Icma.az
close
up
RU
Vətən müharibəsi qazisi: Döyüş yoldaşım Emin Məmmədov qucağımda şəhadətə yüksəldi

Vətən müharibəsi qazisi: Döyüş yoldaşım Emin Məmmədov qucağımda şəhadətə yüksəldi

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Naxçıvan, 2 noyabr, Nail Əsgərov, AZƏRTAC

Vətən müharibəsində qəhrəmancasına döyüşərək haqq-ədalət salnaməsi yazan igidlərimizdən biri də qazi Əmrah Məmmədovdur.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 1994-cü il avqustun 12-də Şərur rayonunun İbadulla kəndində dünyaya göz açan Əmrah hələ uşaqlıq illərində qəlbində Vətənə qarşı güclü eşq, məhəbbət bəsləyib. Vətəni qorumaq, torpaqlarımızı azad etmək arzusu ilə 2009-cu ildə Heydər Əliyev adına Hərbi Liseyə qəbul olub, ardınca isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində oxuyub. 2016-cı ildə Beyləqan rayonunda yerləşən "N" hərbi hissəsinə təyinat alıb. Sonra xüsusi təyinatlı qüvvələrin tərkibinə daxil olmaq üçün Bakıda keçirilən kursa qatılıb. Əmrah həmin kursu müvəffəqiyyətlə başa vurub. Nəticədə Beyləqan rayonundakı "N" hərbi hissədə xüsusi təyinatlı qrup komandiri vəzifəsinə təyin olunub.

Əmrah deyir ki, bütün hərbiçi yoldaşları kimi, onun da ən böyük arzusu işğal altında olan torpaqlarımızı azad etmək idi: "Nəhayət ki, Ali Baş Komandanımız torpaqlarımızı azad etmək əmrini verdi. 2020-ci il sentyabrın 27-də düşmən təxribatının qarşısını almaq məqsədi ilə Füzuli rayonunun Horadiz kəndi, "yastı təpə" istiqamətində döyüşə qatıldım. Döyüş çox qızğın keçirdi. Elə həmin gün taborumuz ilk şəhidini verdi, döyüş yoldaşım Emin Məmmədov qucağımda şəhadətə yüksəldi. Mən Emini yaşatmaq, əbədiləşdirmək üçün öz övladıma adını verdim. Hər dəfə “Emin” dediğimdə, sanki “Şəhid Emin” deyirmiş kimi içimdə böyük bir qürur oyanır. İnşallah övladım şəhid Eminin adını layiqincə daşıyıb Vətəninə, dövlətinə və millətinə sədaqətli böyüyəcək".

Qəhrəman qazi deyir ki, sonrakı günlərdə müxtəlif mövqelərin və yüksəkliklərin alınması tapşırıqları yerinə yetirilib. Oktyabrın 2-də Füzuli rayonu istiqamətində gedən amansız döyüşlər zamanı ayağından qəlpə yarası alan Əmrah yoldaşlarının köməyi ilə təxliyə olunub. Hospitalda 3-4 gün qaldıqdan sonra, yarasının ciddi olmadığını bildirərək könüllü şəkildə yenidən döyüşə qayıdıb. Cəbrayıl rayonundan döyüşü davam etdirib, daha sonra tapşırığa uyğun olaraq Qubadlı istiqamətinə keçib:" Oktyabrın 20-də Qubadlıda döyüş zamanı artilleriya mərmisi yanımda partladı. O anda sanki ayaqlarımı yerdən üzülmüş kimi hiss etdim. Özümə gələndə artıq hospitalda idim. Həmin vaxtdan sonra səhhətim döyüşləri davam etdirməyə imkan vermədi. Müalicə aldığım zaman, noyabrın 8-də döyüşlərin dayandırıldığını və zəfər qazandığımızı eşitdim. Həmin an keçirdiyim hissləri sözlə ifadə edə bilmərəm. Bu gün biz Zəfərin 5 illiyini böyük qürurla qeyd edirik. Allah şəhidlərimizə rəhmət eləsin. Şəhidlərimizin, qazilərimizin və bütün hərbçilərimizin sayəsində 30 illik həsrətə son qoyuldu".

Vətən müharibəsində şücaət və qəhrəmanlıq nümunəsi göstərdiyinə görə Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Əmrah Məmmədov “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”,“Qubadlının azad olunmasına görə”,“Hərbi xidmətlərə görə” ,“Vətən müharibəsi iştirakçısı” və “Şücaətə görə” medalları ilə təltif olunub.

Bu gün Əmrah kimi qəhrəman qazilərimizin canı, şəhidlərimizin qanı bahasına Vətənimizin hər qarışı azad, torpaqlarımız bütövdür. Üçrəngli bayrağımızı Qarabağımızda dalğalandıran igidlərimizin döyüş yolu, xatirələri hər bir gəncimiz üçün örnəkdir, nümunədir, öyrənilməsi vacib olan vətənpərvərlik dərsidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Noyabr 2025 13:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rəqsanənin qızının əl ələ görüntüləndiyi müğənni KİMDİR? VİDEO

16 Dekabr 2025 14:45see299

“Başımızın üstündə təhlükə var“ Yasamalda çoxmərtəbəli binaların sakinlərindən ŞİKAYƏT

17 Dekabr 2025 08:41see269

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see240

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see232

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see221

“Ramin Nur” şadlıq sarayında BİABIRÇILIQ: dana əti adı ilə camış əti verdilər

17 Dekabr 2025 17:39see214

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

16 Dekabr 2025 18:14see194

Aİ Rusiyadan qaz alışını 2% dən çox azaldıb

16 Dekabr 2025 14:58see183

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see182

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see179

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see165

Cəlilabad kəndlərində vəhşi təhdid: Uşaqlar və qoyunlar təhlükədə

16 Dekabr 2025 21:42see161

Neftçilər xəstəxanasında ÖLÜM Anası böyrəyini verdi, həkimlər isə öldürdü FOTO

17 Dekabr 2025 02:24see154

Eurovision İsrailə görə tarixinin ən böyük böhranlarından birini yaşayır

17 Dekabr 2025 13:40see152

Hər hansı bir məsələdə qadağa varsa, məsuliyyət də olmalıdır Deputat

17 Dekabr 2025 14:46see152

“ABB Qarabağ” kobrend kartı buraxılır!

17 Dekabr 2025 00:07see151

Gecə oyanmaların səbəbi açıqlandı Problem əlamətidir?

16 Dekabr 2025 21:01see150

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see149

BİZİM TƏQVİM:17 dekabrda baş vermiş tarixi hadisələr

17 Dekabr 2025 08:04see146

Vuçiç: “Kuşnerin şirkətinin layihədə iştirakda” KONKRET

16 Dekabr 2025 18:09see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri