Icma.az
close
up
RU
Veteranlıq vermirlər, deyirlər ki, sən fərari olmusan Qarabağ döyüşçüsündən Müdafiə Nazirliyinə MÜRACİƏT

Veteranlıq vermirlər, deyirlər ki, sən fərari olmusan Qarabağ döyüşçüsündən Müdafiə Nazirliyinə MÜRACİƏT

Hurriyyet saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Kürdəmir rayonu, Garıs Əyribənd kənd sakini Mirzəyev Zaur Bahadur oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə Prezident İlham Əliyevə müraciət edir:

"Cənab Prezident!

Mən, Mirzəyev Zaur Bahadur oğlu, 1993-cü il oktyabr ayının 12-də rayon komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışam. Sumqayıt şəhəri, Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən N saylı hərbi hissədə təlimdə olmuşam. Təlimlərimiz başa çatmamış bizi Ağdam rayonu, Gillicə kəndinə döyüş zonasına göndərdilər.

Yanvar ayının 2-də döyüşə girdik, itkilərimiz çox oldu.

Yanvar ayının 19-u, gecə saat 3-4 radələrində bizi təxliyə edib, Tərtər rayonunda Marquşavan deyilən əraziyə göndərdilər. 3 gün sonra isə "Tonaşen 1", "Tonaşen 2" adlanan Madagiz deyilən posta apardılar. Bir müddət orada qaldıq.

Daha sonra 3-4 nəfər bizi Tərtər rayon qarnizonuna gətirdilər. Soruşduq ki, bizi bura niyə gətirmisiniz? Cavab verən olmadı. 1 həftə sonra isə tədridxanaya göndərdilər. Orada bizə məlum oldu ki, bizi fərari kimi gətiriblər. Halbuki biz qaçmamışıq, özləri bizi ordan-ora aparıblar.

Tərtər Məhkəməsi 10 il iş kəsdi. 3 ay sonra Bakı şəhərinə göndərdilər. 1 il 9 ay yatdıqdan sonra Ulu öndər Heydər Əliyev mənə bəraət verdi. Döyüşlərdə iştirak etmişəm, amma bu gün veteranlığım yoxdur. Ayağımda qəlpə yaraları var. 

Bir ildən çox haqsız yerə məni həbsdə saxladılar.

Veretanlığımı düzəltməyə gedirəm, mənə deyirlər ki, sən fərari olmusan. Fərari olsam, 1 il 9 ay sonra məni azadlığa buraxardılar?

Mən sizin sayt vasitəsilə Müdafiə Nazirliyindən xahiş edirəm, veteranlığımı almağa mənə kömək edin". 

Jalə FAMİLQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:80
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 25 İyul 2025 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see264

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see237

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see234

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see227

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see226

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see186

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see172

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see167

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see147

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see146

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see145

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see145

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see135

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see133

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see131

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see130

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see129

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see129

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see126

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri