Icma.az
close
up
RU
Vətəndaşların xaricdən avtomobil gətirməsinə qadağa qoyulacaq? Dilerlər hökumətə müraciət edib

Vətəndaşların xaricdən avtomobil gətirməsinə qadağa qoyulacaq? Dilerlər hökumətə müraciət edib

Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

“Məlum olub ki, ötən il Azərbaycana idxal olunan avtomobillərin 45%-i paralel idxaldır, yəni “boz bazardan”. “Boz bazar” isə el arasında qeyri-rəsmi gətirilən avtomobillər deməkdir. Yəni vətəndaş rəsmi servis mərkəzindən yox, özü birbaşa daha ucuz qiymətə Çindən istehsalçı şirkətdən maşını alıb, öz adına idxal edir”.

“AzPolitika” xəbər verir ki, bu barədə tanınmış texno-bloger Fərid Pərdəşünas bildirib. Onun sözlərinə görə, bu rəqəm isə Azərbaycanda bəzi dilerləri narahat edib. Verilən məlumatlara görə, onlar dövlətə, Sahibkarlar Konfederasiyasına müraciətlər edirlər ki, vətəndaşın belə alışlarına məhdudiyyətlər gəlsin. Bloger vurğulayıb ki, hətta bununla bağlı Sahibkarlar Konfederasiyası məhdudiyyətləri əks etdirən təklif hazırlayır.

F.Pərdəşünas bunu olduqca absurd yanaşma hesab edir: “Birincisi, onu deyim ki, mən özüm Çin avtomobilimi (Tesla yox, Geely) servisdən almışam. YouTube kanalıma baxsanız, rəsmi servislərlə əməkdaşlıq etdiyimi görərsiniz. Onlardan pul qazanmışam. İzləyiciyə verdiyim məsləhətlər də həmişə servisin imkanları ilə bağlı olub ki, servisdən alsanız, zəmanət, xidmət, ehtiyat hissə zəmanəti əldə etmiş olursunuz. Amma bu o demək deyil ki, vətəndaşın seçim imkanı məhdudiyyətlərlə tənzimlənsin. Azərbaycanlı sahibkar hansısa avtomobil istehsal edir ki, onun hüququ da qorunsun? Avtomobili qoyaq kənara, bəlkə biri təkər istehsal edir? Bu, sahibkarı yox, alverçini qorumaq məntiqi olardı. Və ya Azərbaycandakı dilerlər ölkə iqtisadiyyatına nə qədər fayda verir ki? Nə qədər kütləvi iş yeri və salonu var ki, dövlət onları qorusun? Vətəndaş da gətirəndə vergisini və rüsumunu ödəyir, dövlətə xeyir verir. Bəlkə sahibkar ondan artığını edir?”

O, hesab edir ki, sahibkarlar belə direktiv qərarları yox, maarifləndirməni seçməlidirlər. “Rəsmi satıcılar daha üstün imkanlar təqdim edib, alıcını cəlb etməlidir: servis, xidmət, ehtiyat hissə, bazara uyğun xüsusi imkanlar, dil dəstəyi və s. Onsuz da bunu verəndə, mənim kimi servis tərəfdarı olanlar gedib ordan alacaq”, - bloger qeyd edib.

Fərid Pərdəşünas hesab edir ki, bunu istəməyənləri məcbur etmək doğru deyil. Onun sözlərinə görə, dilerlərdən pul alıb, sifarişlə belə təbliğat, reklam aparan bloqerlər, influencerlər doğru mesaj vermir: “Mən də bu işi görürəm, amma qətiyyən alıcını qadağa altına salmaq olmaz. Əgər dövlət bir qadağa qoyacaqsa, bu, həm sahibkar, həm də adi vətəndaş üçün eyni olmalıdır. Məsələn, ABŞ deyir ki, mən Çin brendlərinə 100% rüsum tətbiq edirəm. Daha bunu sahibkara və vətəndaşa ayırmır”.

Bloqçu bildirir ki, hazırda dövlətin strateji baxışı məhz avtomobil parkını yeniləməkdir. O, xatırladır ki, hibrid və elektrik avtomobillərinə olan güzəştlər, xarici bazara əlçatanlıq ucuz avtomobil almağa imkan yaradıb.

“İnsanlar 20-30 min manata təzə maşın alırlar və dövlətin bu strategiyası əladır. Düşünürəm ki, dövlət elə bu cür də davam etməlidir. Sahibkarlar isə azad rəqabətə uyğunlaşmalıdır, direktiv qərarlardan mədət ummamalıdır”, - o, vurğulayıb.

Rasim Əliyev

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:125
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 29 Yanvar 2025 12:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see262

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see207

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see184

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see180

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see150

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see147

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see145

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see131

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri