Vəzifəli şəxslərə yeni qadağa Cəriməsi 5000 manatdır
Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ölkə.az xəbər verir ki, bu, İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklər layihəsində əksini tapıb.
Layihəyə əsasən, korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə məlumat verən şəxsdən qisas almaq məqsədilə əmək müqaviləsinə xitam verilməsinə, vəzifədən azad edilməsinə görə 3000 manatdan 5000 manatadək məbləğdə cərimə ediləcək.
Dəyişiklik təklifinə əsasən, korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə məlumat verən şəxsdən qisas almaq məqsədilə ona tənbeh tətbiq edilməsinə, əmək müqaviləsinə xitam verilməsinə, vəzifədən azad edilməsinə, başqa işə keçirilməsinə, əməkhaqqından qanunsuz tutulmalar aparılmasına, vəzifədə irəli çəkilməsinə və ya həvəsləndirilməsinə maneçilik törədilməsinə, mənfi xarakterizə edilməsinə və digər bu cür tədbirlərin tətbiqinə görə 3000 manatdan 5000 manatadək məbləğdə cərimə ediləcək.
Baxış sayı:150
Bu xəbər 28 Oktyabr 2026 13:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















