Vətəndaş Xəzər Lizinq MMC dən şikayətçidir VİDEO
Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Taksi fəaliyyəti üçün günlük avtomobil icarəyə götürən Beyləqan sakini Mətin Əlizadə lizinq şirkətindən şikayətçidir.
Avtosfer.az xəbər verir ki, Mətin Əlizadə iddia edir ki, 2021-ci ildə "Xəzər Lizinq" MMC-dən ''99-PX-793'' dövlət qeydiyyat nişanlı avtomobili gündəlik 25 manata götürüb:
''Bir ay ərzində maşını sürdüm, sonra qəza elədim. Maşında başqa texniki problemlər də oldu. Dedilər, apar servisə. Verdim servisə, “Opel” verdilər. Sonra onu da qaytardım. Mənə dedilər ki, sənin o maşınlarla əlaqən yoxdur. Üstündən 4 il keçmişdi, mənə məktub gəldi ki, 14 min borcun var. Mən də şikayət elədim. Sonra, 2026-da məktub gəlib ki, sizin 17979 manat borcunuz var''.
Müsahibimizin sözlərinə görə, bundan sonra uzun müddət məsələ ilə bağlı ona hər hansı tələb irəli sürülməyib. Məsələni mürəkkəbləşdirən əsas məqam tərəflər arasında illər əvvəl baş verdiyi deyilən hadisənin bu gün yenidən gündəmə gəlməsidir.
Biz də qarşı tərəfin mövqeyini öyrənmək üçün "Xəzər Lizinq" MMC ilə əlaqə saxlamağa çalışdıq. Lakin zənglərimizə cavab verilmədi, şirkətin fəaliyyət göstərdiyi ofisin ünvanını da müəyyənləşdirmək mümkün olmadı. Şikəyətçi deyir ki, başına gələnlərlə bağlı məhkəməyə müraciət edəcək.
bax.tvhttps://player.bax.tv/embed/227577.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=son-xeberler
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 05 Oktyabr 2026 23:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















