Icma.az
close
up
RU
“Veysəloğlu” FMCG sektorunda BMT nin Qlobal Sazişinə qoşulan ilk Azərbaycan Şirkətlər Qrupu oldu FOTO

“Veysəloğlu” FMCG sektorunda BMT nin Qlobal Sazişinə qoşulan ilk Azərbaycan Şirkətlər Qrupu oldu FOTO

Icma.az, Pravda.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanın gündəlik istehlak malları (FMCG) sektorunda aparıcı şirkətlər qruplarından biri olan Veysəloğlu Şirkətlər Qrupu, Birləşmiş Millətlər Təşkilatının Qlobal Sazişinə (UN Global Compact) rəsmi şəkildə qoşulub. Bununla da “Veysəloğlu” FMCG sektorunda bu təşəbbüsə qoşulan ilk Azərbaycan Şirkətlər Qrupu oldu.

Rəsmi imzalanma mərasimi şirkətin Bakıdakı mərkəzi inzibati ofisində baş tutub. Tədbirdə Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və baş icraçı direktoru Aydın Talıbov, BMT Qlobal Sazişinin Azərbaycan üzrə nümayəndəsi Samir Məmmədov, rəhbər heyət və korporativ dayanıqlılıq üzrə məsul olan direktorlar iştirak ediblər.

Bu təşəbbüsə qoşulmaqla “Veysəloğlu” ətraf mühitin mühafizəsi, sosial məsuliyyət və şəffaf idarəetmə sahəsində fəaliyyətlərini BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri (SDG) və 10 universal prinsip əsasında daha da təkmilləşdirməyi hədəfləyir.

“Veysəloğlu”nun təsisçisi Aydın Talıbov tədbirdə çıxış edərək bu addımın şirkət strategiyasına tam uyğun olduğunu qeyd edib:

“Biz bu gün sadəcə bir sənədə imza atmırıq – biz gələcək nəsillər üçün daha ədalətli, etik və davamlı biznes mühiti yaratmağı hədəfləyirik. Korporativ mədəniyyət, ətraf mühitə məsuliyyətli yanaşma, şəffaf və ədalətli idarəetmə, həmçinin inklüziv inkişaf prinsipləri 30 illik fəaliyyətimiz ərzində bizim iş fəlsəfəmizin ayrılmaz hissəsinə çevrilib. Bu gün həmin dəyərləri qlobal səviyyəyə daşımaqda qərarlıyıq.”

BMT-nin Qlobal Saziş üzrə Azərbaycan nümayəndəsi Samir Məmmədov da çıxışında bu hadisənin sektor üçün əhəmiyyətini xüsusi vurğulayıb:

“Veysəloğlu Şirkətlər Qrupunun Qlobal Sazişə qoşulması Azərbaycanın pərakəndə sektorunda bir ilkdir. Bu qədər geniş biznes imkanlarına malik olan bir şirkətin təşəbbüsü ölkə biznes mühitində dayanıqlı inkişaf dəyərlərinin təşviqi üçün əlamətdar bir addımdır. Biz bu tərəfdaşlığı yüksək qiymətləndirir, digər şirkətləri də bu istiqamətdə təşəbbüs göstərməyə çağırırıq”.

BMT Qlobal Sazişi haqqında

2000-ci ildə BMT tərəfindən təsis edilən Qlobal Saziş, şirkətləri strategiya və əməliyyatlarını insan hüquqları, əmək standartları, ətraf mühitin mühafizəsi və korrupsiyaya qarşı mübarizə sahəsində qəbul edilmiş 10 prinsipə uyğunlaşdırmağa təşviq edir. Bu gün Qlobal Saziş 160-dan çox ölkədə 30 000-dən artıq biznes və qeyri-biznes tərəfdaşı birləşdirən dünyanın ən böyük korporativ dayanıqlılıq platformasıdır.

Veysəloğlu Şirkətlər Qrupu haqqında

1994-cü ildə təsis edilən Veysəloğlu Şirkətlər Qrupu hazırda Azərbaycanın ticarət şəbəkələri sektorunda lider mövqeyə sahibdir. Qrup özündə pərakəndə ticarət, logistika, istehsal, distribusiya və dağıtım sahələrini birləşdirərək tədarük zəncirinin bütün mərhələlərində aktiv rol oynayır. 30 illik fəaliyyəti boyunca Qrup ərzaq təhlükəsizliyi, məşğulluq və təchizatın sabitliyi baxımından ölkə iqtisadiyyatına əhəmiyyətli töhfələr verməkdədir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:52
embedMənbə:https://pravda.az
archiveBu xəbər 13 İyun 2025 18:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail İran a saldırdı üst düzey komutanlar ve bilim insanları öldürüldü tesisler vuruldu

13 İyun 2025 08:45see243

İran hücumun olacağını bilirdi? Hədəf Xameneidir, yaxın günlərdə...

13 İyun 2025 08:15see173

Tehran bu gecə... Video

13 İyun 2025 05:51see152

Sənədsiz evlərin bir çoxu kənd təsərrüfatı torpaqlarında tikilib Komitə sədri

12 İyun 2025 13:24see140

İsrail İrana zərbələr endirib: generallar həlak olub Tehran qisas vəd etdi

13 İyun 2025 08:31see136

İsrail Təbrizi vurdu VİDEO

13 İyun 2025 08:33see136

Tehranın şimal qərbində partlayış baş verdi

13 İyun 2025 20:53see134

İrana “önləyici zərbə” endirilib

13 İyun 2025 07:52see129

İsrail İran münaqişəsi Azərbaycana necə təsir edəcək? ŞƏRH

13 İyun 2025 11:24see128

İsrail İranda bir sıra təxribat əməliyyatları həyata keçirdi Axios

13 İyun 2025 06:55see127

SON DƏQİQƏ: İranın vurulan əsas nüvə obyektinin peyk görüntüləri yayıldı FOTO KONKRET

13 İyun 2025 16:29see126

Putin: Rusiya həqiqəti və ədaləti müdafiə edir

12 İyun 2025 14:35see122

Çindən olan 92 yaşlı nənə hər gün 200 təkan edir...

12 İyun 2025 23:07see122

G7 liderləri fikir ayrılığı səbəbindən sammitdən sonra ayrı ayrı bəyanatlar verəcəklər

13 İyun 2025 01:28see121

Bu kadrlar Bakıdakı uşaq bağçasında çəkilib Video

13 İyun 2025 02:40see120

Fransa şirkəti ilə alüminium sənayesi üzrə əməkdaşlıq müzakirə olunub

12 İyun 2025 22:19see120

Tramp: İran rəsmiləri nüvə sazişi bağlamaq üçün zəng edir

13 İyun 2025 20:09see119

ABŞ də nazirə sual vermək istəyən senatora güc tətbiq edildi

13 İyun 2025 02:49see119

Hava şəraiti pisləşəcək ƏHALİYƏ XƏBƏRDARLIQ

12 İyun 2025 22:47see114

Meşələrin İnkişafı Xidmətinin sabiq əməkdaşlarına hökm oxunub

13 İyun 2025 19:56see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri