Icma.az
close
up
RU
Vətənini özündən çox sevən Pərvin ŞƏRH

Vətənini özündən çox sevən Pərvin ŞƏRH

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

Şəhid Pərvin Salmanzadənin 35 yaşı tamam oldu
Astara rayonunun Pensər kəndində dünyaya göz açan Pərvin Təbriz oğlu Salmanzadə doğma Vətənə, torpağa halal sevgisini İkinci Qarabağ müharibəsində tam sübuta yetirdi. Müharibə meydanında yağının bağrına çat salmaqla bir tarix yazdı. Özü şəhid olsa da, qaldı ki, xalqı üçün qoyduğu yadigarlar əbədidir. Və əməllərinin mayasında Vətəni sevmək, torpağı qorumaq əzəməti dayanır.
Bəli, həyata mehr-məhəbbət, əzəmət gətirən əməllərə tapınmaqla Pərvin əsgərlik yaşına çatır. 2009-cu ildə hərbi xidmətə yola düşəndə el-obada özünə görə hörmət sahibi idi. Əsgərliyini cəbhənin ən qaynar xəttində keçirən Pərvin doğma Azərbaycana sədaqətlə xidmət edir, Vətənin bir qarış torpağından ötrü canından belə keçməyə həmişə hazır durur. Elə onu əsgərlər arasında nüfuz sahibi edən də Vətən sevgisindən doğan keyfiyyətləri olur. Ən əsası köksündə qəhrəman ürəyi döyünən Pərvinin vətənpərvərliyi, milli ləyaqət hissi, düşmənə alovlu nifrəti xidmət etdiyi hərbi hissədə hamı üçün nümunə olur.
Üzüağ əsgəri xidmətdən kəndinə dönən Pərvin özünü əmək meydanında sınayır. Necə deyərlər, firavan həyat naminə maddi nemətlər bolluğu yaratmaq uğrunda əzmlə çalışır. Özü də Pərvin bütün fəaliyyətini xalqın, Vətəninin taleyi ilə bağlayır. Getdiyi halallıq yolunda saf duyğularla yaşayan, məsləkli adamlardan öyrəndikləri də çox olur. Bütün bunlarla bərabər düşmən tapdağında olan Qarabağdan ötəri ürəyi darıxır. Vətənin qeyrətli oğlu özlüyündə götür-qoy edir və torpaq naminə yerini səngərdə, məqamı gələndə döyüşdə görür. 2020-ci ildə yenidən hərbiyə gedir. Onu MAXE vəzifəsində işə götürürlər. Pərvin xidməti vəzifəsinin öhdəsindən layiqincə gəlir, işğal altında olan Vətən torpaqlarını düşməndə geri almaqdan ötrü hərbi sirlərini mükəmməl öyrənir. Çox keçmir düşmənlə mübarizə aparmaq üçün özündə tükənməz qüvvə hiss edir.
Nəhayət ki, bütün Azərbaycan xalqının arzuladığı gün gəlir. 27 sentyabr də İkinci Qarabağ müharibəsi başlanır. Pərvin də Vətən yolunda can qoyan qeyrətli oğlanlara qatılıb ən qızğın od-alovlu döyüş bölgəsinə yollanır. Ağdərə, Xocavənd istiqamətlərdə gedən ağır müharibədə daha rəşadətli olur, düşmənə qarşı qəhrəmancasına vuruşur. Çavuş olduğu dəstəyə də sözü belə olur:” Vətən torpağı müqəddəsdir, onun bir qarışı da gərək yağıya qismət olmasın.” Cəsur döyüşçü Cəbrayılda, Füzulidə də hər qarşı torpaq uğrunda can qoymaqla sarsıdıcı zərbələri ilə erməni faşistləri darmadağın edir. 6 noyabr 2020-ci ildə Şuşa şəhərində şəhid olur. Burada da düşmənə ürəyində arzuladığı dərs keçir. Sonda komandiri qəfil güllədən qorumaq üçün özünü onun üstünə atır. Komandirini xilas etsə də, öz həyatını canından artıq sevdiyi Vətəninə qurban verir...
Pərvinin Vətəninə, xalqına olan sevgisi Uca Tanrıdan gəlirdi. Onu əbədiyyət zirvəsinə ucaldanda bu sevgi oldu. Dövlət isə ölümündən sonra öz igid oğlunu beş- “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, ”Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medallar ilə təltif etdi.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 18 Sentyabr 2026 10:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see497

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see386

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see381

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see273

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see262

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see259

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see255

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see250

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see243

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see234

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see231

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see227

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see221

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see220

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see208

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see204

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see200

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see190

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see188

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri