Icma.az
close
up
RU
Vəzifədən çıxarılan mətbuat katibi: ...bir birimizin üzünə dik baxa biləcəyik

Vəzifədən çıxarılan mətbuat katibi: ...bir birimizin üzünə dik baxa biləcəyik

Icma.az, Mia.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bir neçə gün əvvəl vəzifəsindən azad olunan AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli açıqlama verib.

Mia.az xəbər verir ki, o, AFFA-dan gedişini belə izah edib:  “Düz iki il əvvəl, bu gün – AFFA-nın qarışıq dövründə Mətbuat Xidmətinin rəhbəri olmağa razılıq verərkən, hansı riskə getdiyimi yaxşı bilirdim. Lakin düşünürdüm ki, addım-addım AFFA ilə mətbuat arasında o qədər də yaxşı olmayan münasibətləri yoluna qoymaq olar.

Bir tərəfdən də anlayırdım ki, bunun üçün reputasiyamdan, nüfuzumdan xərcləməli olacağam. Ancaq həmin dövrdə hər şeyin dəyişəcəyinə, yaxşı olacağına bir inam var idi... Bu, elə bir dövr idi ki, Premyer Liqada idman prinsiplərinə əməl olunmağa başlanmışdı, II Liqa yaradılmışdı, hətta kuluarlarda milli komandanın baş məşqçisinin yerli ola biləcəyi ilə bağlı söhbətlər dolaşırdı. Həqiqətən də həmin vaxt əksər insanlarda bir inam yaranmışdı...

Əgər az da olsa, AFFA ilə mətbuat arasında münasibətlərin yaxşılaşmasında bir payım oldusa, türklər demişkən - nə mutlu mənə. Bütün həmkarlarıma təşəkkür etmək istəyirəm. Məncə, ən kritik dönəmlərdə belə bir-birimizi başa düşdük. Əsas odur ki, bundan sonra da bir-birimizin üzünə dik baxa biləcəyik.Həyat davam edir. Şübhəsiz ki, hər şey daha yaxşı olacaq. Yenidən görüşəcəyik”.

Xatırladaq ki, avqustun 1-dən AFFA-nın mətbuat katibi postuna  Murad Axundov gətirilib. O, buna qədər, daha dəqiqi, bu il mayın 1-də AFFA-ya məlum xidmətə mütəxəssis təyin olunub.

Bundan əvvəl “Keşlə” FK-da (indiki “Şamaxı”) mətbuat xidməti, CBC kanalında işləyib. 

Yeri gəlmişkən, bu dəyişikliklə bağlı ilk xəbəri mia.az yayıb. Daha sonra isə təfərrüatlı yazı yayımlamışdıq.

https://mia.az/w1086275/memmedlinin-quotpazquoti-teymurovun-ambisiyasi-axundovun-yeni-layihesi-affa-nin-yeni-sozcusu-neyi-deyisecek-2025-07-29-000029

MİA.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://mia.az
archiveBu xəbər 01 Avqust 2025 14:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see349

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see280

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see267

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see266

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see264

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see255

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see254

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see253

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see250

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see247

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see235

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see233

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see226

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see224

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see222

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see219

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see201

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see198

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see196

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri