Icma.az
close
up
RU
Menu

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

Payızda bu 2 qida mütləq yeyilməlidir

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

Vaşinqtonun Avropa siyasəti Brüsseli niyə qane etmir?

Vaşinqtonun Avropa siyasəti Brüsseli niyə qane etmir?

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Müstəqil qərarvermə isə Bakını böyük güclərin rəqabətindən qoruyur

Son illər Qərb siyasətində baş verən proseslər nəzərə alınanda aydın görünür ki, Transatlantik münasibətlər əvvəllər heç vaxt olmadığı qədər gərgin, ziddiyyətli, hətta sistemli parçalanma astanasındadır. ABŞ-ın dəyişkən xarici siyasət ritmi, Avropa İttifaqında daxili siyasi disbalans, NATO-nun strateji xəttində yaranan ziqzaqlar, enerji və təhlükəsizlik sahələrindəki asılılıq dilemması Qərbdə geopolitik hesablamalarda itkilərin baş verdiyini göstərir.

Liberal dünya nizamının dirəkləri hesab edilən rəsmi Vaşinqton və Brüssel bu gün normativ güc iddiası ilə yanaşı, öz aralarındakı ziddiyyətləri idarə etməyə çalışırlar. Amma ziddiyyətlərin özünü bu şəkildə büruzə verməsini, sadəcə, daxili siyasi proseslərin nəticəsi ilə əlaqələndirmək düzgün olmaz. Qlobal güc balansının dəyişməsi, yeni regional blokların meydana çıxması, böyük oyunçuların aktivləşməsi, Yaxın Şərq və Qafqazda baş verən yenilənmiş dinamika Transatlantik cütlüyün əvvəlki ritmini tamamilə dəyişdirir. ABŞ-ın prioritetlərinin Asiya–Sakit okean regionuna yönəlməsi, Avropa üçün isə təhlükəsizlik və enerji təminatının qarşıdan gələn onilliklərdə qurulması məsələləri əlaqələri yenidən formalaşdırır. Dəyişikliklər isə Qərbin geosiyasi düzəninə təsir etməklə beynəlxalq sistemin bütün aktorlarına yeni seçimlər, manevr zolaqları, balans imkanları yaradır. Bu genişmiqyaslı dönüşün fonunda Azərbaycan kimi çevik diplomatik reflekslərə malik ölkələr üçün böyük geosiyasi pəncərə açılır.

Azərbaycan uzun illər Qərb və Şərq arasında geosiyasi körpü rolunu oynasa da, bu gün artıq körpü olmaqdan əlavə, strukturlaşdırıcı regional güc kimi çıxış edir. Transatlantik gərginliklərin artdığı bir vaxtda rəsmi Bakı həm Vaşinqton, həm Brüssellə münasibətlərini qoruyur, eyni zamanda, milli maraqlarına əsaslanan çoxşaxəli xarici siyasət yürüdür. Bunu anlamaq üçün yaranmış geosiyasi fazanı daha dərin analiz etmək lazımdır. İlk növbədə, qeyd edək ki, Transatlantik münasibətlərdə gərginlik uzun illər mövcud olsa da, son beş il bu uçurumu kəskin şəkildə dərinləşdirdi. ABŞ üçün qlobal texnoloji üstünlüyü qorumaq, müdafiə xərclərini optimallaşdırmaq, enerji bazarlarında təsir dairəsini artırmaq əsas prioritetə çevrilib. Avropa üçün isə ən vacib məsələ yaxın qonşuluqdakı təhlükəsizlik boşluqlarını doldurmaqdır. Daha dəqiq desək, Ukrayna müharibəsi, Balkanlarda gərginlik, Qafqazda dəyişən geosiyasi nizam, miqrasiya dalğaları və iqtisadi durğunluq.

Əvvəllər bu problemlər ABŞ–Avropa münasibətlərində bölüşdürülmüş məsuliyyət prinsipini gücləndirirdisə, indi əksinə, tərəflər arasında qütbləşmə yaradır. Rəsmi Vaşinqton Avropanı kifayət qədər sürətli hərəkət etməməkdə günahlandırır, Brüssel isə ABŞ-ın qlobal liderlik iddiasının Avropa təhlükəsizliyindən kənara çıxdığını düşünür. NATO alyansında son dövrlər müşahidə edilən fikir ayrılıqları da bunun real təsdiqidir. Əgər ilk vaxtlarda NATO-nun missiyası daha çox kollektiv müdafiə idisə, indi hər bir ölkə öz milli təhlükəsizlik doktrinasını alyansın ortaq xəttindən üstün tutur.

Transatlantik münasibətlərin dərinləşən gərginliyi qlobal siyasətin konturlarını yenidən çəkdiyi bir mərhələdə hər bir ölkə üçün həm risk, həm də imkan yaradır. Lakin bu mürəkkəblik içində özünə strategiya qura bilən aktorlar azdır. Rəsmi Bakı prosesdə ideoloji yönləndirmələr əvəzinə, soyuqqanlı rasionalizmə söykənən qiymətləndirmələrə əsaslanır. Ona görə də Avropada baş verən ziddiyyətlərə müdaxilə etmir, qlobal qarşıdurma bloklarından birinə bağlanmağa can atmır və öz milli maraqlarını prioritet edən unikal fəaliyyət trayektoriyası qurur.

ABŞ-la münasibətlərdə bunun ən bariz ifadəsi enerji təhlükəsizliyi və regional sabitlik boyu uzanan praqmatik siyasi xəttdir. Vaşinqton Cənubi Qafqazda rəsmi Bakını sabitliyin mərkəzi kimi qəbul edir. Çünki regionda güc balansının pozulması və ya kommunikasiya xəritəsinin dəyişməsi ABŞ-ın qlobal strategiyasında arzuolunmaz nəticələr doğura bilər. Bu səbəbdən tərəflər arasında yaradılmış qarşılıqlı etimad kanalları, dəyişən geosiyasi vəziyyətə baxmayaraq, açıq qalır və əməkdaşlıq müstəvisini qoruyur. Avropa ilə münasibətlər isə başqa bir strateji qat yaradır. Azərbaycan bu rəqabətli məkanla enerji mübadiləsi ilə yanaşı, nəqliyyat marşrutlarının yenidən xəritələndirilməsi, rəqəmsal transformasiya təşəbbüsləri, “yaşıl enerji” layihələri və təhlükəsizlik arxitekturasının modernləşdirilməsi kimi geniş sahələri əhatə edən əməkdaşlıq qurur. Adını çəkdiyimiz sahələrin hər biri Azərbaycan üçün Avropanın gələcək geosiyasi planlaşdırmasının ayrılmaz elementinə çevrilmək imkanı yaradır. Xüsusən də qitənin Rusiya enerji asılılığından çıxmaq üçün axtardığı dayanıqlı alternativlərin siyahısında Azərbaycan qazı, elektrik enerjisi və logistika infrastrukturu real, praktik həll kimi ön plana çıxır.

Beləliklə, qlobal nizamın yenidən formalaşdığı bir dövrdə Qərb daxilində artan parçalanma, ABŞ və Avropa arasında strateji xəttin müxtəlif istiqamətlərə çəkilməsi bir çox ölkələri çaşqın vəziyyətə salsa da, Azərbaycan bu xaosa məhəl qoymadan balansı qoruya bilən azsaylı dövlətlərdəndir. Enerji, nəqliyyat, regional təhlükəsizlik və diplomatik nüfuz kimi sahələrdə ardıcıllıqla atılan uğurlu addımlar Bakı üçün yeni qlobal rolun əsasını qoyur. Bu rol heç bir güc mərkəzinə birtərəfli bağlı olmayan, əksinə, həmin mərkəzlərin hər biri ilə paralel işləyərək öz maraqlarını təmin edən müstəqil siyasi məkandır. Transatlantik gərginliyin dərinləşdiyi bir zamanda Azərbaycan nə Qərbdən uzaqlaşır, nə də Avropadan. Ölkəmiz öz orbitini qurur. Bu gün dünya yeni bir nizamın başlanğıcında dayanır və bu nizamda ən çox qazananlar real siyasətə üstünlük verən, diplomatiyanın incə mexanizmlərini anlayan, ağıllı balans quran dövlətlər olacaq. Azərbaycan da məhz bu kateqoriyanın bariz nümunələrindən biridir.

Fərhad MƏMMƏDOV,
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru

Hazırkı beynəlxalq mərhələ onilliklər ərzində formalaşmış hərbi-siyasi blokların ciddi böhran yaşaması ilə səciyyələnir. Uzun müddət qlobal nizamın əsas dayaqları hesab olunan strukturlar artıq əvvəlki funksionallığını və təsir gücünü itirməkdədir. Mövcud tendensiyalar onu göstərir ki, proseslər yaxın illərdə də davam edəcək və qlobal sistemdə qeyri-müəyyənlik daha da artacaq.

Belə mürəkkəb və dəyişkən şəraitdə Azərbaycan kimi dövlətlər üçün əsas prioritet, ilk növbədə, öz coğrafiyasında sabitliyin təmin olunmasıdır. Bu, həm region daxilində, həm də regiondan kənarda etibarlı mövqe formalaşdırmağın əsas şərtidir. Eyni zamanda, irili-xırdalı bütün qonşu dövlətlərlə konstruktiv, qarşılıqlı hörmətə əsaslanan münasibətlərin qurulması xüsusi əhəmiyyət daşıyır. Paralel olaraq, qlobal güc mərkəzləri ilə münasibətlərin ikitərəfli formatda, praqmatik və balanslaşdırılmış əsasda inkişaf etdirilməsi zəruridir.

Məhz bu yanaşma dövlətlərə dəyişən beynəlxalq mühitdə manevr imkanlarını qorumağa imkan verir. Həmin istiqamətdə Azərbaycan, faktiki olaraq, nümunəvi xarici siyasət modeli formalaşdırıb. Azərbaycan modeli göstərir ki, qütbləşən dünyada balanslaşdırılmış iştirak daha dayanıqlı nəticə verir. Bu baxımdan, Azərbaycanın xarici siyasəti dəyişən beynəlxalq sistemdə diqqətlə izlənən bir presedentə çevrilib.

Nəzrin ELDARQIZI
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 23 Dekabr 2025 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see322

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see313

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see305

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see303

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see295

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see293

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see292

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see263

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see244

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see239

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see238

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see235

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see229

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see227

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see225

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see206

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see205

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see197

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri