Icma.az
close
up
RU
Vətəndaş sülhünün fundamenti olan tolerantlıq

Vətəndaş sülhünün fundamenti olan tolerantlıq

Icma.az xəbər verir, Azpost saytına əsaslanaraq.

“Müxtəlif dinlərin nümayəndələrinin qarşılıqlı dialoq və anlaşma şəraitində yaşaması ölkədə vətəndaş sülhü və həmrəyliyi baxımından xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın bu sahədə müsbət təcrübəsi bir sıra ölkələr üçün örnək ola bilər”.

Bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Bakıda öz işinə başlayan “İslamofobiya: qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciətində bildirib.

Dünyanın müxtəlif ölkələrindən Azərbaycana gəlmiş dini liderlər, ictimai xadimlər bu gün dünyanın ciddi probleminə çevrilmiş dini məzmunlu nifrət çağırışları və dözümsüzlük təbliği ilə bağlı problemləri müzakirə edirlər.

Belə mühüm tədbirin Azərbaycanda baş tutuması səbəbsiz deyil. Ölkəmiz tolerantlıq və həmrəyliyin minillik tarixinə şahidlik edib. Onun nümunəvi ənənələrini saxlayıb, bu gününə daşıyıb.

Azərbaycan bu gün dini dözümsüzlük çağırışlarına qarşı ciddi platforma quran dövlətlərdəndir. Bu baxımdan Qafqaz Müsəlmanları İdarəsi və onun sədri olan şeyxülislam Allahşükür Paşazadənin bu zəmində fəaliyyəti diqqətçəkəndir.

Bu gün işinə başlamış konfransda çıxış edən QMİ sədri ölkəmizin multkutural təcrübəsini istinad kimi göstərərək dünya ictimaiyyətini milli, irqi və dini zəmində dözümsüzlüyə “yox” deməyə çağırıb.

Etnik və dini müxtəlifliyi “milli sərvət” adlandırıan QMİ sədri qeyd edib ki, müstəqil Azərbaycanın multikultural birgəyaşayış təcrübəsini dünyada model olaraq təqdim edib.

QMİ dini mərkəz olaraq  dinlərarası dialoq və əməkdaşlıq prinsiplərini bütün beynəlxalq platformalarda fəal müdafiə edir.

Şeyxülislam bütün mötəbər kürsülərdən islam adından siyasi məqsədlər üçün sui-istifadə edənlərə, dini dəyərləri məqsədyönlü şəkildə təhrif edənlərə qarşı mübarizəyə çağırıb.

Azərbaycan müxtəlif dinlərin, mədəniyyətlərin nümayəndələrinin tarix boyu qardaşlıq və dostluq şəraitində yaşadığı ölkədir. Azərbaycan xalqı bu gün də özünün zəngin tolerantlıq və multikulturalizm ənənələrini qoruyur, sivilizasiyalararası dialoqun dünyada təbliği istiqamətində ciddi addımlar atır.

Hazırkı qlobal çağırışlar və böhranlar müsəlman ölkələri arasında həmrəyliyin göstərilməsini labüd edir. Bütün müsəlman dünyasını narahat edən islamofobiya ilə mübarizədə vahid cəbhədən çıxış etmək vacib məsələyə çevrilib.

Azərbaycan bu risklərin qarşısına dinlərarası barışı və mehribanlığı ehtiva edən dövlət siyasəti ilə çıxır. Prezident İlham Əliyevin bəyan etdiyi böyük bir humanitar platformanın özəyini  təşkil edən tolerantlıq prinsipləri xarici təhdidlərə qarşı bir zirehdir.

Həssas geopolitik regionda yerləşən Azərbaycanın belə beynəlxalq təhdidlərə qarşı multkulturalizm və tolerantlıq siyasəti  inteqrasiya üçün vacib çağırışlarıdır.

Mənəvi qaydaların təbliği üçün dini liderlərin nufuzundan həmişə istifadə edilib. Dini ayrı-seçkiliyə qarşı etibarlı platforma olan QMİ bu gün ölkədə inanc həmrəyliyinin mühüm amili kimi dövlətin prioritetlərində yerini alıb.

Dini zəmində siyasi avanturaya əl atanların ilk hədəfi çoxkonfessiyalı cəmiyyətlər olur. Bu qüvvələr bunun üçün hər xırda fürsətdən yararlanmağa can atırlar.

Təsadüfi deyil ki, tolerantlıq hazırda bu cür məkrli siyasətə qarşı aparılan prosesin vacib detalı kimi çıxış edir.

Bu baxımdan dövlətimizin mulkultural mədəniyyətinin inkişafında QMİ  tarixən özünəməxsus rolunu oynayıb.

Nufuzlu beynəlxalq qurumların rəhbərliyində, idarə Heyətlərində yer alan A.Paşazadə bu postları Azərbaycanın multkultural siyasətinin əsas hədəflərinin təbliği üçün tribunaya çevirə bilib. Bu da öz növbəsində prezident İlham Əliyevin siyasi iradəsi ilə yürüdülən multkultural siyasi kursun uğurla həyata keçməsinə öz töhfələrini verir.

Bu baxımdan QMİ sədri Allahşükür Paşazadə təkcə dini rəhbər kimi deyil, ictimai xadim olaraq bəşəri dəyərlərin və humanizm prinsiplərinin ardıcıl müdafiəçisi kimi çıxış edib.

Elə məqamlar olur ki, orada siyasi çağırışlar, siyasətçi etimadı yetərli olmur. Dini dözümlülük, xalqları sülhə çağırmaq bəzən din xadiminin bir çağırışına möhtac qalır. Şeyxülislam bütün bu illərdə dini həmrəyliyi dəstəkləyən və tolerantlıq prinsiplərini  özündə daşıyan siyasi prioritetlərinin təbliğində əlindən gələni əsirgəməyib.

Dini harmoniya müxtəlif səmavi dinlərə etiqad edən cəmiyyətin yaxşı əməkdaşlığını ortaya qoyub. Bu baxımdan Azərbaycandakı dini tolerantlıq beynəlxalq müstəvidə həmişə dəstək ala bilib.

Ölkəmiz əməkdaşlığın bu unikal təcrübəsini dünyaya təqdim etməklə bu sahədə əldə etdiyi uğuru göstərir.

Cəmiyyətin illərin sınağından çıxmış birliyi, tolerantlığı və qardaşlıq müstəvisi bu qara qüvvələrə öz məkrli niyyətlərini həyata keçirməyə imkan verməyib. Azərbaycanda dini əməkdaşlıq icmaların qardaşlıq mesajlarından güc alır, dövət siyasətinin əsas prinsipləri üzərində bərqərar olub.

Milli və dini həmrəylik istər qədim zamanlarda, istər ateist SSRİ dönəmində həmişə tolerantlığın milli kodlarını daşıyıb. Müstəqil Azərbaycanın son 30 illik tarixi müxtəlif sınaqlarla üz-üzə qalsa da milli və dini həmrəylik mürəkkəb siyasi böhranlardan üzü ağ çıxıb.

Bu gün Azərbaycanın konfessiyalararası münasibətləri dünya üçün nümunədir.

Prezident İlham Əliyevin bu siyasi xətti ölkəmizdə dinlərarası əməkdaşlığın misilsiz mühitini yaradıb. Hər cür ksenofobiya cəhdlərinə sərt təpki verən dövlət siyasəti Azərbaycan tarixinin və əxlaqının ən parlaq tezislərinə söykənir.

Azərbaycanın tolerantlıq prinsiplərinə söykənən siyasəti və onun uğurlu təqdimatı artıq ölkənin vizit kartına çevrilib. Prezident İlham Əliyev tərəfindən yürüdülən siyasətin əsas hədəfi Azərbaycanın bu irsinin təbliği, çağdaş dünyamızda dini, etnik dözümsüzlük zəmnində baş qaldırmış kobud ayrı-seçkilik siyasətinin ifşasıdır.

Ölkəmizin qlobal mədəniyyətlərarası dialoq mərkəzinə çevrilməsi təsadüfi xarakter daşımır. Azərbaycan dünyaya  tolerantlıq baxımından təqdim etdiyi yeni model özünün fərqli təqdimatı ilə seçilir.

Prezident İlham Əliyevin bəyan etdiyi böyük bir humanitar platformanın özəyini  təşkil edən tolerantlıq prinsipləri ölkəmizi dünyada nümunə olaraq nümayiş etdirir.

Aydın ABBASOV

AzPost.az

Paylaş

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:214
embedMənbə:https://azpost.info
archiveBu xəbər 27 May 2025 05:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see351

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see343

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see261

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see255

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see247

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see238

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see238

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see236

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see231

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see231

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see223

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see214

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see211

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see207

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see202

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see198

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see194

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see190

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see189

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri