Icma.az
close
up
RU
Vətəndaşların çox yaşaması hökuməti qorxudur? “Pensiya sisteminin maliyyə yükünü artıracaq...”

Vətəndaşların çox yaşaması hökuməti qorxudur? “Pensiya sisteminin maliyyə yükünü artıracaq...”

Icma.az bildirir, Azpolitika.az portalına istinadən.

Maliyyə Nazirliyinin hazırladığı “2026–2029-cu illəri əhatə edən Ortamüddətli Xərclər Çərçivəsi”ndə sığorta-pensiya sistemində maliyyə dayanıqlığının artırılması və sığorta prinsiplərinin gücləndirilməsi istiqamətində islahatların davam etdiriləcəyi bildirilib.

Sənəddə qeyd olunur ki, hazırda əhalinin 69,7 faizi əmək qabiliyyətli yaşda, 9,1 faizi isə 65 və daha yuxarı yaş qrupundadır. Maliyyə Nazirliyi narahatdır ki, növbəti onilliklərdə yaşlı əhalinin sayının artması pensiya sisteminin maliyyə yükünü artıracaq və sosial sığorta ödəyicilərinin sayının azalması ilə nəticələnə bilər.

Nazirliyin proqnozlarına görə, 2050-ci ilə qədər 65 yaşdan yuxarı əhalinin xüsusi çəkisi 18,1 faizə çatacaq, əmək qabiliyyətli əhali isə ümumi strukturda 65,4 faizədək azalacaq. Eyni zamanda, gözlənilən ömür uzunluğunun artması pensiya ödənişlərinin müddətini uzadaraq Dövlət Sosial Müdafiə Fondunun maliyyə öhdəliklərini yüksəldəcək.

Nazirlik hesab edir ki, bu şəraitdə sığorta-pensiya sisteminin dayanıqlığını təmin etmək üçün islahatların davam etdirilməsi, eləcə də DSMF-nin sərbəst vəsaitlərinin investisiyalara yönəldilməsi vacibdir.

Sənəddə Maliyyə Nazirliyinin konkret nə təklif etdiyi aydın deyil, amma “islahatların davam etdirilməsi” söz birləşməsində gələcəkdə pensiya yaşının artırılması, yaxud pensiya almaq şərtlərinin daha da sərtləşdirilməsi nəzərdə tutula bilər.

Nazirlik həmçinin təklif edir ki, DSMF-nin sərbəst vəsaitləri investisiyalara yönəldilməlidir. Yəni Fonda toplanan vəsaitlərin banklara depozit şəklində yerləşdirilməsi, yaxud istiqrazlara, səhmlərə, başqa gəlirli maliyyə alətlərinə yatırılması məqsədəuyğundur.

Qeyd edək ki, Maliyyə Nazirliyi son 1 ildə milyardlarla manat büdcə vəsaitlərini sistem banklarına 5-7 faizlə yerləşdirərək əlavə qazanc əldə edir. Müstəqil iqtisadçılar bu addımın büdcə haqqında qanunvericiliyə zidd olduğunu bildirirlər.

Maraqlıdır, nazirlik DSMF-nın dayanqılığına əsas təhlükə kimi əhalinin orta ömür müddətinin uzanmasını, yaşlı əhalinin artmasını göstərir. Amma Azərbaycanın mövcud statistikası, hansı ki, nazirlik onu açıqlayıb, region ölkələri ilə müqayisədə ən “yaxşı vəziyyətdədir”. Ölkədə əhalinin onda biri (təqribən 1 milyon nəfər) 65 və daha üst yaş qrupuna daxildir ki, bu da orta dünya statistikasına yaxın olsa da, Avropdan 2 dəfədən çox aşağıdır. Azərbaycanda əməkqabiliyyəti əhali (15-65 yaş) ümumi sayın 69.7 fazini (təxminən 7 milyon nəfər) təşkil edir. Belə ki, dünya üzrə ümumi əhali 8 milyard nəfərdən artıqdır. Əhalinin 65 yaş və yuxarı olan hissəsi təxminən 10%-dir.

Avropa İttifaqında əhalinin 21,6%-i 65 yaş və yuxarıdır. Bu göstərici Avropanın yaşlanma prosesinin sürətləndiyini və əmək bazarında gənc işçi qüvvəsinin azalmasını göstərir. Afrikanın bəzi ölkələrində isə əhalinin 40%-i 15 yaşdan kiçikdir. Bu, yüksək doğum nisbətləri və gənc əhali strukturu ilə xarakterizə olunur. Çində isə median yaş 39,1-dir və əhalinin yaşlanma tempi sürətlənir. Bu, iqtisadi inkişaf və sosial dəyişikliklərlə əlaqədardır.

Qonşu ölkələrdə isə vəziyyət belədir:

Ermənistan: Əhalinin 67 faizi əmək qabiliyyətli yaşdadır, 65 yaş və yuxarı olanlar isə 15,3 faiz təşkil edir. Pensiya yaşı həm kişilər, həm də qadınlar üçün 63 yaşdır.

Türkiyə: Əhalinin 68 faizi əmək qabiliyyətli yaşdadır, 65 yaş və yuxarı olanlar 8 faiz təşkil edir. Pensiya yaşı həm kişilər, həm də qadınlar üçün sığorta illərinə görə 60–65 yaş arasında dəyişir.

Gürcüstan: Əhalinin 67 faizi əmək qabiliyyətli yaşdadır, 65 yaş və yuxarı olanlar 15 faiz təşkil edir. Pensiya yaşı həm kişilər, həm də qadınlar üçün 65-dir.

Xatırladaq ki, Azərbaycanda pensiya yaşı kişilər üçün 65, qadınlar üçün 63.6 (2027-ci ildən 65) yaşdır.

Beləliklə, region ölkələrində əmək qabiliyyətli əhalinin nisbəti ümumilikdə oxşar səviyyədədir. Lakin yaşlı əhalinin nisbəti Ermənistan və Gürcüstanda daha yüksəkdir ki, bu da sosial təminat və pensiya sistemlərinə əlavə yük yaradır. Amma bu ölkələrdə pensiya yaşının artırılması və ya çətinləşdirilməsi haqda müzakirələr getmir.

Rasim

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 17 Oktyabr 2025 18:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri