Icma.az
close
up
RU
Vəzifə qurbanları: Paşinyanın komandasını istefaya göndərməsinin PƏRDƏARXASI

Vəzifə qurbanları: Paşinyanın komandasını istefaya göndərməsinin PƏRDƏARXASI

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Ermənistanın Baş naziri Nikol Paşinyan istefaya göndərdiyi hakimiyyət nümayəndələrinin yerinə yeni təyinatlara başlayıb.

Ancaq bu, hələ son deyil və hökumətdə növbəti kadr dəyişikliklərinin olacağı istisna edilmir. Əvvəlcə 6  nazir, komitə sədri və Ali Məhkəmə Şurası sədrinin işdən çıxarılması Paşinyanın növbədənkənar parlament seçkilərinə hazırlaşması kimi şərh olunmağa başladı. Hətta bəzi ekspertlər bir qədər uzunmüddətli proqnozlar verərək Paşinyanın məqsədinin seçkilərdən sonra Azərbaycanın tələbi ilə konstitusiya referendumu keçirmək olduğunu bildirdi. 

Belə fikirlərin hələ də səslənməsinə baxmayaraq, Nikol Paşinyanın yeni şəxslərə vəzifə verməsi onun seçkilər keçirəcəyi barədə ehtimalları xeyli azaldıb. Ermənistanın Baş naziri görünür, 2026-cı ildə  mövcud komanda ilə seçkilərə qatılmaq istəmir. Paşinyanın hesablamaları xalqdan üçüncü dəfə mandat almağın onun üçün çox çətin olacağını göstərir. 

Müxalifətin son günlər baş verən istefalara münasdibəti ciddi səslənir. Məsələn, “Erməni seçicilərinin səsi” Vətəndaş Təşəbbüsü Hərəkatının həmtəsisçisi Avetik Çalabyan Nikol Paşinyanın hakimiyyətdə qalmaq üçün komandasının bir hissəsini qurban verdiyini deyib. Bu baxımdan, Çalabyanın Ermənistan mətbuatına açıqlaması diqqəti cəlb edir. Onun sözlərinə görə, bir gecədə Ali Məhkəmə Şurasının sədri də daxil olmaqla 6 yüksək vəzifəli məmurun istefa verməsi sistemli problemlərdən xəbər verir. 

Qeyd edək ki, istefaların şəxsi münasibətlərdən qaynaqlanmadığı, sistemli problemlərlə bağlı olduğunu Paşinyan özü də xalqa müraciətində bəyan etmişdi. İlk baxışdan parlamentli respublikada hökumətdə tez-tez dəyişikliklərin baş verməsi normal görünə bilər. Lakin bu, eyni zamanda hökumət böhranının başqa formasıdır. Paşinyanın Nazirlər Kabinetinin noyabrın 16-da keçirilən iclasında hökumət üzvlərini danlaması onun mövcud vəziyyətdən narazı qaldığını təsdiq edir. 

Yaxud xalqın hökumətin fəliyyətini bəyənməməsi Paşinyan üçün arzuolunmaz nəticələrə, yəni hakimiyyətini itirməsinə gətirib çıxara bilər. Avetik Çalabyanın sözlərinə görə, cəmiyyətdə Paşinyan və onun ətrafı ilə bağlı narazılıq və yorğunluq, Paşinyan komandasının uğursuzluqlarını müşayiət edən yalanlar yaranır. “Paşinyan yalan ustasıdır və uğursuzluqlarını yalanlarla ört-basdır etməyi bacarır, lakin vaxt keçir və insanlar təhlil etməyə və alternativ fikirləri dinləməyə başlayır. Bu, Paşinyanın reytinqinin aşağı düşməsinə səbəb olur. Müxtəlif mənbələrə görə, Paşinyanın reytinqi 20-25 faiz arasında dəyişir”, - deyən Çalabyan bu şəraitdə seçkilərin 2021-ci ildəki kimi nəticə verməyəcəyini bildirib.

 Baş verənlər bir neçə səbəblə izah olunur. İlk növbədə seçkilərə az qalıb və ola bilsin ki, hadisələr növbədənkənar seçkilərə vadar etsin. Buna görə də Paşinyan öz reytinqinin aşağı düşməsini dayandırmalı və onu artırmalıdır. Müxalifətin reytinqinin daha da aşağı olduğunu soruşduqda, siyasətçi bu fikirlə razılaşsa da, seçicilərin yarısının qərarsız olduğunu, partiyaların səs toplamasına ehtiyac olduğunu xatırladıb. Çalabyan bildirib ki, 2021-ci ildə Paşinyanın reytinqi müxalifətlə təxminən eyni səviyyədə idi. Lakin seçkilərə bir neçə gün qalmış paradoksal bir hadisə baş verdi - sonda xeyli sayda seçici nədənsə Paşinyanın ətrafında toplaşdı. O, qarşıdan gələn seçkilərdə də bunu etməyə çalışacaq. Əks təqdirdə ya hakimiyyətini, ya da ən azı hakimiyyət monopoliyasını itirəcək. 

Qeyd edək ki, son rəy sorğuları Ermənistan vətəndaşlarının yalnız 14,1 faizinin Nikol Paşinyana tam inandığını göstərir. Respondentlərin 20,4 faizi Baş nazirin fəaliyyətini bəyənəcəklərini, 16,1 faizi isə həm bəyənib, həm bəyənmədiklərini deyib. Rəyi soruşulanların 41,5 faizi Paşinyanın işini tamamilə bəyənmədiyini söyləyib. Ümumilikdə, Paşinyanın işindən narazı olanların sayı 57,6 faiz təşkil edir.Hətta onun tərəfdarlarının bir qismi tərəddüd edir. Bu isə seçkilərdə Paşinyanın hakimiyyəti itirməsinə səbəb ola bilər. 

2021-ci ildə onun 53,4 faiz səslə qələbə qazanması bir neçə amillə bağlı idi. Birincisi, Ermənistanın 44 günlük müharibədən məğlub çıxmasına baxmayaraq, xalq revanşist müxalifətə dəstək vermədi. Yəni, müxalifətin qisasçılıq və müharibə çağırışlarını ermənilər qorxu ilə qarşıladı. 

İkincisi, Paşinyan eks-prezident Robert Köçəryan başda olmaqla, “Qarabağ klanı”nı seçkiyə buraxmaqla seçici kütləsini öz xeyrinə dəyişə bildi. Üçünücü, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın icrasında maraqlı olan Rusiya Ermənistan müxalifətini dəstəkləmədi.

İndi isə xalqın həm hakimiyyətdən, həm də müxalifətdən narazı olduğu Ermənistanda siyasi durğrunluq hökm sürür. Belə bir situasiyada meydana çıxacaq yeni bir siyasi qüvvə və ya lider 2026-cı ildə keçiriləcək seçkilərin qalibi ola bilər. Ona görə də Paşinyanın hökumətdə dəyişiklik etməsi etirazları sakitləşdirməyə hesablanmış preventiv addım kimi qiymətləndirilə bilər. Çalabyanın sözlərinə görə, Paşinyanın qarşısında keçmişin bir səhifəsini bağlamaq və yeni səhifə açmaq vəzifəsi durur. “Onu üzünü qırxmamaqda və arxaik görünüşə malik olmaqda ittiham etdilər. O, kameralar qarşısında təraş etdi. Kameralar qarşısında təraş etmək absurddur. Amma o, bunu qəsdən edir, mesaj göndərməyə çalışır. Dedilər ki, yaxşı görünmür, o, nə qədər atletik olduğunu göstərmək üçün səhər saatlarında velosiped sürməyə başladı. Dedilər ki, səliqəsiz geyinir, daha yaxşı geyinməyə başladı. Yəni, rebrendinq gedir. Hamısı da iyrənc “əsl Ermənistan” şüarı altında”. 

N.Paşinyanın hökumətdəki dəyişikliklərlə bağlı sifarişin Qərbdən gəldiyinə dair məlumatlar var. Bəzi ehtimallara görə, Nikol Paşinyan ABŞ-də Donlad Trampın prezident seçilməsindən sonra Bayden administrasiyasına və demokratlara yaxın olan kadrları vəzifədən uzaqlaşdırır. Bütün hallarda istefaların Qərblə əlaqələi olduğu istisna edilmir. Bu məsələyə toxunan Çalabyanın sözlərinə görə, orduda bu yaxınlarda dərc olunan islahatlar konsepsiyası ümumiyyətlə erməni dilində yazılmayıb,  tərcümə edilib:

“Onu kim yazıb? Qərb strukturlarından Müdafiə Nazirliyinə təyinatlı müşavir var, o da yazıb. Konsepsiya ordu haqqında deyil, prinsipcə hər hansı güc strukturu haqqındadır”.

Çalabyan Qərbdən gələn siyasi “kukla”ların indi işdən çıxarılan məmurlarla bağlılığına dair şübhələri var. O, daxili işlər naziri Vahe Kazaryanın Qərb üçün arzuolunmaz şəxs olduğu üçün işdən çıxarıldığını deyib. Məqsəd isə Qərbin Arpin Sarkisyanı daxili işlər naziri postuna gətirmək niyyəti olub. Ancaq Paşinyanın yeni kadrlarla seçkilərə qədər ona nüfuz gətirəcək müsbət nəticələr əldə edəcəyi məlum deyil. Hələlik, Paşinyan yalnız baş vermiş nöqsanları istefaya göndərdiyi hökumət üzvlərinin üzərinə atmaqla vəziyyətdən çıxa bilər. Ancaq bu, nə zamana qədər davam edəcək?

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 20 Noyabr 2024 18:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see196

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see157

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see152

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see145

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see140

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

ETX yeni podkast layihəsinə başlayıb

17 Yanvar 2026 15:34see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri