Icma.az
close
up
RU
Vətənini canından artıq sevən Elgiz

Vətənini canından artıq sevən Elgiz

Icma.az, Adelet.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İkinci Qarabağ müharibəsində Elgiz Fuad oğlu Abbaslı ömrünün 22-ci ilində  Vətən və millət yolunda  canından keçib. Sabirabad rayonunun Cavad kəndində anadan olanElgizin yaşının   çərçivəsinə sığmayan  bu qəhrəmanlığı  Azərbaycanın tarixində əbədi olaraq ona yer edib. O, hər qarışına vurğun olduğu Azərbaycan üçün yaşadı, elə zaman-zaman adı Azərbaycanla birgə çəkilər.  Gələn nəsillər də onun keçdiyi qısa, amma olduqca şərəfli həyat yolunu özlərinə örnək biləcəklər.

Vətəni sevməyi, torpağı necə qorumağı bizə öyrədən, halal bir ocağın yetirməsi olan  Elgiz  Abbaslı Sabirabad şəhərində Nəriman Nərimanov adına 2 saylışəhər tam orta məktəbində təhsil alıb.  Müstəqil həyata qədəm qoyanda köksünün altında  adına can dediyi doğma Azərbaycana, xalqına sevgi dolu bir ürək çırpınıb. Eləcə iki bacının bir qardaşı  olan  Elgizin  torpağına,  yurda bağlılığı, yüksək mədəniyyəti, əxlaqı el-obada ona əsl övlad məhəbbəti, dərin ehtiram  gətirib.

Erməni dığaların işğalçılıq siyasətini heç cür vicdanına sığışdıra bilməyən Elgiz  orta məktəbdən sonra, yəni  2016-ci  ildə  cəbhə bölgəsində  hərbi xidmətə başlayıb. Topçu vəzifəsində  Vətəni göz-bəbəyi kimi qoruyub,  hər an yağıdan qisas almaq üçün döyüşə hazır olub. Komandirlərin tapşırıqlarını vaxtında, layiqincə yerinə yetirən, vacib təlimlərdə döyüş bacarığı ilə fərqlənən, hərbi hissədə hamının hörmətini qazanan  nümunəvi əsgər Elgiz yoldaşlarına deyib ki,  torpaq igid oğulların çiynində Vətən olur. Erməni dığalarına əsir düşəm əzəli yurd yerimiz Qarabağ  həsrətlə öz ərənlərin yolunu gözləyir. Onu yağı tapdağından azad etmək bizim borcumuzdur. Müharibə olsa, mən birincilər sırasında gedərəm.   Yağıya qarşı son damla qanıma qədər  qeyrətlə, kişi kimi vuruşaram.  Təki Vətən yaşın, xalqın gələcəyi  yaxşı olsun.   Elgizin böyük inamla, qətiyyətlə söylədiyi bu fikirlər həm də  əsgər yoldaşlarının  ürəyində Vətənə məhəbbət, cəsurluq,  düşmənə nifrət hisslərini alovlandırıb. 

Hərbi xidmətdən sonra Elgiz Sabirabada  qayıdıb. Ailəsinə kömək etmək məqsədilə  rayon mərkəzində fəaliyyət göstərən böyük mağazalardan birində işə düzəlib. Günləri nə qədər xoş keçsə də, Vətənin dar günündə   yerini  cəbhə bölgəsində görüb. Təcrübəli topçu kimi  dığalara qan qusdurmağa məqam gözləyib.

Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda başlanan  Vətən müharibəsində Elgiz Abbaslı  ilk gündən düşmənə sarsıdıcı zərbələr endirib, qeyri-bərabər vuruşlardan zəfərlə çıxıb. Onun döyüş yolu Füzuli istiqamətindən başlanıb, girdiyi ağır müharibə meydanlarında göstərdiyi hünər, fədakarlıq yalnız böyük qələbəmizdən xəbər verib. Qartal kimi düşmən üstünə şığımaqla bərabər, həm də  ağır məqamlarda  döyüş yoldaşlarının  həyatını xilas etməklə yadda qalıb.

Ordumuzun Cəbrayıl istiqamətində hərəkət zamanı içərisində hərbi qulluqçular olduğu  iki zirehli  maşın pusquya düşüb. Düşmən atəşi nəticəsində  maşınlardan biri vurulub. Yaralı döyüş yoldaşlarına kömək etmək üçün ilik irəli atılan Elgiz olub. Əvvəlcə iki hərbiçini təhlükəli ərazidən çıxardıb. Lakin növbəti yaralıya yaxınlaşdığı zaman mərmi partlayışı  nəticəsində ağır yaralanıb. 8 oktyabr  2020-ci ildə şəhid olub. Beləcə, Vətəni canından artıq sevən, onun azadlığı uğrunda qana susamış düşməni qanda boğmaqla ürəklərdə özünə əbədi yer edən Elgiz Abbaslı dövlət tərəfində də ölümündən sonra  “Vətən uğrunda”, “Cəsur döyüşçü”, Füzulinin, Cəbrayılın, Qubadlının  azadlığına görə medalları ilə təltif olunub.

Bəli, qəhrəman Vətən sevdalısı  Elgizin adı yalnız  doğulduğu Cavad kəndində, ailəsinin yaddaşında  deyil,  bütün  Azərbaycan  xalqının  xatirəsində daim yaşayacaq.

Zəfər ORUCOĞLU,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://adalet.az
archiveBu xəbər 28 Oktyabr 2026 12:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see491

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see443

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see342

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see292

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see283

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see279

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see274

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see267

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see250

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see241

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see235

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see228

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see224

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see220

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see215

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see212

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see211

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see200

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see200

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri