Vətəndaşlar “Trendyoldan şikayət etdi: Araşdırma başladıldı FOTO
Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Son günlər məşhur onlayn alış-veriş platforması Trendyol haqqında şikayətlər artmaqdadır. Müştərilər aldıqları məhsulları geri qaytardıqda, pullarının tam və ya vaxtında geri ödənilmədiyini bildirirlər.
Avtosfer.az xəbər verir ki, qeyd edilən şikayətlərdə bəzi hallarda qaytarılan məhsul üçün ödənişin ümumiyyətlə geri qaytarılmadığı, bəzi hallarda isə ödənilməli olan məbləğin yalnız bir hissəsinin qaytarıldığı bildirilir.
Müştərilər bu vəziyyətin onlara maddi ziyan vurduğunu və e-ticarət platformasına olan etimadlarını azaltdığını qeyd edirlər.
Bundan əlavə, müştəri xidməti ilə əlaqə saxlayan istifadəçilər geri ödənişin müxtəlif bəhanələrlə gecikdirildiyini və prosesin həddindən artıq uzadıldığını bildirirlər. Onların sözlərinə görə, “Trendyol” müştəri müraciətlərini həll etmək əvəzinə, problemi uzadaraq vaxt qazanmağa çalışır.
Hazırda Trendyol tərəfindən bu iddialara rəsmi cavab verilməyib. Müştərilər isə platformadan daha şəffaf və ədalətli bir qaytarılma prosesi tələb edirlər.
Məsələ ilə bağlı, "Trendyol Azərbaycan”ın PR və kommunikasiya direktoru Süheyla Cəfərova saytımıza açıqlamasında vurğulayıb ki, qeyd edilən məsələlər çərçivəsində araşdırma aparılır.
İctimaiyyətə araşdırmaların nəticələri ilə bağlı detallı məlumat veriləcək.
Fidan
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 13 Yanvar 2025 18:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















