Icma.az
close
up
RU
Xarici vətəndaşlar Azərbaycan banklarından kart ala bilərlərmi? Araşdırma

Xarici vətəndaşlar Azərbaycan banklarından kart ala bilərlərmi? Araşdırma

Icma.az, Banco.az saytına istinadən bildirir.

Araşdırma: Gülnar Əhmədli, Banco.az

Son illərdə Azərbaycanda yaşayan və işləyən xarici vətəndaşların sayı artıb. Ölkəyə uzunmüddətli üz tutan vətəndaşlar buraya ya təhsil, ya da iş üçün gəlirlər. Burada yaşayan vətəndaş ölkə banklarının xidmətlərindən də istifadə etməli olur.

Xarici vətəndaşların ən çox qarşılaşdığı suallardan biri yaşadığı ölkədə bank kartı almaq imkanları ilə bağlıdır.

Azərbaycanda yaşayan xarici vətəndaş banklardan ödəniş kartı əldə edə bilərmi? Bununla bağlı qanunvericilikdə hansı tələblər var? Qadağalar nəzərdə tutulubmu?

Mövzu ilə bağlı həm Azərbaycan Mərkəzi Bankı-nın, həm də bankların mövqeyini araşdırdıq. Araşdırmamız nəticəsində məlum oldu ki, bu proses müəyyən sənədlər və bankların daxili qaydaları ilə tənzimlənir.

Mərkəzi Bank məsələ ilə bağlı Banco.az-a bildirib ki, “Banklar haqqında” Qanuna əsasən, banklarla onların müştəriləri arasında münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının Qanunu, habelə həmin Məcəlləyə və Qanuna müvafiq olaraq Mərkəzi Bank tərəfindən qəbul edilmiş normativ xarakterli aktlar və müqavilə əsasında həyata keçirilir: “Qeyd edirik ki, xarici vətəndaşların yerli banklardan kart əldə etməsi ilə bağlı Mərkəzi Bank tərəfindən məhdudiyyət müəyyən edilməmişdir. Banklar yerli qanunvericiliyin tələbləri, habelə müxtəlif risk faktorları nəzərə alınmaqla bununla bağlı qərarları müstəqil surətdə qəbul edirlər”.

Banklardan əldə etdiyimiz məlumata görə, xarici vətəndaşların demək olar ki, bütün banklarımızdan kart əldə etməsi mümkündür.

Bunun üçün xarici vətəndaş xarici pasport, müvəqqəti yaşayış icazəsi və ya daimi yaşayış üçün icazə sənədi, tələbə olduğu halda tələbə kartı və ya təhsil müəssisəsindən arayış, sahibkar olduğu halda dövriyyə haqqında bankdan çıxarış, fəaliyyət yeri, eyni zamanda çalışdığı yerdən arayış təqdim etməlidirlər. Qeyd edək ki, bu sənədlər bankdan asılı olaraq dəyişə bilər.

Həmçinin onu da qeyd edək ki, yekun qərar bankın filialında verilir. Belə ki, vətəndaş qeyd edilən sənədləri təqdim edib bankın yoxlamasından keçdikdən sonra kart əldə edə bilər.  Həmçinin bank yoxlamadan sonra imtina da verə bilər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://banco.az
archiveBu xəbər 20 Oktyabr 2025 16:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see262

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see207

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see184

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see180

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see150

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see147

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see145

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see131

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri