Icma.az
close
up
RU
Vətəndaşlar üsyan etdi “3 gün süfrə açmaq olar…” KONKRET

Vətəndaşlar üsyan etdi “3 gün süfrə açmaq olar…” KONKRET

Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ramazan ayının gəlişi ilə Bakı restoranlarında xüsusi iftar menyuları təklif olunmağa başlayıb. Qiymətlər isə 25-30 manat arasında dəyişir. 

KONKRET.az yenisabah.az-a istinadən bu qiymətlərin vətəndaşlar üçün nə qədər əlçatan olduğunu öyrənmək üçün bir neçə paytaxt sakininin fikrini öyrənib:

Aytən Məmmədova, 29 yaş, müəllimə:

“İftar üçün restoranlara getmək bəzən rahat olur, amma qiymətlər məncə bir qədər yüksəkdir. 25-30 manatlıq menyular hamı üçün əlçatan deyil. Evdə hazırlanan yeməklər həm daha sərfəli, həm də sağlamdır”.

Elvin Rəhimov, 32 yaş, usta:

“Qiymətlər normaldır, amma menyuların keyfiyyətindən çox şey asılıdır. 20-25 manat ödəyirsənsə, doyumlu və keyfiyyətli yemək təqdim olunmalıdır. Bəzi yerlərdə menyular çox kasaddır və bu məbləğə dəymir”.

Leyla Abbaszadə, 25 yaş, tələbə:

“Tələbələr üçün bu qiymətlər bahadır. Dostlarla iftar açmaq istəyirik, amma 20-25 manat vermək çətindir. Daha uyğun qiymətə menyular olsa, yaxşı olar”.

Orxan Əliyev, 40 yaş, sahibkar:

“Bakıdakı restoranların qiymətləri Avropa ölkələri ilə müqayisədə yenə də münasibdir. Amma restoran seçimində diqqətli olmaq lazımdır, çünki bəzi yerlərdə xidmət haqqı da əlavə olunur”.

Afət Rzayeva, 50 yaş, evdar qadın:

“Ailəmiz böyükdür, həyat yoldaşım cəmi 300 manat təqaüd alır, restoran iftarı bizim üçün çox baha başa gələr. Evdə özümüz hazırlayırıq, həm daha münasib olur, həm də daha dadlı. Restorandakı qiymətlərlə 3 gün süfrə açmaq olar”.

Bakıda Ramazan ayı boyunca bir çox restoran müxtəlif iftar menyuları təklif edir. Aşağıda bəzi restoranların iftar menyuları və qiymətləri ilə tanış ola bilərsiniz:

Pizza Mizza

Bir nəfərlik iftar menyusu 12.90 manata təklif olunur. Menyuya 25 sm pizza, şorba, su və xurma, çay və şirniyyat daxildir. İki nəfərlik menyu isə 24.90 manatdır.

Buta Baku

Bir nəfərlik iftar menyusu 19.90 manatdır. Menyuya şorbalar, salat, əsas yeməklər və içkilər daxildir.

Nana Restoranı

Yeməklər açıq bufetdə təqdim olunur. Bir nəfər üçün qiymət 20 manatdır.

Rivoli Cafe Baku

Açıq bufet iftar menyusu təklif edir. Bir nəfərlik qiymət 20 manatdır.

Valentino Baku

Bir nəfərlik iftar menyusu 27 manatdır. Menyuya şorbalar, salat, qarnirlər, isti yeməklər və içkilər daxildir.

Qeyd edək ki, bəzi restoranlarda xidmət haqqı əlavə oluna bilər. Menyu məzmunu və qiymətlər restoranlara görə dəyişir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:229
embedMənbə:https://konkret.az
archiveBu xəbər 06 Mart 2025 13:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri