Icma.az
close
up
RU
Veteran pulu artırılacaq? “Bu, daha çox təşəkkür xarakterli ödənişdir”

Veteran pulu artırılacaq? “Bu, daha çox təşəkkür xarakterli ödənişdir”

Icma.az, Yenisabah portalına istinadən məlumat verir.

2025-ci il iyulun 1-dən Azərbaycanda sosial müavinətlər və müxtəlif təqaüd növlərinin məbləğləri artırılıb. Eyni zamanda, 2025-ci il sentyabrın 1-dən doktorantlar, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrin aldıqları təqaüdlərin məbləğləri də artırılması nəzərdə tutulub. Bu tədbirlər çərçivəsində yaxın vaxtlarda müharibə veteranlarına verilən təqaüdün (90 manat) də artırılması ilə bağlı müəyyən gözləntilər formalaşıb.

Yenisabah.az modern.az-a istinadla xəbər verir ki, deputat Aydın Hüseynov növbəti mərhələlərdə sosial sahədə yeni təşəbbüslərin olacağını bildirib.

"Bu tədbirlər sırasında müxtəlif kateqoriyadan olan vətəndaşların, o cümlədən müharibə veteranlarının sosial rifahının yaxşılaşdırılması xüsusi yer tutur". pizza

İqtisadçı Xalid Kərimli vurğulayıb ki, müharibə veteranlarının təqaüdlərinin artırılması gözlənilmir:

"Yenidən artırılma nəzərdə tutulsaydı, indiyədək həyata keçirilərdi. Bir neçə ay əvvəl nazir müavini də bu məsələ ilə bağlı hökumətin mövqeyini izah edib".

Xş Kərimli əlavə edib ki, müharibə iştirakçılarına verilən vəsait daha çox təşəkkür xarakterli ödənişdir.

"Müharibə veteranlarına verilən vəsait əsasən onların kommunal və nəqliyyat xərclərinin ödənilməsinə yardım məqsədi daşıyır. Hesablamalara görə, nəzərdə tutulan məbləğ hələlik həmin kateqoriyaya aid şəxslərin əsas xərclərini qarşılamaq üçün kifayət edir. Buna görə də bu təqaüdlərin artırılması planlaşdırılmır".

Ekspert diqqətə çatdırıb ki, hökumətin ümumi sosial siyasəti əsasən əmək qabiliyyətini itirmiş və ya sosial cəhətdən daha həssas təbəqələrə yönəlib.

"Yəni məqsəd sosial ehtiyacı olan şəxslərə, xüsusilə də əlilliyi və ya digər səbəblərlə əmək fəaliyyətindən kənarda qalanlara dəstəyi artırmaqdır. Təbii ki, müharibə veteranları arasında əlilliyi olan şəxslər də var və dövlət bu kateqoriyaya da xüsusi qayğı ilə yanaşır. Ancaq fikrimcə, yaxın vaxtlarda müharibə veteranlarına verilən təqaüd məbləğlərinin artırılması nəzərdə tutulmur".

Xatırladaq ki, ötən ay sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev müharibə veteranlarına verilən təqaüddən danışıb.

O bildirib ki, veteranlar əmək qabiliyyətli insanlardır. Nazirlik onların daha dayanıqlı təminatı üçün çalışır:

"Ölkəmizdə sosial ədalətin və həmrəyliyin təmin olunması prinsipi ilə dövlət siyasəti prioritet olaraq istiqamətləndirilir. Burada müharibə veteranlarına sosial dəstək tədbirləri mütləq əhatə olunur. Müharibə veteranlarına aylıq təqaüd verilir. Bu aylıq təqaüd kommunal, nəqliyyat və digər gündəlik xidmətlərə istinad olunub. Dövlət sosial təminat tədbirlərini əsasən əmək qabiliyyəti məhdud olan şəxslərə tətbiq edir. Bunlar əlilliyi olan şəxslər, pensiya yaşına çatmış şəxslər, aztəminatlı ailələr, çoxuşaqlı analar, hərbi qulluqçuların övladlarıdır. Yanaşma sosial ədalət prinsipinə əsaslanır.

Veteranlar əməkqabiliyyətli insanlardır. Biz veteranların rifahının uzunmüddətli dayanıqlı şəkildə dəstəklənməsini daha çox təşviq edirik. Onların məşğulluq imkanlarının yaradılması, kiçik biznesə çıxış imkanları yaradılır. Bunlarla bağlı da mühüm addımlar atılır. Təqaüd verilməsi ilə yanaşı, özünüməşğulluq proqramlarına növbədənkənar cəlb olunmasına ailə təsərrüfatlarının qurulması ilə daha çox veteranlarımıza dəstək olmağa çalışırıq".


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:194
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 26 İyul 2025 19:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see239

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see200

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see166

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see158

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see148

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri