Icma.az
close
up
RU
Veteran güləşçi: Azərbaycan millisinin dünya çempionatındakı nəticəsini qənaətbəxş hesab etmək olar

Veteran güləşçi: Azərbaycan millisinin dünya çempionatındakı nəticəsini qənaətbəxş hesab etmək olar

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 22 sentyabr, AZƏRTAC

Millimizin dünya çempionatındakı nəticəsini qənaətbəxş hesab etmək olar.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycanın veteran güləşçisi Taleh Məmmədov yunan-Roma güləşi üzrə milli komandanın Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatındakı nəticələrini dəyərləndirərkən deyib.

O bildirib ki, gözlənilən nəticələr əldə olunmasa da, bəzi güləşçilərin çıxışını müsbət qiymətləndirmək lazımdır: “Hər bir idmançımız öz potensialını maksimum ortaya qoymağa çalışdı. Eldəniz Əzizlidən (55 kiloqram) qızıl medal gözləyirdik. Təəssüf ki, bu dəfə bacara bilmədi. Halbuki özü də beşqat dünya çempionu olacağına inanırdı və karyerasını da məhz bu hədəfinə görə davam etdirirdi. Arzusu reallaşmadı. Nihat Məmmədli (60 kiloqram) də dünya çempionu ola bilərdi. Lakin həm hakimlərin səhvi, həm də aldığı zədə ona mane oldu. Murad Məmmədovun (63 kiloqram) medal şansı isə 50-nin 50-yə idi, amma o da məğlubiyyətlə üzləşdi. Həsrət Cəfərov (67 kiloqram) “qızıl”a çox yaxın idi. Çempionluğun bir addımlığında öz potensialını tam göstərə bilmədiyi üçün uduzdu. Qurban Qurbanovun (82 kiloqram) da mükafatçılar sırasında olacağını düşünürdüm, hətta finalda güləşəcəyinə ümidim böyük idi. Təəssüf ki, zədəsi imkan vermədi. Murad Əhmədiyevin (97 kiloqram) çıxışı xüsusilə qeyd olunmalıdır. Yarışdığı çəki dərəcəsində medal şansımızın az olmasına baxmayaraq, əsl əzmkarlıq göstərdi və sona qədər mübarizə apardı”.

Keçmiş güləşçi fəxri kürsünün ən yüksək pilləsində yer alan Ülvü Qənizadənin (72 kiloqram) çıxışına da toxunub: “Ülvinin çempion olacağı gözlənilirdi. Üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməklə bütün ümidləri doğrultdu və nəticədə ikiqat dünya çempionu adına yiyələndi. Nəticəyə görə məşqçilər korpusuna da təşəkkür düşür. Bu komanda gələcəkdə daha böyük nailiyyətlərə imza atmaq gücündədir”.

Qeyd edək ki, yunan-Roma güləşi üzrə Azərbaycan millisi 89 xalla komanda hesabında dünya ikincisi olub. İran (180) birinci, Özbəkistan (72) isə üçüncü yeri tutub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Sentyabr 2025 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see253

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see191

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see161

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see154

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see142

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see137

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see135

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see135

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see135

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see133

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see133

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see130

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see130

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see130

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see130

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see128

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see126

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri