Vətən müharibəsi qazisi yol qəzasında həlak olub
Icma.az, Modern.az saytına istinadən bildirir.
Vətən müharibəsi qazisi, ehtiyatda olan kapitan Hüseynalı Vidadi oğlu Hüseynalıyev Ordubad rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsində həyatını itirib.
Modern.az xəbər verir ki, bu barədə mərhum qazinin küçmiş döyüş yoldaşları bildiriblər.
Naxçıvan-Ordubad magistralının Aşağı Əylis kəndi ərazisində "Hyundai" markalı avtomobilin aşması nəticəsində 1990-cı il təvəllüdlü Hüseynalı Hüseynalıyev vəfat edib.
Vətən müharibəsi iştirakçısı olan Hüseynalı Hüseynalıyev Naxçıvana döyüş yoldaşı və qazi dostunun toy mərasimində iştirak etmək üçün gedibmiş.O, toy mərasimindən 3 gün sonra bu faciə ilə üzləşib.
Qəza zamanı avtomobildə olan digər qazilər 1994-cü il təvəllüdlü Əmrah Məmmədov və Naxçıvan Ali Məclisinin deputatı, 1990-cı il təvəllüdlü Təbriz Zeynalov müxtəlif dərəcəli xəsarətlərlə Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Kapitan Hüseynalı Hüseynalıyev Vətən müharibəsindəki xidmətlərinə görə "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Vətən müharibəsi iştirakçısı" medalları daxil olmaqla 9 medalla təltif olunub.
Allah rəhmət eləsin.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 14 Noyabr 2026 17:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















