Icma.az
close
up
RU
Vətən müharibəsi qazisi: Sevinirəm ki, qələbəni görmək bizim nəslə qismət oldu

Vətən müharibəsi qazisi: Sevinirəm ki, qələbəni görmək bizim nəslə qismət oldu

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Daşkəsən, 13 oktyabr, Vüsalə Cənnətova, AZƏRTAC

Hərb tariximizin şərəfli səhifəsi olan və şanlı Zəfər ilə yekunlaşan 44 günlük Vətən müharibəsində xalqımızın vətənpərvər, qeyrətli oğulları torpaqlarımızı düşmən tapdağından azad etdilər. Vətən yolunda sağlamlığını itirən Orxan Babayev belə nər igidlərdən biridir. AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, Babayev Orxan Səfər oğlu 1989-cu il yanvarın 28-də Daşkəsən rayonunun Bayan kəndində anadan olub. Bayan kənd Mikayıl Mustafayev adına tam orta məktəbi bitirdikdən sonra, 2007-ci ildə həqiqi hərbi xidmətə yollanıb. Vətən qarşısında borcunu ödəyən Orxan Babayev hərb sahəsinə marağı səbəbilə 2012-cü ildən Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının xüsusi təyinatlılarının sırasına qoşulub. 2020-ci ilin sentyabrın 27-də başlayan Vətən müharibəsinin ilk günlərindən Murovdağ istiqamətində döyüşlərə qatılıb. Orxan Babayevin bildirdiyinə görə, döyüş yoldaşları ilə birgə Koroğlu postundan Kəlbəcər istiqamətində irəliləyib və düşmənin bir neçə postunu və canlı qüvvəsini, əraziyə gələn təminat maşınlarını məhv edib. Cəbrayıl və Hadrut istiqamətlərində gedən döyüşlərdə də düşmənin bir çox canlı qüvvəsi zərərsizləşdirilib. “Həmişə deyirdim ki, nə olursa olsun, mən kor bir güllədən yaralanmayım. Nə olacaqsa döyüşdə, üzbəüz olsun, özü də sonda olsun. Düşmənlə mübarizə aparmaq istəyirdim. Kəlbəcərdən tutmuş, düz Cəbrayıl, Füzuli, Xocavənd istiqamətində döyüşdük. Son döyüşüm Şuşanın Topxana meşəsində oldu”, - deyən Orxan Babayev əlavə edir ki, digər ərazilərdə olduğu kimi Şuşa istiqamətində gedən döyüşlər də gərgin keçib. Hərbçilərimiz Topxana meşəsində özlərinə mövqe seçərkən Orxan Babayev düşmən snayperin açdığı atəşlə qolundan ağır yaralanıb, onunla çiyin-çiyinə döyüşən yoldaşı Kamran Fərəcov isə şəhid olub. Babayev ilk olaraq Füzulidəki hospitala, daha sonra Bakıya göndərilib. Əməliyyatda əlinin dörd barmağı amputasiya olunub. “Topxana meşəsində çayı keçdik, yuxarıda dayanmalı olduq. Dağ yamacı var idi, yumru dairə şəklində istiqamət aldıq. Yanımıza kötük, daş qoyub mövqelənirdik. Gecəgörmə cihazı var idi. Mən dizimi yerə qoydum ki, onu götürüm. Soldan atəş açdılar, yaralandım. Yıxıldım, özümü əlimlə itələdim. Demə o güllə mənə dəyərək çıxıb, Kamranın boğazına girib”, - deyə Orxan Babayev xatırlayır. O, qələbə xəbərini də xəstəxanada olarkən alıb. “Reanimasiyada idim. Telefonum, çantam təminatda qalmışdı. Ağrılarım çox idi. Vəziyyətdən xəbər tutmaq üçün radio istədim, mənə gətirdilər. Radioda Prezidentimizin qələbəmizi elan etməsini eşitdim, həm ağladım, həm sevindim. 30 il torpaqlarımız işğal altında idi. Dayım, bibimoğlu şəhid olub. Neçə dayılarımız, əmilərimiz Vətən üçün canını qoyub. Sevinirəm ki, qələbəni görmək bizim nəslə qismət oldu”, - deyən qazi vurğulayır ki, iki oğlan övladını da Vətənə sevgi ilə böyüdür. Vətən bizə əcdadlarımızın əmanətidir. Əmanət olan yurdu sevmək və qorumaq ən ümdə borcdur. Orxan Babayev Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, döyüşlərdə göstərdiyi şücaətlərə görə “Vətən müharibəsi iştirakçısı”, “Cəsur döyüşçü”, “Kəlbəcərin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə, “Şuşanın azad olunmasına görə” medallarla təltif olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Oktyabr 2025 08:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri