Vətən müharibəsi iştirakçılarına 230 mindən, şəhid ailəsi üzvlərinə isə 170 mindən çox tibbi xidmət göstərilib Vüqar .Qurbanov
Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“TƏBİB tərəfindən Vətən müharibəsi iştirakçıları və şəhid ailəsi üzvlərinin tibbi xidmətlərdən vaxtında yararlanması, müayinə və müalicə işinin təşkili, eləcə də müvafiq dövlət qurumları ilə əlaqəli və çevik xidmətin göstərilməsi istiqamətində işlər davam etdirilib”.
Bu sözləri TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov “TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair” brifinqdə deyib. O qeyd edib ki, cari il ərzində icbari tibbi sığorta hesabına TƏBİB tabeli tibb müəssisələrinə Vətən müharibəsi iştirakçılarına ümumi 80 944 müraciət əsasında 237 819 tibbi xidmət (ambulator və stasionar), şəhid ailəsi üzvlərinə isə 48 157 müraciət əsasında 178 353 tibbi xidmət (ambulator və stasionar) göstərilib:
“Eyni zamanda müvafiq olaraq 254 və 108 psixoloji xidmət təqdim olunub. Ümumilikdə TƏBİB tabeli tibb müəssisələrində Vətən müharibəsi iştirakçılarına adambaşına orta hesabla 23.68, şəhid ailəsi üzvlərinə adambaşına orta hesabla 19.8 xidmət təşkil edilib”.
V.Qurbanov deyib ki, vətəndaşlara daha operativ tibbi xidmət göstərilməsi və onların daima nəzarətdə saxlanılması məqsədilə TƏBİB-in tabeliyində olan tibb müəssisələrində müharibə iştirak etmiş şəxslərə və şəhid ailəsi üzvlərinə xidmət göstərən koordinatorlar təhkim edilib ki, hazırda TƏBİB tabeli 70 tibb müəssisəsində 163 koordinator fəaliyyət göstərir:
“2025-ci il ərzində TƏBİB tərəfindən şəhid ailələri və müharibə iştirakçılarının sağlamlığının qorunması, tibbi xidmətlərə əlçatanlığının artırılması və psixoloji dəstəyin təmin olunması istiqamətində kompleks tədbirlər həyata keçirilib. Həyata keçirilmiş işlər nəticəsində bu kateqoriyadan olan şəxslərin tibbi xidmətlə əhatə dairəsi genişlənib, müraciətlərin operativ araşdırılması və cavablandırılması təmin olunub”.
Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Şəhid ailəsi üzvlərinə 41 minə yaxın tibbi xidmət göstərilib
03 Aprel 2025 09:34
Bu il 10 mindən çox qaziyə tibbi xidmət GÖSTƏRİLİB Vüqar Qurbanov
23 Dekabr 2024 11:48
Vüqar Qurbanov: Hazırda 3 mindən çox tibbi xidmət ödənişsizdir
23 Dekabr 2024 11:29
Cari ilin 3 ayı ərzində Vətən müharibəsi iştirakçılarına ümumilikdə 63 mindən çox tibbi xidmət göstərilib
11 Aprel 2025 12:06
Şəhid ailəsi üzvlərinə üstünlük veriləcək
24 İyul 2025 16:17
Baxış sayı:46
Bu xəbər 19 Dekabr 2025 13:31 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları