Icma.az
close
up
RU
Vətəndaş cəmiyyəti qarşısında 4 əsas vəzifə: Əliməmməd Nuriyev YENİ DÖVRÜN çağırışlarını AÇIQLADI

Vətəndaş cəmiyyəti qarşısında 4 əsas vəzifə: Əliməmməd Nuriyev YENİ DÖVRÜN çağırışlarını AÇIQLADI

Sitat.info saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Bu gün cəmiyyət təkcə sosial dəyişikliklər deyil, həm də dərin texnoloji transformasiya mərhələsindən keçir. Hüquqi sistem, idarəetmə mexanizmləri,  iqtisadi münasibətlər və ictimai davranış formaları sürətlə rəqəmsallaşır. Bu təkcə texnologiyanın inkişafı deyil, dəyərlərin, davranışların və məsuliyyətlərin yenidən qurulmasıdır".

Bu sözləri Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev Sitat.info-ya açıqlamasında deyib. 

O bildirib ki,  vətəndaş cəmiyyəti üçün  yeni dövr başlayıb və yeni çağırışlar formalaşıb: "Mən Xankəndidə keçirilən QHT forumunda vurğulamışdım ki, Azərbaycan vətəndaş cəmiyyəti artıq yeni funksional mərhələyə qədəm qoyub. QHT-lər dövlətin sadəcə sosial tərəfdaşları deyil, həm də onun dəyərlər infrastrukturunu formalaşdıran , cəmiyyətin mənəvi və intellektual dayaqlarını möhkəmləndirən institutlara çevrilməlidir. Əgər əvvəl əsas məqsəd iştirakçılığı təmin etmək idisə, indi əsas məsələ məsul tərəfdaşlıq modelinə keçiddir. Başqa sözlə, idarəolunan iştirakçılıqdan cavabdeh tərəfdaşlıq modelinə keçmək zəruridir. Dövlət-QHT münasibətləri etimad, şəffaflıq, dəyərlərin uzlaşdırılması və innovasiyaların təşviqi prinsipləri üzərində qurulmalıdır. Yalnız bu halda vətəndaş cəmiyyəti qərarların formalaşmasına real təsir edən intellektual tərəfdaşa çevrilə bilər".

Ə.Nuriyev bildirib  ki, yeni mərhələnin ən mühüm xüsusiyyəti rəqəmsal transformasiyadır: "Elektron hökumət, süni intellekt, rəqəmsal iqtisadiyyat artıq həyatımızın ayrılmaz hissəsinə çevrilib. Bu prosesdə əsas məqsəd texnologiyanın sürəti deyil, insan və dəyərlərin qorunmasıdır. Rəqəmsallaşma özü məqsəd deyil, vasitədir. Əgər bu vasitə insan hüquq və azadlıqlarını və mənəvi bütövlüyünü zəiflədirsə, inkişaf anlayışı öz əsl mənasını itirəcək. Vətəndaş cəmiyyətinin əsas çağırışı yeni dövrün etik, hüquqi və sosial qollarını formalaşdırmaqdır. Texnologiya nə qədər mükəmməl olsa da, o insana xidmət etməlidir.

Biz "Rəqəmsal etika kodeksi", "Etik süni intellek prinsipləri" kimi sənədləri qəbul etməliyik ki, süni intellektin və rəqəmsal sisetmlərin tətbiqi məsuliyyət çərçivəsində həyata keçirilsin. QHT-lər artıq təkcə sosial layihələr həyata keçirən deyil, həm də rəqəmsal adaptasiyanın və ictimai etimadın daşıyıcıları olmalıdırlar. Rəqəmsal dövrdə əsas kapital etimaddır. İctimai etimad itəndə cəmiyyətin bütövlüyü də sarsılır. Vətəndaş cəmiyyətinin qarşısında 4 əsas vəzifə dayanır:

1. İdarə olunan iştirakçılıqdan, məsul, cavabdehli tərəfdaşlığa keçid; 

2. Rəqəmsal etik və hüquqi mühitin formalaşdırılması;

3. Mənəvi təhlükəsizlik və ictimai əxlaqın qorunması;

4. Layihə yönümlü fəaliyyətin yerini, proses yönümlü dayanıqlı sistemin alması.

Bu istiqamətlər Azərbaycanda vətəndaş cəmiyyətinin dövlət idarəçiliyində və ictimai münasibətlərdə strateji tərəfdaşa çevrilməsinə xidmət edəcək. Prezident İlham Əliyevin ictimai iştirakçılıq və ictimai nəzarət çağırışları da bu hədəfi göstərir".

QHT sədri sonda bildirib ki, vətəndaş cəmiyyəti dövlət siyasətinin mənəvi dayağına çevrilməlidir: "Vacib çağırış - süni intellekt və rəqəmsallaşma dövründə insanlıq,  hüquq və məsuliyyət arasında tarazlığı qorumaqdır. Bu tarazlıq itsə, texnologiya cəmiyyətin deyil, cəmiyyət texnologiyanın alətinə çevilməsidir. Bizim məqsədimiz insanı mərkəzdə saxlayan və dəyərlər üzərində qurulan inkişaf modelinə nail olmaqdır".

Aytac,

Sitat.info 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:40
embedMənbə:https://sitat.info
archiveBu xəbər 29 Oktyabr 2025 14:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məşhur futbolçu karyerasını sonlandıracaq SƏHHƏTİNƏ GÖRƏ

13 Dekabr 2025 00:58see231

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see224

Dursun Özbek: Artıq susmaq mümkün deyil

12 Dekabr 2025 17:13see188

Ramiz Mehdiyevin etdiyi hərəkətlər onun Akademiyada qalmasına imkan vermir İsa Həbibbəyli

12 Dekabr 2025 12:34see168

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

13 Dekabr 2025 00:26see163

Özcan Dənizin inanılmaz sərvəti ÜZƏ ÇIXDI FOTO

11 Dekabr 2025 23:53see150

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see149

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see145

Arteta “Vulverhempton”la oyundan əvvəl: “Sabah üç xal qazanmalıyıq”

12 Dekabr 2025 21:09see141

İsrailin işğal siyasəti İranı nüvə silahına itələyir ŞƏRH

12 Dekabr 2025 04:26see137

Ukrayna millisi DÇ 2026 nın seçmə mərhələsinin pley offunda ev oyunlarını keçirəcəyi yeri müəyyən edib

12 Dekabr 2025 01:05see135

Ermənistan hələ 3+3 formatına qoşulmağa və iştirak etməyə hazır deyil Millət vəkili

12 Dekabr 2025 14:33see134

“Daxilmdə nəsə mənə kifayət qədər yaxşı olmadığımı deyirdi” Norris

12 Dekabr 2025 02:00see134

500 manat pensiyalar bu qədər artacaq Açıqlama

12 Dekabr 2025 22:34see133

ABŞ bizi AB dən ayıra bilməz Avstriya

12 Dekabr 2025 01:32see132

Audi TT əfsanəsi 2027 ci ildə geri dönəcək FOTO

13 Dekabr 2025 06:22see132

Azərbaycan Ərdəbil ilə investisiya üzrə birgə fəaliyyətini gücləndirə bilər FOTO

12 Dekabr 2025 04:52see130

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevlə bağlı paylaşım edib

12 Dekabr 2025 00:17see128

Ukrayna və ABŞ nümayəndə heyətləri görüşdü

11 Dekabr 2025 23:50see128

Ukrayna müharibəsinin bitməsi üçün... Ərdoğan

12 Dekabr 2025 18:26see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri