“Vətənpərvərlik təbliğatı ilə bağlı işlərdə ara vermək, “fasiləyə çıxmaq” olmaz”
Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.
“Vətənpərvərlik təbliğatı ilə bağlı işlərdə ara vermək, “fasiləyə çıxmaq” olmaz”.
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Valeh Kərimov bildirib. Xalq artisti qeyd edib ki, vətənpərvərlik tərbiyəsinin daim, fasiləsiz olaraq həyata keçirilməsi vacibdir:
“Vətənpərvərliklə bağlı məsələlər daim yazılmalı, gündəmə gətirilməli,təbliğ olunmalıdır.
Biz belə görmüşük, belə öyrənmişik. Vətənpərvərlik təbliğatı tamaşalarda, kinolarda, musiqilərdə, rəsm əsərlərində öz əksini tapmalıdır.
Milli qəhrəmanlarımız haqqında filmlər çəkilməli, əsərlər yazılmalıdır. Gənc nəsillər xalqımızın necə böyk qəhrəmanlara sahib olduğunu bilməli, bu qəhrəmanlığı mənimsəməli və öz düşüncələrində, əməllərində yaşatmalıdır. Keçmişdəki qəhrəmanlarımız gələcək qəhrəmanlarımız üçün ilham mənbəyi olmalıdır. Bunun üçün isə həmin qəhrəmanların cəmiyyətə, xalqa tanıdılması olduqca vacibdir”.
Seymur ƏLİYEV
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 08 Yanvar 2025 12:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















