Nüvə sazişi ilə bağlı ABŞ ilə danışıqlarda iştirak edən İran nümayəndələrinin hamısı öldürülüb
Oxumeni.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ prezidenti Donald Tramp CNN telekanalının jurnalisti Dana Başla söhbətində nüvə sazişi ilə bağlı ABŞ ilə danışıqlarda iştirak edən İran nümayəndələrinin İsrailin hərbi əməliyyatı nəticəsində öldürüldüyünü bildirib. Xanım Baş bildirib ki, Donald Tramp telefon danışığında ölən danışıqlarçıları “sərt xətt tərəfdarları” adlandırıb.
Jurnalist ABŞ prezidentindən danışıq aparanların İsrailin hərəkətləri nəticəsində öldürülüb-öldürülməməsinə aydınlıq gətirməsini istəyib və o, “onlar qripdən ölməyiblər, koronavirusdan ölməyiblər” deyə cavab verib.
Cənab Tramp həmçinin İsrailin hərəkətlərini “çox uğurlu” kimi qiymətləndirib. Dana Başın sözlərinə görə, o, İsrail hökumətinin həyata keçirdiyi tədbirləri də dəstəkləyib.
İyunun 13-nə keçən gecə İsrail “Şir millət” əməliyyatına başlayıb. İsrail Hərbi Hava Qüvvələri İranda yüzə yaxın hədəfə zərbələr endirib. Nəticədə SEPAH komandiri Hüseyn Salami, Baş Qərargah rəisi Məhəmməd Baqiri və nüvə alimləri həlak olub. İran Silahlı Qüvvələrinin Baş Qərargahı bəyan edib ki, İsrail bütün qırmızı xətləri keçib və hazırda Tehranın cavab zərbəsi ilə bağlı heç bir məhdudiyyəti yoxdur.
Əziz Mustafa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 14 İyun 2025 11:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















