Icma.az
close
up
RU
Vətəndaşlar mənzilini satıb bu əraziyə KÖÇÜR: Evlər əlverişli qiymətədir

Vətəndaşlar mənzilini satıb bu əraziyə KÖÇÜR: Evlər əlverişli qiymətədir

News24 portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Son günlər Abşeron rayonu və ətraf qəsəbələrdə, xüsusilə Xırdalan və Masazırdakı yaşayış məntəqələrindəki mənzil bazarında diqqətçəkən hərəkətlilik müşahidə olunur. Sosial şəbəkələrdə yayılan məlumatlarda bildirilir ki, bu ərazilərdə çoxlu sayda evlər satışa çıxarılıb, fərdi yaşayış evləri və mənzillərin satış elanlarının sayı artıb. 

Maraqlıdır, bu ərazilərdə evlərin satışının artmasının səbəbi nədir?

Məsələ ilə bağlı danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Newqs24.az-a bildirib ki, Xırdalan və Masazır ərazilərində evlərin satışa çıxarılmasında mütəmadi olaraq aktivlik müşahidə olunur. Onun sözlərinə görə, həmin ərazilərdə daim ev tikib-satan şəxslər mövcud olub və bu, bazarın təbii hərəkətliliyinin bir hissəsidir:

"Həmin ərazilərdə qiymətlər bazar dəyərinə görə Bakının mərkəzindən daha ucuzdur. Digər tərəfdən, paytaxtın özündə genişmiqyaslı söküntülər həyata keçirilir. Bu söküntülər nəticəsində yüzlərlə vətəndaş əllərində nağd vəsaitlə mənzil axtarışına çıxır. Lakin onların əvvəlki mənzillərinin sahəsi nisbətən kiçik olduğuna görə ödənilən kompensasiyalar şəhər mərkəzində yeni mənzil almaq üçün kifayət etmir. Nəticədə həmin vəsait yalnız Bakıətrafı ərazilərdə – xüsusən, Xırdalan və Masazırda ev tapmağa yetir".

Ekspert həmçinin bildirib ki, mövsümi amillər də satışın artmasına təsir göstərir. Onun fikrincə, yay mövsümündə, eləcə də, sentyabr ayının əvvəllərindən sonuna qədər həyət evlərinə maraq xeyli artıb. Bu səbəbdən satış elanlarının sayında da yüksəliş müşahidə olunur.

Elnur Fərzəliyev əlavə edib ki, Xırdalan və Masazırda satıcı fəallığı çox ciddi hiss olunur:

"Xırdalan və Masazır kimi ərazilərdə insanlar bəzən öz evini sataraq başqa yerlərə köçmək istəyirlər. Digər tərəfdən, burada daha çox ev alqı-satqısı ilə məşğul olan şəxslər fəaliyyət göstərir. Torpaq sahəsi və ya yarımçıq ev alıb tikinti işlərini tamamladıqdan sonra daha yüksək qiymətə satışa çıxarırlar. Bu da bazarda elanların çox görünməsinə səbəb olur".

Aqil Qarayev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://news24.az
archiveBu xəbər 18 Sentyabr 2025 14:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see666

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see294

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see290

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see272

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see270

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see232

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see229

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see224

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see202

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see197

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see180

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see176

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see174

Tramp indi açıq şəkildə iki istiqamətdə siyasət aparır

02 Fevral 2026 08:22see166

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see164

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see160

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see156

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see152

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see151

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri