Icma.az
close
up
RU
Vətəndaş redaksiya ilə əlaqə saxlayaraq haqqının tanınmasına nail ola bilmirsə...

Vətəndaş redaksiya ilə əlaqə saxlayaraq haqqının tanınmasına nail ola bilmirsə...

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

“Media subyektlərində yayımlanmış materiallardan narazı qalan, dərc edilmiş məzmunla bağlı hər hansı bir hüququnun pozulduğunu düşünən şəxsin məhkəməyə müraciət etmək haqqı vardır. Bu, vətəndaşın konstitusiya ilə, müvafiq qanunlarla tanınan hüququdur. Amma nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək həmin şəxsin mütləq haqlı olduğu barədə qərar çıxarılacağı anlamına gəlmir. Mümkündür ki, mövcud mübahisə üzrə keçirilən məhkəmə prosesində vətəndaş, yəni şikayətçi deyil, onun şikayət verdiyi jurnalist və ya media subyekti qalib çıxsın. Təcrübədə bu cür hallarla dəfələrlə rastlaşırıq”. 
Bu fikirləri Demokrat.az-a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli deyib. O qeyd edib ki, belə natamam şikayətlərdən yayınmaq, həm şikayətçinin, həm də şikayət olunanın lüzumsuz mübahisələrə, proseslərə cəlb olunmalarının qarşısını almaq üçün bəzi prosedurlar müəyyənləşdirilib:
“Bu prosedurlar sadədir. Xüsusi bir əziyyət çəkmədən mübahisəyə səbəb olmuş məqamı aradan qaldırmaq mümkündür.  Əgər kimsə yayımlanmış media məhsulunda haqqının tapdanıldığını,  hüququnun pozulduğunu düşünürsə, media subyektinin redaksiyası ilə əlaqə saxlayıb həmin yanlışın aradan qaldırılmasını tələb etmək hüququ vardır. Vətəndaş qeyd edilən məzmunla bağlı təkzib verilməsini, düzəliş olunmasını, yaxud, mövqeyinin dərc edilməsini tələb etmək hüququna malikdir. Bu hüquq həm “Media haqqında” Qanunla, həm də   Azərbaycan Jurnalistlərinin Etik Davranış Kodeksi ilə tanınır. Yəni, yaranmış mübahisəni  məhkəməyə getmədən həll edə bilmək hüququ da qanunlarla tanınır”.
Ekspertin sözlərinə görə “Media haqqında” Azərbaycan Respublikasının Qanununun 18 maddəsi  “Təkzib, düzəliş və cavab vermək hüququ”nu ehtiva edir:
“Həmçinin, Azərbaycan Jurnalistlərinin Etik Davranış Kodeksinin həm 1-ci, həm də 3-cü prinsipi bu barədə prosedurları əks etdirir. Yəni, vətəndaş əgər şikayətində haqlıdırsa, bu hüquqi prosedurlardan yararlanmaqla, öz haqqını bərpa edə bilər. 
Yeri gəlmişkən qeyd edim ki, “təkzib, düzəliş və cavab vermək hüququ”nun təmin edilməsi yolu təkcə redaksiya ilə əlaqə saxlamaqla məhdudlaşmır. Bildiyimiz kimi, Azərbaycan demokratik dövlətlərin ənənəsindən istifadə edərək, medianın özünütənzimləmə mexanizmini tanıyır. Ölkədə Mətbuat Şurası, Audiovizual Şura kimi medianın özünütənzimləmə qurumları mövcuddur. Əgər vətəndaş redaksiya ilə əlaqə saxlayaraq haqqının tanınmasına nail ola bilmirsə, onda Mətbuat Şurasına müraciət ünvanlamaqla qarşılaşdığı problemi mübahisələndirə, hüququnun bərpası üçün yardım ala bilər. Bütün bu prosedurları keçdikdən sonra yenə də narazı qalarsa, onda məhkəmə instansiyasına üz tutmaqda tam haqlı ola bilər”.
Törə Zeynallı
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 02 Dekabr 2024 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see205

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see182

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see182

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see179

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see170

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see169

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see143

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see141

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see136

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see134

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see132

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see132

Tramp Rza Pəhləvi ilə mümkün görüşdən danışdı

08 Yanvar 2026 23:39see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri