Icma.az
close
up
RU
Vətəndaşın pulları itdi, kompensasiya edən də olmadı... Bakıkart tətbiqindən beş aydır xəbər yoxdur

Vətəndaşın pulları itdi, kompensasiya edən də olmadı... Bakıkart tətbiqindən beş aydır xəbər yoxdur

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

Düz beş aydır “Bakıkart” tətbiqi fəaliyyətini dayandırıb. Əslində, rəsmi qərar verilməyib. Sadəcə, tətbiq işləmir, burada pulu ilişib qalan müştərilərə də deyilir ki, tezliklə iş bərpa olunacaq. Müştərilərin reaksiyasından vədə inanmadıqları görünür.

Bizimyol.info xəbər verir ki, “Bakıkart” keçən il avqustun bu günlərində müəmmalı şəkildə yoxa çıxdı. Sentyabrın sonuna qədər Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi müştəriləri vədlərlə sakitləşdirməyə çalışdı. Hər dəfə insanları inandırmağa çalışırdılar ki, texniki nasazlıq var, tezliklə aradan qaldırılacaq. Zamanla müştərilər “Bakıkart”ın yoxluğuna alışdı. Sanki tətbiq bir daha işə düşməyəcək.

Kompüter proqramları üzrə mütəxəssis Rüfət Babayev “Linkedin”dəki yazısında “Bakıkart”ı xatırlayıb: “Bir qaranlıq gecədə metroda qaldım, tətbiq işləmədi. Düşündüm, yəqin internetimin zəif tutmasındandır. Mən nə bilərdim ki, belə bir tətbiq heç bir xəbərdarlıq etmədən, ödənişləri qaytarmadan bir daha açılmayacaq? Mənim də hardasa 5.50 azn ödənişim bir gecədə yox oldu. Ümumi nə qədər istifadəçidə müxtəlif məbləğlər tutulsa da, heç bir səsi-sorağı çıxmadı. Heç kim kompensasiya və dəymiş ziyana da yiyə durmadı. Hələ də tətbiqə ümidlə ara-sıra daxil oluram, bəlkə nə vaxtsa düzələr”.

Rəylərdən görünür ki, “Bakıkart” tətbiqinin balansında pulu qalan çox adam var. Sayt tərtibatçısı Əziz Ağayev 70 manat itirib. Ləman Sadıqova 50 manatının yolunu səbirsizliklə gözlədiyini yazıb. İnformasiya texnologiyaları üzrə mütəxəssis Allahverdi Mustafazadə 30 manatının geri qaytarılacağına ümid edir.

Göründüyü kimi, ölkədə yaxşı mütəxəssis kimi tanınan xeyli şəxs ictimai nəqliyyatdan istifadə etməklə yanaşı, həm də “Bakıkart”a etimad göstərib. Amma tətbiq qəfildən yoxa çıxıb, hamını pis vəziyyətdə qoyub.

“Linkedin”də fiziki kart, yoxsa QR ödənişlərinin əlverişli olması da müzakirə edilib. Fiziki kartın vacibliyini yazanlara haqq qazandırmamaq olmur. Çünki QR ödənişləri ictimai nəqliyyatdan istifadə zamanı çevik deyil. Buna görə avtobusların dayanacaqda yubanması halı az olmur. Üstəlik, yaşlı insanlar belə ödənişləri həyata keçirməkdə çətinlik çəkirlər. Fiziki kartla ödənişi yerinə yetirmək onlara daha əlverişli görünür.

Aytən, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 09 Yanvar 2025 13:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri