Icma.az
close
up
RU
Vətənini canından artıq sevən Xalid FOTO

Vətənini canından artıq sevən Xalid FOTO

Hurriyyet portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xalidin ağlı kəsəndən bütün eşqini, məhəbbətini Vətəninə, torpağına verib. Elə bu ilahi sevgidir  ki,  İkinci Qarabağ müharibəsi başlanan günü o, könüllülər sırasında  qorxmadan  özünü odun-alovun içinə atıb. Nəticədə  son  damla qanına qədər düşmənlə döyüşüb xalqın 30 ilik torpaq həsrətinə öz qanı, canı bahasına son qoyan  minlərlə ölümsüzlüyə qovuşan qəhrəmanlardan bir olub. 

Sədaqəti, mərdliyi ilə əbədi ömür qazanan, bütün Azərbaycanın iftixarına dönən Cəlilabad elinin qəhrəman oğlu ölümündən sonra   “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə “ və digər medallara layiq görülüb. Əmanət qoyduğu iki övladı da qeyrət bulağından içə-içə Vətənin gələcəyi üçün boy atırlar...
Cəlilabad rayonunun Moranlı kəndində  dünyaya göz açan Xalid Rafiq oğlu Qasımov 2013-cü ildə Qara Kazımlı adına tam orta məktəbini  yaxşı qiymətlərlə bitirib. Məktəbdə oxudu zaman müəllimlərinin böyük rəğbətini qazanan Xalıd hərbi hazırlıq fənninə xüsusi maraq göstərib. 2014-2015-ci illərdə cəbhə bölgəsində müddətli həqiqi hərbi xidmət dövründə canından artıq sevdiyi Vətənin keşiyində ləyaqətlə dayanıb. Çətin sınaqlardan üzüağ çıxmaqla əsl qeyrətli oğul kimi tanınıb, sevilib.

Əsgərlikdən sonra işğalçı dığalardan qisas almaq məqsədilə həyatını  hərb sənətinə bağlayıb.  Bütün arzuların zirvəsində  Vətənin, xalqın xoşbəxtliyi dayanan Xalid Qasımov   24 avqust 2019-cu ildən Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin Böyük Kəsik sərhəd nəzarəti şöbəsində xidmətə başlayıb.

Qısa müddət ərzində  intizamı, çalışqanlığı, mərdliyi, vətənpərvərliyi   ona  kollektivin böyük hörmətini qazandırıb.  Ən yaxşı xüsusiyyəti bir də düşmənə əsir düşən Vətən torpaqların azadlığı naminə  həmişə öyrənməyə can atması olub. Bütün təlimlərdə fərqlənən  Xalid hər zaman düşmən tapdağında əzilən torpaqların azad olunması uğrunda döyüşlərdə iştirak etməyi arzulayıb və    bu yolda  özünə ölümü əsl şərəf  bilib. Məhz buna görə də 44 günlük haqq savaşımız  başlayan  andan “Mütləq qələbə bizim olacaq” deyib odlu-alovlu səngərdə yağıya qan qusdurub.  Hər gün də onun qələbə sorağı ən qaynar nöqtələrdən gəlib.

Çoxlu sayda düşmən yaraqlısını məhv edən, döyüşdən-döyüşə bərkiyən kiçik gizir Xalid Qasımov 12 oktyabr 2020-ci il tarixində Cəbrayılda ağır, qeyri-bərabər müharibə meydanında yüksək rəşadət və şücaət  göstərib.  Lakin bu onun son döyüşü olub.  Qəfil atılan yağı gülləsi Xalidin Vətənə sevdalandığı ürəyinə dəyib.  Beləcə 24 yaşında gələcək nəsillər üçün  örnək olacaq bir tarix yazaraq əbədi  gözlərini yumub...

Zəfər ORUCOĞLU

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:229
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 25 Fevral 2025 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri