Icma.az
close
up
RU
Vətəndaşların NƏZƏRİNƏ: Qaz və işıq pulunu artıq belə ödəyəcəksiniz...

Vətəndaşların NƏZƏRİNƏ: Qaz və işıq pulunu artıq belə ödəyəcəksiniz...

Icma.az, Hurriyyet saytına istinadən bildirir.

Azərbaycanda “Elektroenergetika haqqında” qanuna dəyişikliklər ediləcək. Dəyişikliyə əsasən, elektrik enerjisinin ödənilməsindən sabit tarif tətbiq ediləcək.

Sabit tarif elektrik enerjisinin istehlak səviyyəsindən asılı olmayan sabit xarakterli xərclərin tənzimləyici tərəfindən müəyyənləşdirilən hissəsinin qarşılanması məqsədilə hər bir istehlakçı üzrə tətbiq olunan aylıq tarif elementidir.

Həmçinin, “Qaz təchizatı haqqında” yeni qanun layihəsi də hazırlanıb. Bu qanunda da sabit tariflər nəzərdə tutulub.  Qanuna əsasən, sabit tarif qazın istehlak səviyyəsindən asılı olmayan sabit xarakterli xərclərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilən hissəsinin qarşılanması məqsədilə hər bir istehlakçı üzrə tətbiq olunan aylıq tarif element olacaq.

Ediləcək dəyişikliyin mahiyyəti nədən ibarətdir? Müəyyənləşdiriləcək aylıq məbləğ təxminən nə qədər ola bilər?

İqtisadçı-ekspert Akif Nəsirli “Referans”-a açıqlamasında bu sualları cavablandırıb.

“Nəzərdə tutulur ki,  “Elektroenergetika haqqında” qanuna dəyişiklik edilərək sabit tarif elan edilsin. Yəni bütün abonentlərin hamısı işıq və qazdan istifadə etsə də, etməsə də, müəyyən məbləğ ödəsin. Bu məbləğin nə qədər olacağını proqnozlaşdırmaq çətindir. Məsələn, 2 manatlıq sabit tarif tətbiq olunur. Əgər 3 milyon abunəçi varsa, bu 3 milyonun hamısı aylıq 2 manatı şirkətlərə ödəyir və əlavə olaraq işlətdiyi sərfiyyatın da dəyərini ödəyir. İzah olunur ki, infrastrukturun yaradılması üçün ortaya çıxan xərcin qarşılanması üçün bu, vacibdir. Nazir müavini açıqlamasında bildirir ki, bu sistem xaric təcrübədə də mövcuddur. Amma məsələ burasındadır ki, xarici ölkələrdə dövlətə məxsus olan heç bir şirkətin fəaliyyəti qarşılığında belə bir tarif tətbiq edilmir. Bu sadəcə özəl şirkətlərd baş verə bilər. Hətta özəl şirkətlər belə bu sistemi tətbiq edərsə, rəqabətdə uduzur. Çünki abunəçilər haqlı olaraq daha sərfəli, tarif tətbiq etməyən şirkətlərlə müqavilə bağlayırlar. Nəticədə bu sistemə əl atan şirkətlər də müflisləşir. Bu o deməkdir ki, təklif özünü doğrultmur”. 

Ekspert qeyd edib ki, bu təklif dolayı yolla Azərbaycanda işığın və qazın qiymətinin yüksəldilməsidir.

“Bildirilir ki, qaz və işıq sosial layihə olduğuna görə, qiymətlərin artmaması üçün özəlləşdirilmir. Digər tərəfdən isə ildə iki dəfə işıq və qazın qiyməti qaldırılır. Əslində, bu dolayı yolla Azərbaycan üçün işığın və qazın qiymətinin artması deməkdir. Onsuz da hökümətin bu şirkətləri dotasiya ilə işləyir, yəni özlərini maliyyələşdirə bilmirlər. Belə olan halda yenidən infrastruktur xərclərini əhalinin boynuna atması anlaşılan deyil”.

Akif Nəsirli hesab edir ki, vətəndaşlar öz deputatlarına müraciət edərək bu məsələyə etirazını bildirməlidir. Bu zaman qanunun qəbulunda həmin məsələ aradan qaldırıla bilər.

Fidan Vəlisoy 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 11 İyun 2025 19:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see461

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see285

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see208

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see199

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see198

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see188

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see181

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see178

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see178

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see164

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see162

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see161

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see155

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see154

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see146

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see145

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see144

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see142

Çexiyada siyasi qalmaqal: Prezident şantaj edildi, müxalifət istefa tələb edir

28 Yanvar 2026 03:39see136

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri