Icma.az
close
up
RU
Vətəndaşlarımızın iş dalınca Rusiyaya getməməsi üçün yeni iş yerləri yaradılmalıdır

Vətəndaşlarımızın iş dalınca Rusiyaya getməməsi üçün yeni iş yerləri yaradılmalıdır

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

Son günlər Rusiyada azərbaycanəsilli vətəndaşların hüquq-mühafizə orqanları tərəfindən döyülərək öldürülməsi, işgəncələrə və digər təzyiqlərə məruz qalması ciddi narahatlıq doğurub. Vəziyyət o həddə çatıb ki, Rusiyada ticarətlə məşğul olan, kafe-restoran işlədən, küçədə meyvə-tərəvəz satan soydaşlarımız müəyyən cinayətkar qruplar tərəfindən təqib olunur. Bütün bunlar isə bir məsələni gündəmə gətirir: Əgər Azərbaycanda kifayət qədər iş yerləri olsaydı, vətəndaşlarımız Rusiyaya və ya digər ölkələrə üz tutmaq məcburiyyətində qalmazdılar.

Bəs vətəndaşlarımızın işsizliyə görə ölkəni tərk etməməsi üçün hansı addımlara ehtiyac var?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli bildirdi ki, ölkəmizdə iş yerləri çox olmalıdır ki, vətəndaşlarımız xaricə üz tutmasın:

"İnsanlar hər zaman xaricə köç edəcəklər. Görürük ki, bəzi insanlar böyüyürlər, heç öz doğma ata və analarının yanında qalmırlar, o ki qaldı ölkədə qalmaq. Ancaq iş tapa bilmədikləri üçün ölkədən köç edirlərsə, artıq bu bir problemdir".

İqtisadçının fikrincə, iş yerlərinin azlığı ölkənin əsas problemlərindən biridir.

"Əgər əhalinin az bir qismi gedirsə, bu, problem deyil. Lakin görürük ki, kütləvi şəkildə xaricə axın var. Vətəndaşlarımızın kütləvi halda iş dalınca müxtəlif xarici ölkələrə üz tutmasının qarşısını almaq üçün mütləq şəkildə yeni iş yerləri yaradılmalıdır. Buna görə də iqtisadiyyatımızda qeyri-neft sektoru inkişaf etməli, qeyri-neft ixracı artırılmalıdır. 2015-ci ildən hökumət qarşısına qeyri-neft sektorunun inkişaf etdirilməsi məqsədilə tələblər qoyulub, lakin bu istiqamətdə hələ də uğurlu nəticələr əldə olunmayıb", - deyə X.Kərimli qeyd etdi.

Nuriyyə NATİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 02 İyul 2025 19:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri