Icma.az
close
up
RU
Vətən uğrunda birləşən xalqın şanlı zəfəri

Vətən uğrunda birləşən xalqın şanlı zəfəri

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

Payızın qızılı yarpaqları torpağa səpələnəndə, sanki təbiət də bu torpağın qələbəsini bayram edirdi. 8 Noyabr  Azərbaycanın azadlıq, birlik və qürur günüdür. Bu tarix təkcə hərbi zəfərin deyil, həm də milli oyanışın, ruhun yenidən doğuluşunun təntənəsidir. O gün hər bir azərbaycanlının qəlbində eyni səs, eyni sevinc vardı “Qarabağ azaddır!” nidası sanki minillərin susqunluğunu dağıtdı.

İllərlə Vətən həsrəti ilə yanan ürəklər 2020-ci ilin noyabrında sevinclə doldu. Hər evdə, hər küçədə, hər qəlbdə bir bayram ab-havası hökm sürdü. Uşaqların gözlərində qürur, anaların baxışlarında minnətdarlıq, qazilərin baxışlarında isə qələbənin qətiyyətli işığı vardı. O an təkcə torpaqlarımız deyil, millətimizin ruhu da azad oldu. Bu zəfərin arxasında illərin səbr, inam və birliyi dayanırdı.

Azərbaycan xalqı öz liderinə, dövlətinə və ordusuna inandı. O inam bizi zəfərə apardı. Qəhrəman əsgərlərimiz, şəhidlərimiz bu torpağın adını bir daha tarixə qızıl hərflərlə yazdılar. Nizami Gəncəvinin “Vətən üçün ölən insan ölməz” misrası həmin günlərdə gerçək bir mənaya çevrildi. Çünki şəhidlərimizin qanı ilə suvarılan torpaq bu gün azadlığın, qeyrətin və milli birliyin rəmzidir.

8 Noyabr günü səmanın rəngi daha parlaq idi, bayrağımız sanki göylərdə daha yüksək dalğalanırdı. Şəhidlərin ruhu o gün küləklə, yağışla, günəşlə birlikdə bayrağın rənglərinə qarışdı. Qırmızısı şəhid qanından, yaşıl rəngi inamdan, mavi rəngi isə sarsılmaz türk kimliyindən güc aldı. Hər bir Azərbaycan vətəndaşı o gün özünü böyük bir ailənin parçası kimi hiss etdi. Şuşanın azadlığı təkcə bir şəhərin xilası deyildi bu, bir xalqın qəlbində yanan ümid çırağının yenidən alovlanması idi.

Şuşa azad olduqca, Azərbaycanın qəlbi bir ritmdə döyündü. Dağlar, çaylar, meşələr xalqın sevincinə sanki qoşuldu. Hər bir evdə qələbə mahnıları səsləndi, hər bir baxışda sabaha olan inam parladı. O an bütün dünya bir daha gördü ki, Azərbaycan xalqının birliyi, iradəsi və vətən sevgisi qarşısında heç bir güc dayana bilməz. Bu zəfər təkcə bir müharibənin qalibiyyəti deyil, həm də tarixi ədalətin bərpası idi.

Qarabağ  qədim Azərbaycan torpağı əsrlərlə xalqımızın mədəniyyət beşiyi olub. Bu gün isə həmin torpaqlarda yenidən həyat canlanır. Azad Şuşada səslənən muğam, bərpa olunan məscidlər, ucalan məktəblər və gülən uşaqlar bu torpağın yenidən doğuluşunu göstərir. Hər bir azərbaycanlı üçün bu, təkcə fəxr deyil, həm də məsuliyyətdir şəhidlərin əmanətini qorumaq, Qarabağı dirçəltmək, onu gələcəyə daha güclü ötürmək məsuliyyəti.

Qarabağ zəfəri bizə bir daha göstərdi ki, xalq bir olarsa, Vətən sevgisi ilə yoğrularsa, heç bir qüvvə onu sındıra bilməz. Bu qələbə gənc nəsil üçün bir örnək, gələcək üçün isə ilham mənbəyidir. Məktəblərdə bu tarix qürurla öyrədilir, uşaqlar “Qarabağ Azərbaycandır!” nidasi ilə böyüyürlər. Onların gözlərində Şuşanın azadlığı, Kəlbəcərin ucalığı, Zəngilanın baharı yaşayır.

Bu gün 8 Noyabr təkcə bir tarix deyil o, bir millətin yaddaşında əbədi yanan məşəldir. O məşəl bizə daim xatırladır ki, Vətənə sevgi, inam və birlik varsa, heç bir qüvvə bizi məğlub edə bilməz. Bu qürur hissi min illər boyu yaşayacaq, çünki o, xalqın ruhuna, torpağın yaddaşına yazılıb. Hər dəfə səmanın mavi dərinliyinə baxanda, dalğalanan üçrəngli bayrağımıza nəzər salanda, biz bir həqiqəti unutmamalıyıq: bu azadlıq minlərlə qəhrəmanın qanı, xalqın birliyi və liderin uzaqgörənliyi sayəsində qazanılıb. Ona görə də hər birimiz bu müqəddəs zəfərin daşıyıcısıyıq. Və hər il 8 Noyabrda Azərbaycan səmasının hər guşəsində eyni nida səslənir “Qarabağ Azərbaycandır!” Bu nida bizim qürurumuzun, inamımızın və əbədiyyətə yazılmış milli ruhumuzun səsi olacaq. Qarabağdan yüksələn o əbədi qürur daim xalqımızın qəlbində yaşayacaq, gələcək nəsillərə yol göstərəcək!

Məhərrəmova Leyla

YAP Ağcabədi rayon təşkilatının gənc fəalı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 30 Oktyabr 2025 22:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see391

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see301

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see282

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see267

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see262

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see256

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see252

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see250

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see248

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see235

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see211

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see210

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see210

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see208

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see207

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see207

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see201

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see197

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri