Icma.az
close
up
RU
Vətənə sevgi ilə böyüyən gənc nəsil

Vətənə sevgi ilə böyüyən gənc nəsil

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xalqın gələcəyi olan gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması, Vətəninə, millətinə sadiq bir vətəndaş kimi yetişməsi ən önəmli məsələlərdən biridir. Yalnız vətənini sevən, onun naminə çalışan gəncləri olan ölkənin gələcəyi işıqlı və parlaqdır. Bu gün hər bir Azərbaycan gəncinin qəlbində Vətəninə böyük sevgi, tükənməz məhəbbət var. 44 günlük Vətən müharibəsində minlərlə gəncin göstərdiyi qəhrəmanlıq, dövlətinə və bayrağına sədaqəti xalqımızın milli ruhunun nə qədər güclü olduğunu bir daha sübut etdi. Bu, qəhrəmanlar gənclər üçün həm qürur mənbəyi, həm də gələcək nəsillərə örnəkdir.

Prezident İlham Əliyev bildirib ki, gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi xüsusi əhəmiyyət daşıyır: "Azərbaycan gənci Azərbaycan dəyərləri, ənənəvi dəyərlər əsasında tərbiyə almalıdır, Vətənə bağlı olmalıdır, Azərbaycan dəyərlərini hər şeydən üstün tutmalıdır, öz tarixini, ədəbiyyatını, ana dilini mükəmməl bilməlidir, fəxr etməlidir ki, Azərbaycan vətəndaşıdır. Ona görə bu məsələyə çox böyük diqqət verilməlidir. Mən gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunması ilə əlaqədar gedən prosesləri müsbət qiymətləndirirəm. Mən görürəm ki, yeni, müasir nəsil yetişir. Müstəqillik dövründə doğulmuş və ya formalaşmış nəsil yetişir. Müasir, vətənpərvər və mənəvi cəhətdən sağlam yeni nəsil ölkəmizin gələcəyini müəyyən edəcək. Ölkəmizin müstəqilliyi, firavanlığı onlardan asılı olacaq. Onlar milli maraqları bizim qədər, heç nəyə baxmadan müdafiə etməlidir. Heç bir təzyiqə, hədə-qorxuya, əsassız ittihamlara baxmayaraq, Vətən məhəbbəti və milli dəyərlər onlar üçün hər şeydən üstün olmalıdır. Amma buna nail olmaq üçün onlar milli ruhda tərbiyə almalıdırlar. Əgər qloballaşma adı ilə bizə yad olan və faktiki olaraq manqurtlaşma, eyniləşmə siyasəti idxal ediləcəksə, onda bizim gənclərimiz gələcəkdə ölkəmizin maraqlarını qoruya bilməyəcəklər".

Millət vəkili Naqif Həmzəyevin sözlərinə görə, gənc nəslin vətənpərvərlik ruhunda yetişməsi, torpağına, yurduna bağlı, milli-mənəvi dəyərlərə sadiq olması daim dövlətin diqqət mərkəzində olan ən vacib məsələlərdən biridir. İldən-ilə gənc nəslin milli mənlik şüurunda yetişməsinə, vətənpərlik ruhunda tərbiyə almasına daha çox önəm verilir. Ölkənin milli maraqlarının müdafiə edilməsi üçün, ilk növbədə gənclərdə vətənpərvərlik hisslərinin güclü olması vacibdir. Bu məqsədlə də gənclərimizdə vətənpərlik hisslərinin aşılanması ön planda durur. Çünki vətənini sevən, yalnız vətəninə məhəbbət bəsləyən gənclik bütün ali dəyərlərin müdafiəçisi ola bilər. Xalqımıza məxsus olan maddi və mənəvi sərvətlərin keşiyində dayanar, qoruyucusuna çevrilər. Biz bunun, bu həqiqətin 44 günlük müharibə dönəmində əyani şəkildə şahidi olduq və bir daha inandıq ki, müasir gəncliyimiz milli mənlik şüuruna malik olan sağlam təfəkkürlü gənclikdir və həmin gəncliklə gələcəyə ümid etməyə dəyər. Çünki həmin gənclik xalqımıza, bizə məxsus olan dəyərlər uğrunda canından, qanından keçməyə hazır olduğunu bir daha təsdiq etdi. 44 günlük müharibədə Vətənin hər qarış torpağı uğrunda son damla qanına qədər vuruşan, şəhidlik zirvəsinə ucalan gənclərimiz vətənə məhəbbət hissinin necə olduğunu bütün dünyaya göstərdi. İstər şəhidlərimiz, istərsə də, qazilərimiz göz qırpmadan döyüşə atılaraq, düşmən üzərinə gedərək xalqımıza məxsus olan, bizə məxsus olan torpaqlar uğrunda canlarını, qanlarını qurban verməkdən zərrə qədər çəkinmədiklərini əyani şəkildə sübut etdilər.

Millət vəkili bildirib ki, Vətən müharibəsində qəhrənamlıq göstərən Azərbaycan gəncliyinin nəinki şücaəti, ələlxüsus vətənpərlik duyğusu, milli mənlik şüuru, demək olar ki, dastana çevrildi: "Hətta düşmənlərimiz, 44 günlük döyüş zamanı müharibədə iştirak edən erməni əsgərləri belə Azərbaycan əsgəri barəsində danışarkən hansı qorxu və həyəcan keçirdiyini görürük və bütün bunlar gənclərimizin vətən naminə nələrə qadir olduğunu, nə dərəcədə vətənə bağlılığını, milli mənlik şüuruna nə dərəcədə sahib olduqlarını göstərən, təsdiq edən məqamlardandır".

Millət vəkili Fatma Yıldırım qeyd edib ki, rəşadətli Azərbaycan Ordusunun sıralarındakı Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Onlar bütün dünyaya Vətənlərinə olan sevgilərini, sadiqliklərini sübut etdilər. Vətənləri uğrunda canlarını belə fəda etməyə hazır olduqlarını göstərdilər. Məhz onların rəşadəti sayəsində əldə olunan bu şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü və suverenliyini bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu: "Azərbaycan gəncləri üçün ən həlledici sınaqlardan biri də Vətən müharibəsi oldu. Ordu sıralarında Vətən torpaqlarının azadlığı uğrunda döyüşən qəhrəman gənclərimiz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Vətən torpağını qarış-qarış düşməndən təmizlədilər. Azərbaycan bayrağını bütün ərazilərdə dalğalandırdılar. Məhz onların rəşadəti sayəsində əldə olunan şanlı Zəfərlə Azərbaycanın ərazi bütövlüyü tam bərpa edildi. xalqımız otuz ilə yaxın həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Qarabağ öz azadlığına qovuşdu".

Millət vəkilinin dediyinə görə, millətin milli kimlik şüurunun formalaşması, mənəvi-siyasi cəhətdən yetişməsi həm də onun vətənpərvərlik səviyyəsi ilə müəyyən edilir. Vətənpərvərlik həm də fəaliyyət sahəsindən asılı olmayaraq, mənəvi-siyasi məsuliyyəti dərk etmək və layiqincə daşımaqdır. Müasir şəraitdə böyüməkdə olan gənc nəslin düzgün tərbiyəsi milli təhsil ocaqlarının qarşısında duran ən aktual vəzifələrdən biridir. Vətənpərvər vətəndaşın tərbiyəsi məktəbin ideoloji işində ən vacib istiqamətlərdən biri olmalıdır: "Gənclərdə milli mənlik şüurunun formalaşdırılması siyasəti daim davam etdirilməlidir. Hər bir gənc mənsub olduğu millətə, vətənə yaxından bağlanmalıdır. Bunun üçün də malik olduğu dəyərləri dərindən bilməyi vacib ünsürlərdən biridir".

Fatma Yıldırım əlavə edib ki, bu gün hər bir gəncin ən böyük borcu vətənini sevmək, onu qorumaq və inkişafı üçün əlindən gələni etməkdir. Məhz bu ruh Azərbaycan gəncliyini qəhrəman və vətənpərvər edən əsas dəyərdir: "Azərbaycanda vətənpərvərlik hissi çox güclüdür. Bunun biz Vətən müharibəsində də şahidi olduq. Gənclərimiz müharibə zamanı vətən naminə canlarını qurban verməkdən çəkinmədilər. Vətən sağ olsun deyib döyüş meydanına atıldılar və son damla qanlarına kimi döyüşdülər. İgidlik, qəhrəmanlıq dastanı yazdılar. Bu igid Vətən övladları doğma yurd naminə canlarından keçməklə əsl vətənpərvərlik nümunəsi göstərmiş, şərəfli bir iz qoyub getdilər. Onlar vətənpərvərlikləri, igidlikləri ilə yetişməkdə olan gənc nəslə də bir örnək oldular. Bu gün milli vətənpərvərlik Vətənin göz bəbəyi kimi qorunmasında təzahür edir və bunu bugünkü gənclərimiz bütün məsuliyyəti ilə dərk edirlər".

Millət vəkili Hicran Hüseynova deyir ki, vətənpərvər Azərbaycan gəncliyi xalqımızın ən böyük və qiymətli sərvətidir. 44 günlük Vətən Müharibəsində biz bir daha gördük ki, Azərbaycanın böyük və güclü gələcəyi var. Tək biz yox, bütün dünya gördü ki, Azərbaycanda sağlam, cəsur, qəhrəman bir nəsil yetişib. Bu qəhrəman gənclər torpaq uğrunda canlarından keçərək, milli birliyin, vətən sevgisinin və qəhrəmanlığın ən yüksək nümunəsini göstərdilər. Unudulmayacaq bir tarix yazdılar. Bu gənclər Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında bir yumruq kimi birləşdi. Ali Baş Komandanın əmri ilə bir araya gəldilər. Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşdular, 30 illik Vətən həsrətinə öz canları, qanları hesabına son qoydular. Bütün dünya bir daha gördü ki, xalqımız qəhrəmanlar yetişdirən xalqdır və ədalətin bərpası üçün vuruşur. Onlar doğurdan da əsl qəhrəman, vətənləri Azərbaycanı ürəkdən sevən gənclərdir. Göstərdikləri, igidlik, qəhrəmanlıqlarla bunu bir daha hər kəsə sübut etdilər: "Bu gün qürurla deyə bilərik ki, bizim vətənpərvər gənclərimiz var. Onlar milli ruhu yaşadır, tariximizə və qəhrəmanlarımıza hörmətlə yanaşır, Vətənin sabahı naminə çalışırlar. Belə gənclərin sayəsində Azərbaycan daha da güclənəcək, üçrəngli bayrağımız hər zaman ucalarda dalğalanacaqdır".

Sevinc QARAYEVA

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://525.az
archiveBu xəbər 14 Oktyabr 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri