbdən başlayır, səngərdə bitir!

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

 Dünyada dərk etdiyimiz və ya etmədiyimiz, gözlə gördüyümüz və ya görmədiyimiz hər şeyin başlanğıcı və sonu vardır. Təkcə uca yaradanın nə əvvəli, nə də axırı yoxdur. Bəs vətənin əvvəli-axırı varmı? Vətən haradan başlayıb, harada bitir? Bu suallara cavab tapmaq üçün “vətən nədir ?” sualına cavab axtarmaq lazımdır.  Vətən hər bir insanın doğulduğu, böyüdüyü, yaşadığı və dünyasını dəyişəndə də dəfn olunmağı istədiyi yerdir. Vətən təkcə müəyyən hüdudları olan ərazi deyil. O bizim kimliyimizdir. Əcdadlarımızın uyuduğu, qoynunda gəzdiyimiz, dil açıb danışdığımız, suyunu içib, çörəyini yediyimiz, havasını udduğumuz torpaqdır. “Vətən” anlayışı həm də bir millətin dilini, tarixini, mədəniyyətini, mənəvi dəyərlərini özündə birləşdirir. “Vətən” sözünün mənası “yerləşmək, yurd etmək” deməkdir. Ən qədim zamanlardan ata-babalarımız bu torpaqda yaşayıb, onu qoruyub, lazım gəldikdə onun üçün qan töküb, can veriblər. Azərbaycan bizim ana yurdumuzdur. Tarix boyu ana yurdumuzun başı çox bəlalar çəkib. Azərbaycan xalqının tarixi azadlıq uğrunda mübarizədən yoğrulub. Mərd vətən övladları torpağımızın keşiyində dayanıb, onun hər qarışını canlarından əziz sayıblar. Onların qəhrəmanlığı dastanlarda, mahnılarda, nəğmələrdə vəsf edilib. Türk xalqlarının qiymətli söz abidəsi “Kitabi-Dədə Qorqud” dastanında da oğuz türklərinin rəşadəti tərənnüm olunub, “vətən” məfhumunun önəmi vurğulanıb. Xalqımızın Babək, Cavanşir, Şah İsmayıl Xətai, Cavad xan, Əlif Hacıyev, Mübariz İbrahimov, Polad Həşimov kimi qeyrətli oğulları olub.  Bəs vətən haradan başlayır? Vətən insanın qəlbindən, ruhundan başlayır. İnsan dünyaya göz açandan, özünü tanıyandan sonra, özünü sevməyə başlayır. Bu zaman o, özü ilə birgə vətənini də tanıyır və sevir, qəlbində vətən eşqi vüsət alır. Buna  görə də vətən həm də bizim mənliyimizdir. Vətənini sevməyən insan isə öz mənliyini itirmiş insandır. Vətəni sevmək böyük insanların xüsusiyyətidir. Kiçik insanlar üçün vətən anlayışı olmur. İnsan vətəndaşı olduğu ölkənin bir parçası, “vətən” adlı müqəddəs abidənin bir “daş”ıdır. Bu haqda islam peyğəmbəri Həzrəti Məhəmməd buyurub:  “Vətəni sevmək imandadır!” 

Xalq şairi Xəlil Rza Ulutürkün də, dediyi kimi: 


“Torpaqdan başlanmır, yox,

Kişi qanındakı qeyrət selindən,

Səndən başlanır vətən.

Məndən başlanır vətən!”


 Bəs vətən harada qurtarır? Deyirlər ki, vətən sərhəddən başlayır. Ancaq məncə, vətən insanın qəlbindən başlayıb, sərhəddə də qurtarır. Hər bir ölkənin sərhədlərini onun ordusu qoruyur və təhlükəsizliyini təmin edir. Bu çox şərəfli və məsuliyyətli vəzifədir. Bir dövlətin gücü, müstəqilliyi, suverenliyi onun ordu quruculuğundan asılıdır. O ordu ki, yayın istisində, qışın soyuğunda səngərdə

dayanır. Müdriklərin gözəl bir sözü var: “Ordun varsa, yurdun var.” Azərbaycan xalqı bütün türk xalqları kimi mərd, döyüşkən xalqdır. Bu xalqın övladları 44 günlük Vətən Müharibəsi və antiterror əməliyyatları zamanı torpaqlarımızı yadellilərdən təmizlədilər. İndi biz son 200 ilin ən şərəfli tarixini yaşayırıq. Ərazi bütövlüyümüz və suverenliyimiz bərpa olunub. Biz artıq 26 iyun- Silahlı Qüvvələr Gününü fərqli bir qürurla və qalib xalq olaraq qeyd edirik.  Vətən haradan başlayıb, harada qurtarırsa qurtarsın, vətənə olan sevgi

sonsuzdur. 

  Hər kəs vətən sevgisindən, vətənpərvərlikdən danışa bilər. Lakin bu sevgi vətənin dar günündə aşkar olur. Bizim şəhidlərimiz “vətən imtahanı”ndan üzü ağ çıxan insanlar idilər. Bu vətən uğrunda qəhrəmancasına vuruşan, canından keçən şəhidlərimiz ən uca zirvəyə- şəhadət zirvəsinə yüksəliblər. Vətən haqqında çox sözlər deyilib. Belə bir söz var: “Torpaq- əgər, uğrunda ölən varsa Vətəndir!” Çünki, torpaq su ilə qarışanda palçıq, qan ilə qarışanda isə vətən olur. Necə deyərlər, “Şəhid qanı axmayan torpaqdan Vətən olmaz!” Bu gün üçrəngli bayrağımız işğaldan azad olunmuş torpaqlarda qürurla dalğalanır. Azərbaycan

xalqı bu zəfəri bizə yaşadan şəhidlərin xatirəsini hər zaman əziz tutmağa borcludur. Onların bizə əmanət edib getdiyi bu vətəni qorumalı və bu qəhrəman millətin övladı olduğumuz üçün fəxr etməliyik.   


Röyalə Sovzalıyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:265
embedMənbə:https://sherg.az
archiveBu xəbər 21 İyun 2025 09:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see230

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see219

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see217

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see215

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see209

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see203

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see201

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see198

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see197

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see192

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see191

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see189

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see186

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see186

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see185

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see184

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see183

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see183

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see179

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri