Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Uğursuz adamlar... So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Uğursuz adamlar... So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Aslan İsmayılov, hüquqşünas:

- Dünənki Əliyev-Putin görüşündən sonra bütün dünya mətbuatı Putinin üzr istəməsini, AZAL təyyarəsinin Rusiya Havadan Mudafiə Sistemi tərəfindən vurulmasını etiraf etməsi xəbərini manşetə çıxarıb. Görüşün ilkin nəticələri olaraq "Sputnik Azərbaycan"ın Bakıda həbsdə olan rəhbəri azadlığa buraxılıb. Təbii ki, Rusiya Azərbaycan arasında olan gərgiliyin azalmasının tərəfdarıyam. Ona görə yox ki, Rusiya ilə Azərbaycanın yaxınlaşmasını təqlid edirəm. Sadəcə olaraq, Rusiyanın necə təhlükəli bir dövlət olduğunu və həm suverenliyimiz üçün, həm də orada yaşayan milyonlarla həmyerliyimiz üçün hansı təhdidlərin olduğunu dəqiq bilirəm.

Hamımız üçün bəllidir ki, Rusiyanın cürbəcür şəhərlərində həmyerlilərimizə qarşı olan qanunsuzluqlar, o cümlədən Yekaterinburq hadisələri zamanı həmyerlilərimizin müdafiəsinə qalxan, ixtisasca hüquqşünas olan Şahin Şıxlinski və oğlu Mütvəli Şıxlinski Rusiya ilə münasibətlərin gərginləşməsinin qurbanı oldular. Hesab edirəm ki, Azərbaycan dövləti qarşılıqlı mübadilə prosesində onları unutmamalı, onların qısa zamanda azad olunması üçün əlindən gələni etməlidir. Əminəm ki, bu addım Rusiyada yaşayan azərbaycanlılar arasında olan birliyin güclənməsinə də xidmət edəcək.

P.S. Dünənki Əliyev-Putin görüşünü və nəticələrini qınamağa çalışanlar unutmamalıdırlar ki, bu qarışıq dünyada bizə Rusiya kimi düşmən lazım deyil.

İlkin Rüstəmzadə, ictimai fəal:

- Prezidentin Düşənbədə Putinlə olan görüşünə baxdım. Dəfələrlə izlədim.

Müəllimin simasını, mimikasını diqqətlə müşahidə elədim. Və o anda içindən nə hisslər keçirdiyini, nələr düşündüyünü xəyal elədim.

Görüşlə bağlı yetəri qədər yazılıb, danışılıb. Bircə onu deyə bilərəm ki, siyasət heç də pis və yaxşı arasında seçim etmək deyil. Əksinə, çox vaxt pis və çox pis arasından seçim edirsən.

Ölkəmizin bugün Rusiya qarşısında tutduğu yol mərdlik və müdriklik arasındakı incə tarazlıqdır.

Azərbaycan bu diplomatik böhrandan alnıaçıq, üzüağ çıxdı. Rusiya kimi bir gücün qarşısında mərdi-mərdanə durduq, əyilmədik.

İndi doğru olan da münasibətlərin normallaşması, barışıqdır. Rusiyanı söydük, lənətlədik, amma vse day. Torpaqlarımızı aldıq, rus ordusu getdi, qurtardı. Barışmaq lazımdır.

Rus xalqı ilə açıq şəkildə danışıb deməliyik ki, bax brat, siz bizi dəfələrlə işğal etmisiniz. Okey, təhsil, mədəniyyət vermisiniz. Buna görə, spasibo!

Hamımız Qoqolun "Şinel"indən çıxmışıq.

Amma biz müstəqil ölkəyik. Və gördüyünüz kimi, qara, tüklü "çuşka"lar deyilik. Ağıllıyıq, zövqlüyük, dünyəviyik.

Bizimlə dost olmaq sizin üçün qat-qat faydalıdır. Onsuz hər tərəflə boğuşursuz, lazımdı sizə bizlə problem? Oturmuşuq da...

Davayte, dost olaq.

Sərdar Amin, jurnalist:

- Nə qədər ağır olsa da, ən təhlükəli adam tiplərindən biri uğursuz adamlardır. Belə adamlar daim uğur qazananlardan qisas almaq istəyir.

Nofəl Qasımov, şəhid atası:

- Səidsiz 5 il də yaşadıq.

Sabah Səid Rəşidzadənin anım günüdü. Doğma Füzuli, Babı kənd məzarlığı.

2020-ci ildə Səidin şəhid xəbəri gələndə, ağlıma ilk gələn, hansı şəraitdə və harada şəhid olmağıydı. Bakıdan Füzuliyə qədər bu fikirdən ayrıla bilmirdim. İnanırdım ki, Səid təsadüfü şəhid olmaz, can almasa, mövqe azad etməsə, can verməz, xasiyyətin bilirdim, təpərin hiss etmişdim. Çatdıq kəndə, var olsun camaatımız topalaşmışdılar həyətə, tabutu da gətirmişdilər, ana-bacılar ağlaşırdı. Mən isə məlumat almağa adam axtarırdım, necə olub? Kiminlə danışdımsa, bilən olmadı, bildikləri başının sol tərəfindən vurulması oldu.

Məsləhət oldu ki, sabah (12-si) dəfn edək. Səhərə qədər həyətdə gəzişdim, necə olub, hansı vəziyyətdə olub, hansı silahla vurulub? Hətta tabutun başına hərlənib soruşmaq istədim, Səid necə oldu?

Səhər açıldı, həyətə 7-8 zabit, əsgər gəldi, dəfndə iştirak etmək üçün hərbi hissədən göndərilmişdilər. Həsrətlə baxdım bunlara, bəlkə hansısa bilər. Bir də gördüm bir zabit məni soruşdu, atası hansıdır? Tez özüm dedim ki, mənəm.

Yaxınlaşdı, dedi ki, ağsaqqal, bilirsiniz oğlunuz necə şəhid oldu?  Cavab gözləmədən davam etdi, öz bölüyü ilə (Səid bölük komandiriydi) Şişqayanı azad etdi, düşmən bayrağın endirib, Azərbaycan bayrağın sancan zaman, qarşı tərəfdən (snayperlə) vurularaq şəhid oldu.

Az qaldım qışqıram, SƏİD, elə belə də hiss etmişdim, ürəyim deyirdi, sənə inanırdım.

Məzarlığa qürurla getdim, dik durdum, hətta ağlayanlara dedim ağlamayın, möhkəm olun, yəni şəhid atası olaraq təskinlik verirdim, camaatımıza.

Bu qüruru mənə oğlum Səid əməliylə hədiyyə etmişdi, ağlasaydım, narahat olardı.

Şişqaya, mənim yaralı yerim idi, 92-93-cü illərdə iki dəfə hücum etmişdik, azad edə bilməmişdik. Heç vaxt Şişqayaya çıxmamışdım, yalnız aralıdan görürdüm, həsrətlə baxırdım.

2020-ci ildən sonra 4 dəfə getmişəm, həm də müqəddəs bayrağımızı dəyişmişəm.

Məni o zirvəyə Səid qaldırdı.

Ruhun şad olsun, komutan!

Bütün şəhidlərimizə Allahdan rəhmət.

Qulu Məhərrəmli, professor:

- Paytaxtda kitab mərkəzi, kitab evi və ya mağazasının açılması əsl mədəniyyət hadisəsidir. Ona görə də bu gün "MİMTA Yayımları"na məxsus "Litera" kitab evinin açılışı kiyabsevərlərə bir bayram kimi göründü. Açılışda xeyli maraqlı insan var idi.

Oxuculara belə müasir kitab mərkəzi bəxş etdiyinə görə "MİMTA Yayımları"nın kollektivinə təşəkkür edir və kitab təbliği işində uğurlar diləyirik!

lll

Yaxın Şərqdə əsl bayram ovqatı var... Zarafat-zarafat D.Tramp İsraili və HƏMAS-ı iki il sürən müharibədən sonra real sülhə gətirə bilib. Ölüm və zorakılıq dayandırılıb. Qəzza əhli öz yurduna-viran qoyulmuş ev-eşiyinə qayıdır. Yardım maşınları Qəzza bölməsinə daxil olub. Buna sevinməmək mümkün deyil.

Sabah isə Misirdə Yaxın Şərq Sülh sammiti başlayır.

Elçin Mirzəbəyli, millət vəkili:

- Bu gün dəyərli həmkarlarımla birlikdə "Alternativ" Kommunikasiya və Tədqiqatlar İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi "Eşidilməyən səslər" layihəsi çərçivəsində ərsəyə gətirdiyi "İşığa doğru" adlı sənədli filmin təqdimatında iştirak etdim.

...Bizi sonsuza qədər izləyəcək dünənlə, toxunduqca qanayan xatirələrlə yenidən üz-üzə qaldım. Bəzən səmimi hisslərlə yenidən yaşanaraq dilə gətirilən kiçik bir hekayə milyonların ağrı-acısını ifadə edə bilir.

Ən böyük təsəllimiz qiyamətə qalmayan qisasımız və Xocalıda  dalğalanan üçrəngli bayrağımızdır.

Qafar Cəfərov, Azərbaycan Yazıçılar Birliyinin Lənkəran Bölməsinin sədri:

- 10 oktyabr 2025-ci il tarixdə AYB Lənkəran Bölməsi, Lənkəran şəhərindəki H.Əliyev Mərkəzi və "Söz" ədəbi, bədii və publisistik jurnalın birgə təşkilatçılığı ilə Mərkəzdə mərhum şair Şəkər Aslanın 90 illik yubileyi ilə bağlı tədbir keçirildi.

Tədbirdə Xalq şairi Sabir Rüstəmxanlı, tanınmış ədəbiyyatşünas-tənqidçi Vaqif Yusifli, alim, naşir və yazıçı Şəddat Cəfərov, hüquq elmləri doktoru, professor İbrahim Quliyev, bölgə yazarları, ziyalılar, tələbələr, mərhum şairin dostları, qohumları və ailə üzvləri iştirak etdi.

Çoxsaylı çıxışlarda dövrünün sevilən və tanınmış şairi olan Şəkər Aslanın ədəbi yaradıcılığından, jurnalist və naşir kimi fəaliyyətindən söz açıldı, onunla bağlı xatirələr söylənildi.

Şagirdlər tərəfindən şairin ifa olunan şeirləri tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı.

Orxan Atabəy, jurnalist:

- Əfqanıstanla Pakistan bir-birinə girib, qan su yerinə axır.

Hamı təəccüblə soruşur: "Niyə? Nə baş verdi? Axı bunlar dünən qardaş idi?"

Bu savaş İsveçlə Norveç arasında başlasaydı, oturub saatlarla analiz edərdik: "Eyni dil, eyni din, oxşar rifah, sosial dövlət modeli. Bəs niyə savaşdılar?"

Amma söhbət iki şəriət ölkəsindən gedirsə, analiz üçün dərin səbəb axtarmağa ehtiyac yoxdur. Hər ikisi "ən doğru İslam bizdədir" deyib hücuma keçir. Hər ikisi Allahın adını çəkib savaşa atılır. İkisinin də dövlət sistemi savadsızlıq, fanatizm və primitivlik üzərində qurulub. Təhsil yoxdur. İntellekt yoxdur. İnsan haqları yoxdur. Belə mühitdə müharibə qəfil fəlakət deyil, görünməsi gözlənilən nəticədir.

Necə ki, bir gün İraq durub-durduğu yerdə Küveyti işğal etdi. İran BƏƏ-nin adalarını işğal etdi. BƏƏ isə qonşusu olmayan Yəmənin adasını min kilometr uzaqdan gedib tutdu. Vətəndaş müharibələri, məzhəb savaşları. Bu regionda müharibələr səbəbsiz başlayır, bəhanəsi sonradan yazılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:371
embedMənbə:https://525.az
archiveBu xəbər 14 Oktyabr 2025 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see375

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see299

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see282

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see258

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see257

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see242

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see239

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see233

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see226

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see225

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see211

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see210

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see206

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see204

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see203

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see198

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see195

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see191

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see185

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri