Icma.az
close
up
RU
Vətəndaşların nəzərinə: bu bölgəyə getmək daha rahat olacaq Bir neçə dəqiqəyə...

Vətəndaşların nəzərinə: bu bölgəyə getmək daha rahat olacaq Bir neçə dəqiqəyə...

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Ağdam Muğam Mərkəzində çıxışı zamanı Şuşanı Xankəndi ilə birləşdirəcək “Kanat yolu” layihəsi üzərində iş aparıldığını bildirib. Dövlət başçısı həmçinin bu cür layihələrin Laçın və Kəlbəcərdə də həyata keçiriləcəyini vurğulayıb. Məlumat üçün qeyd edək ki, İsveçrədə oxşar layihə çərçivəsində Pilatus dağına qalxan kanat yolu dünyada ən məşhur və ən çox seçilənlərdən biridir. Bu kanat 2200 metr hündürlüyə qalxır.

Qeyd etmək lazımdır ki, belə layihələr həyata keçirilərkən ətraf mühitin qorunması xüsusi önəm daşıyır. Bildirilir ki, layihə eyni zamanda bölgənin turizm potensialını artırır, ekoloji mühafizə tədbirləri ilə yanaşı, təbii sərvətlərin qorunması da burada əsas məsələ olaraq qalır.

Bu cür nümunələr Azərbaycanda uğurla tətbiq edilərsə, nələr olar?

Globalinfo.az-a danışan sabiq maliyyə naziri Fikrət Yusifov deyib ki, işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzur bölgəsi turizmin inkişafı baxımından olduqca əlverişli ərazilərdir.

O, Azərbaycanın bu dilbər guşələrində beynəlxalq turizmin böyük perspektivlərinin mövcud olduğunu qeyd edib:

“Azərbaycan Prezidenti İlham Əliyev uzaqgörən siyasətçi və təcrübəli dövlət rəhbəridir. O, haqlı olaraq Qarabağ və Şərqi Zəngəzurda turizmin inkişaf perspektivlərini yüksək qiymətləndirir. Bu məkanlarda bir neçə hava limanının tikilməsi, geniş avtomobil yollarının çəkilməsi, dağ ərazilərini birləşdirəcək tunellərin inşası, yalnız adi infrastruktur layihələrin reallaşdırılması anlamına gəlməməlidir. Həm də, həmin ərazilərdə turizmin inkişafı üçün uyğun bir şəraitin yaradılması deməkdir”.

Fikrət Yusifov

Sabiq nazirin sözlərinə görə, bu sırada Şuşa ilə Xankəndini birləşdirəcək kanat yolunun inşası tam yerinə düşən layihə olacaq:

“Belə kanat yolunun olması Şuşadan Xankəndinə getmək üçün sərf edilən zamanın bir neçə dəfə azalması deməkdir. Bu baxımdan, layihə olduqca uğurlu hesab edilməlidir. Təsəvvür edin, Xankəndinə gəlmiş turist bir neçə dəqiqə ərzində Şuşaya qalxa biləcək və o, bu yolu qalxdıqca həm də ərazinin gözəlliyini seyr etmiş olacaq. Laçın və Kəlbəcər kimi füsunkar təbiəti və təbii zənginliyi olan rayonlarda kanat yolların çəkilməsi də bu yerlərə gələn turistlərdə maraq yaradacaq”.

Fikrət Yusifov qeyd edib ki, kanat yolları atmosferin çirklənməsinin qarşısının alınması sahəsində də vasitəyə çevriləcək:

“Xankəndindən Şuşaya dolama yollarla qalxan hər hansı bir avtomobil istər-istəməz yandırdığı yanacağın tullantıları hesabına atmosferi çirkləndirir. Kanat yolundan istifadə zamanı isə belə bir hal olmayacaq”.

Azərbaycan Ekoturizm Assosiasiyasının sədri Samir Dübəndi bildirib ki, Xankəndi ilə Şuşanı birləşdirəcək kanat yolu dayanıqlı inkişaf və birliyin rəmzidir:

“Bu, təkcə infrastruktur layihəsi deyil, Qarabağın inteqrasiyası, dayanıqlı inkişafı və mədəni dirçəlişi istiqamətində mühüm addımdır. Müasir və ekoloji cəhətdən təmiz nəqliyyat növü həm yerli əhali, həm də regionun tarixinə və təbiətinə toxunmaq istəyən turistlər üçün yeni imkanlar açır. Layihənin məqsədi bu iki əhəmiyyətli şəhər arasında nəqliyyat əlçatanlığını artırmaq, coğrafi relyefə görə çətin keçilən yolu asanlaşdırmaqdır. Kanat yolu sürətli və rahat hərəkəti təmin etməklə yanaşı, iqtisadi və mədəni həyatın canlanmasına da töhfə verəcək. Turistlər üçün bu xətt “mədəni turizm” marşrutunun bir hissəsinə çevriləcək, tarix, memarlıq və təbiət abidələrini birləşdirəcək”.

Samir Dübəndi

S.Dübəndinin fikrincə, kanat yolu yalnız ənənəvi nəqliyyat vasitələrinə alternativ deyil, həm də təbiətə qayğının göstəricisidir:

“Ətraf mühitə minimal təsir göstərən bu layihə dayanıqlı şəhər mobilliyinin nümunəsidir. Eyni zamanda, tikinti və istismar mərhələlərində yeni iş yerləri yaradılacaq, kiçik biznes, xidmət və sənətkarlıq sahələrinin inkişafına təkan veriləcək. Şuşa ilə Xankəndini birləşdirən bu layihə əlaqələrin, dialoqun və ümummilli gələcəyin bərpasının rəmzidir. Bu, təkcə səmaya qalxan bir yol deyil, sülhə, inkişafa və xalqın yenidən dirçəlişinə aparan bir yoldur”.

Qeyd: Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Mövzu: Ekologiya və ətraf mühitin mühafizəsi

Zaira Akifqızı
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:91
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 12 May 2025 19:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see209

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see203

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see194

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see185

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see170

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see163

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see155

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see153

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see152

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see150

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see150

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see149

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see146

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see143

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see142

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see141

“Qalatasaray”da Osimhen planı: Gyökeres alternativ imiş

31 Dekabr 2025 10:46see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see137

Şamanlardan 2026 üçün səs küylü proqnoz: Tramp xəstələnəcək!

31 Dekabr 2025 09:40see134

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri