Icma.az
close
up
RU
Veysəloğlu Şirkətlər Qrupu və “OBA” marketlər şəbəkəsi ilin ən yaxşıları seçilib

Veysəloğlu Şirkətlər Qrupu və “OBA” marketlər şəbəkəsi ilin ən yaxşıları seçilib

Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Nizami Kino Mərkəzində Biznes Mərkəzi Klubunun qala gecəsi və mükafatlandırılması keçirilib.

Tədbirdə açılış nitqi ilə çıxış edən "Biznes Mərkəzi Klubu”nun rəhbəri Rüfət Nadirli, klubun nailiyyətlərindən bəhs edərək yeni layihələr barədə məlumat verib. Rüfət Nadirli bildirib ki, fevralın 20-21-də Bakıda "Biznes Mərkəzi Klubu” və Gbaru platformasının birgə təşkilatçılığı ilə Turan Dövlətləri II İnşaatçılar və Əmlakçılar Forumu keçiriləcək. O, eyni zamanda Biznes Mərkəzi Klubunun tezliklə yeni rəsmi veb-saytının, radiosunun və hətta televiziya kanalının fəaliyyət göstərəcəyini vurğulayıb. Sədr qeyd edib ki, "Biznes Mərkəzi Klubu”nun qarşıdakı hədəfi sahibkarlığın inkişafına daha geniş miqyasda dəstək verməkdir.

Daha sonra millət vəkili Razi Nurullayev çıxış edərək Azərbaycanda sahibkarlığa verilən dəstək, bu sahədə prioritetlər və biznes mühitinin daha da inkişaf etdirilməsi istiqamətində görülən tədbirlər barədə danışıb. Millət vəkili "Biznes Mərkəzi Klubu”nun fəaliyyətini yüksək qiymətləndirərək, ölkədə sahibkarlığın inkişafına verdiyi töhfələri, innovativ biznes modellərinin təşviqini və startap ekosisteminin gücləndirilməsinə verdiyi dəstəyi vurğulayıb.

Xəzər Media Mərkəzinin Reklam və Marketinq departamentinin direktoru Gökhan Özkundakçı çıxış edərək klubun fəaliyyətinə uğurlar arzulayıb. O, Biznes Mərkəzi Klubunun sahibkarlıq ekosistemindəki rolunu yüksək qiymətləndirərək, media və biznes əməkdaşlığının gücləndirilməsinin vacibliyini vurğulayıb. Gökhan Özkundakçı, klubun sahibkarların inkişafına verdiyi dəstəyi təqdir edərək, bu təşəbbüsün ölkə iqtisadiyyatına müsbət təsir göstərəcəyinə inandığını bildirib. O, gələcəkdə media və biznes arasında daha sıx əməkdaşlıq imkanlarının yaradılmasının hər iki tərəf üçün faydalı olacağını qeyd edib.

Tədbirin ən maraqlı hissələrindən biri də "İlin ən yaxşıları"nın mükafatlandırılması mərasimi olub. "İlin biznes adamı" nominasiyasına Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi Aydın Talıbov və "İlin marketlər şəbəkəsi" nominasiyasına OBA layiq görülüb.

Tədbirdə bir çox qurumlar müxtəlif nominasiyalar üzrə mükafata layiq görülüblər.

Tədbirin musiqili hissəsində Mərdan Kazımov, "Cahan” Qrupu, Nuran və DJ Aqşin qonaqlara xoş əhval-ruhiyyə bəxş ediblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 31 Yanvar 2025 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see375

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see289

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see238

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see237

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see197

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see197

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see181

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see179

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see178

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see176

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see162

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see159

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see158

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see157

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see150

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see149

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see144

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see144

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see143

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri