Icma.az
close
up
RU
Vəzifəpərəstin sonu teatrşünas, dramaturq Çingiz Ələsgərli FOTOLAR

Vəzifəpərəstin sonu teatrşünas, dramaturq Çingiz Ələsgərli FOTOLAR

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Dövlət Musiqili Teatrın görkəmli dramaturq, yazıçı və ssenarist Sabit Rəhmanın "Əliqulu evlənir" komediyası əsasında hazırlanmış "Əliqulu bu gün evlənir" tamaşası oynanıldı. SİA xəbər verir ki, tamaşa Xalq artisti, "Şöhrət"ordenli İlham Namiq Kamalın 75 illiyinə həsr olunub. Səhnə əsərinin libretto müəllifi, quruluşçu rejissoru və baş rolun ifaçısı Xalq artisti, "Şöhrət"ordenli İlham Namiq Kamal, bəstəkarı, əməkdar incəsənət xadimi, mərhum Oqtay Rəcəbov, şeirlərin müəllifi, əməkdar incəsənət xadimi Baba Vəziroğlu, quruluşçu dirijou, əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, xormeyster, əməkdar incəsənət xadimi Vaqif Məstanov, quruluşçu baletmeyster, əməkdar incəsənət xadimi Nigar Şahmuradova, səhnə tərtibatı, əməkdar rəssam Nabat Səmədova, geyim üzrə rəssam Nübar Hüseynova, konsertmeyster Fidan Əliyevadır.

Sabit Rahmanın uzun müddət teatrlarımızın repertuarını bəzəyən "Əliqulu bu gün evlənir" tamaşası tamaşaçıları sevindirdi. Sabit Rəhmanın illərin sınağından çıxmış nümunəsi əsasında işlənmiş libretto əsərin süjet xətti saxlanmaqla müasir tələblərə uyğun tərzdə işlənmişdir. Sabit Rəhmanın komediyaları milli dramaturgiya tarixinin inkişafında müstəsna rol oynayaraq, artıq klassik nümunəyə çevrilmişdir. Belə nümunəkərlə işlərkən onun müasir dövrlə səsləşməsini tapmaq, tamaşaçını maraqlandırmaq vacib şərtdir.

İlk baxışda sadə görünən süjet xəttini yadımıza salaq. Vəzifəpərəst Əliqulu vəzifəsini itirməmək üçün, qoca yaşında evlənmək sevdasına düşərək.özünü gülünc vəziyyətə salır. Tamaşada biz Əliqulu və onun kölgəsi Səfərin vəzifə uğrunda apardıqları mübarizəyə ilə yanaşı sağlam düşüncə sahibi olan insanların ürəkaçan fəaliyyətlərinin də şahidi oluruq. Nə etməli hər bir cəmiyyətdə həm normal, həm də qeyri-normal fərdlər olur. Etiraf etməliyik ki, bu gün də cildlərini dəyişib, müasir biçimdə qarşımıza çıxan əliqulular və səfərlər hələ də var. Biz ilk baxışda onları tanımasaq da, vəzifə uğrunda apardıqları açıq və gizli mübarizə prosesində onlar özlərini biruzə verirlər.

Quruluşçu rejissor İlham Namiq Kamal tamaşanı yumoristik, satirik və komik janrda işləmişdir. Komik janrda işlənmiş səhnə əsərində hərəkətin daxili və xarici vəhdəti, bədii obrazların təsvir və təqdim bütövlüyü maraqla qarşılanır.

Səhnə əsərinin məkan tərtibatı və geyim həlli rəssamlar tərəfindən janrın tələblərin və müasirliyə uyğun tərzdə işlənmişdir. Rəssam tərtibatına görə, hadisələrin etdiyi məkan insanların toplaşdığı hər hansı park və ya digər açıq yerdir. Bu balet artistlərinin rəqsi üçün düşünülmüş geniş məkandır.Balet artistlərinin geyimi gəzintiyə çıxmış insanların paltarından seçilmir. Həm məkanın rəssam tərtibatında, həm də geyimdə rəng kaloriti və forma mütanasibliyinə ciddi riayyət olunmuşdur. Əliqulunun evi də rəssam tərəfindən dəqiq tərtibatda verilmişdir. Evdə diqqəti cəlb edən, sonradan evi yarıya bölmək üçün istifadə oluna bilən divan, qara kreslo və divara vurulmuş ailə portretidir. Bu portret Əliqulu ilə həyat yoldaşı Gövhərin portretidir. Əslində məkan üçün düşünülmüş bütün əşyalar, hətta portret belə, sonradan ikiyə bölünmək üçündür. Qara kreslo Əliqulunun vəzifəpərəstlik simvoludur. Qara kreslonun biri Əliqulunun kabenetində, digəri evindədir. Əliqulu evində, ailəsin də də vəzifə kreslosundadır. Bəzi səhnələrdə cansız qara kreslo, sanki canlanaraq Əliqulunun özünə çevrilir. Qara kreslo bəzi səhnələrdə hətta əlil arabasını xatırladır. Bu Əliqulinun vəzifə düşkünlüyünün, artıq xəstəlik səviyyəsinə çatmasına işarədir.

Digər otaq dostların birlikdə toplaşdığı məkan kimi düşünülmüşdür. Hər bir məkan hadisələrin cərəyan etdiyi yer kimi normal qəbul edilir.

Tamaşanın bəstəkarı, əməkdar incəsənət xadimi, rəhmətlik Oqtay Rəcəbovun musiqisi əsərin ideyası ilə həmahəng səslənərək, obrazların təsvir və təqdimatında əsas rol oynayır. Musiqi komik, yumoristik və satirik hadisələrin həm mahiyyətini, həm də məna çalarlarını dəqiq ifadə edir. Musiqi partituraları aktyorların ifasında maraqla izlənir.

"Əliqulqu bu gün evlənir" tamaşası müxtəlif səbəblərdən düz 14 il yubandı. Rəhmətlik Oqtay Rəcəbov ömür vəfa etmədiyi üçün əsərin ilk tamaşasında iştirak edə bilmədi.

Tamaşa balet artistlərinin rəqsi və xorun ifası ilə başlayır. Deməliyik ki, xor truppasının teatrın eyvanlarındakı ifasını tamaşaçı maraqla qarşılayır. Onlar sanki eyvanlardan məhəllədə və ya parkda baş verən hadisələri izləyən qonşular kimi qəbul edilirlər. Xor və balet truppası hadisələrə bir növ giriş verərək, sanki dənizkənarı parkda baş verən məhəbbət hekayəsini həm seyr, həm də nəql edirlər. Balet truppasının rəqsi zamanı səhnənin mərkəzində iki aktyorun oyunu diqqət çəkir. Onlar bir-birlərini sevən Kamal (Səmədzadə Xasıyev) və Qumraldır. Qumral vəzifəpərəst və karyerist Əliqulunun qızıdır. O, İlk dəfə peşəkar teatrın səhnəsində maraqlı obrazla çıxış edir (Əzizəxanım Kazımova). Kamal sevdiyi Qumrala olan məhəbbətini onun ailəsinə çatdıraraq tezliklə toy etmək istəyir. İlk baxışda, əslində hər şey, xoş sonluqla bitməlidir. Amma ortada Əliqulu faktoru var. Əliqulu faktorunun izahı üçün əsərdə istifadə edilən bir mahnının mətnini yada salmağımız kifayətdir. Mahnıın mətnində deyilir ki, Əliqulu kreslosunu itirməmək üçün yeganə qızı Qumralı vəzifəsi olan meymuna belə ərə verməyə razıdır.

Tanınmış şair Baba Vəziroğlu tamaşanın ideya və rejissor qayəsinə uyğun şeirlər yazaraq, obrazların daha maraqlı və rəngarəng təsvirinə nail olub.

Tamaşada ilk olaraq Əliqulunun mənzilində onun həyat yoldaşı Gövhərlə (Zemfira Əbdülsəmədova) qarşılaşırıq. Aktrisa Əliqulunun həyat yoldaşı Gövhər (Z.Əbdülsəmədova) obrazını ailənin qədrini bilən, övladının xoşbəxtliyinə çalışan, əsl azərbaycanlı qadın, həyat yoldaşı və ana surəti kimi yaradır. O, obrazın rəngarəng daxili və xarici təsvirinin vəhdətini canlandıraraq, sözlə hərəkət-mizan vəhdətinə nail ola bilir. Gövhər Əliqulunun "təmirdən əvvəl" və "təmirdən sonrakı" dəyişkənliyə, daxilən narazı olsa da, üzdə bunu biruzə vermir. Buna Əliqulunun cavanlaşmaq istəyi kimi baxır. İlham Namiq Kamalın yaratdığı Əliqulu obrazı vəziyyətə görə zahirən və daxilən dayişdikcə, aktrisanın ifasında Gövhər obrazı da paralel olaraq dəyişib, başqalaşır. Birdən-birə Əliqulunun evlənmək istəyi ortaya çıxır və onun cavanlaşmaq istəyinin səbəbləri Gövhərə məlum olur. Gövhərin həlimliyi dərhal yox olur. O, tanınmaz dərəcədə dəyişir. Artlq aktrisanın ifasında qızının xoşbəxtliyi üçün Əliqulu kimi birisinin kaprizlərinə belə dözən Gövhər yoxdur. İndi qarşımızda yeganə istəyi qızının xoşbəxtliyi olan və Əliqulu kimi qədirbilməzi məhv etməyə hazır olan sərt bir qadın obrazı var. Artıq ifa tərzi, səs, hərəkət-mizan toplusu və münasibət tam dəyişir. Onun Əliquluya olan kin və kudurətinin qarşısını heç kim ala bilməz. Bütün bunları biz aktrisanın təqdim etdiyi rəngarəng ifa zənginliyində seyr edirik.

İşdən çıxarılan Əliqulunun Səfərin məsləhətinə möhtac qalır. Səfər Əliquluya əmisi nazirlikdə işləyən Nazlıya elçi düşüb, ona eşq elan etməsini məsləhət görür. Vəzifə üçün hər bir vaistədən istifadə edən Əliqulu buna görə "təmirə getməyə" belə razılaşır. "Təmirdən sonra" mətnə əlavə olunmuş mahnının sözlərində deyildiyi kimi, bığını qırxıb, başına parik qoyan, özünü cavanlaşdıran kişidən nə desən gözləmək olar. Elə də olur. Əliqulu səhvən evli bir qadın olan Nazlıya elçi düşüb, evlənmək xəyalına düşür. Bütün işlər bir-birinə qarışır. İşləri qarışdıran isə, Əliqulunun kölgəsi olan Səfərdir(İqbal Salamov). Səfər üçün Əliquludan böyük rəhbər yoxdur. Səfər kimisinin, elə Əliqulu kimi də rəhbəri olar. O, Əliqulunun məsləhətçisidir. Onun məsləhətləri ilə aləm bir-birinə dəyir. Guya Əliqulunun toyu olmalıdır. Amma, Əliqulu ilə Nazlının toyu deyil, Kamalla Qumralın toyu olur.

Əliqulunun köməkçisi Səfər obrazı biz də həm gülüş, həm də nifrət yaradır. Obrazın xarici və daxili görünüşünün rəngarəngliyi aktyorun zəngin aktyorluq bacarığından xəbər verir. Maraqlı, baxımlı və zəngin boyalarla işlənmiş ifa tamaşaçıda gülüş yaradır.

İlham Namiq Kamal Əliqulu obrazını yumoristik və satirik janrın tələblərinə uyğun təqdim edir. Biz tamaşada İlham Namiq Kamalın aktyor ifasında iki Əliqulu obrazı görürük. "Təmirdən əvvəlki" və "təmirdən sonrakı" Əliqulu. Əvvəlki Əliqulu obrazı ilə sonrakı arasında fərq böyükdür. Amma hər iki ifada qrotesk elementləri özünü biruzə verir. Aktyorun xarici və daxili təsvir vəhdətində qrotesk çalarlarını sezməmək mümkün deyil.

Görkəmli teatr islahatçısı K.S.Stanislavski qroteksə belə tərif vermişdi: "Qroteks üçün nəinki insan ehtirasının bütün tərkib hissələrini hiss etmək və duymaq, hətta onu mümkün qədər qabartmaq lazımdır. Qrotesk aydın olmaya bilməz"...

İlham Namiq Kamal ifada hərəkət-mizan toplusunun təqdiminə,müəyyən qədər sərbəstlik verir. Səhnəyə ilkin gəlişindən başlayaraq artıq Əliqulu obrazının mahiyyəti bizim üçün aydındır. Aktyor tərəfindən obraz sanki cazibədar, əlvan və rəngarəng yağlı boyalarla çəkilmiş rəsm əsərini xatırladır. Yuxarıda qeyd etdiyimiz kimi, Əliqulu həm mənzilində, həm də və kabinetində eynu kreslodur. Bu kreslo da Əliqulunun özü kimi artıq çoxdan köhnəlib. Kreslo Əliqulunun yaşam tərzi, mahiyyəti deməkdir. Bu kresloda Əliquludan başqa heç kəs əyləşə bilməz. Tamaşa Əliqulu obrazının üzərində qurulmuşdur. Maraqlısı odur ki, Əliqulu mənfi obraz olsa da aktyor ifasının mükəmməlliyi tamaşaçıda gülüş yaradır. Əliqulu obrazı aktyorun ifasında hərəkət-mizan toplusu və kaloriti ilə baxımlıdır.

Rusiyanın görkəmli aktyoru E. Lebedev yazırdı: "Mən obrazın maskasını atandan sonra rol alınmağı başladı və uğurlu alındı. Səhnə sənətinin öz qanunları var..." İlham Namiq Kamalın Əliqulu obrazı da sanki tədricən maskadan azad olunaraq tamaşaçıya daha yaxın olur. Aktyorun ifasında Əliqulu obrazı əsərin ideyasına və ədəbi mətnə uyğun quruluşçu rejissorun təklif etdiyi jestlər, baxışlar və pozalarla daha da zənginləşərərək baxımlı və yaddaqalan olur. Hətta bəzi səhnələrdə biz onu müasirlərimizə bənzədirik.

Nazlı (Gülnarə Əzizova) və onun həyat yoldaşı idman müəllimi Rövşən (Əkbər Əlizadə) maraqlı və rəngarəng oyun tərzi nümayiş etdirirlər. Nazlı obrazı aktrisa tərəfindən əsərin ideyasına uyğun zəngin və rəngarəng boyalarla təsvir edilib. Komik və satirik hadisələrin ardıcıllaşan süjet xəttində aktrisa baxımlı, maraqlı və yaddaqalan olmağı bacarır. Aktrisanın təqdimatında Nazlı obrazı əvvəlki ifalardan gördüyümüz obrazın həm bildiyimiz, həm də bilmədiyimiz cizgilərini bizim üçün əyaniləşdirir.

Rövşən kimi qısqanc bir ər obrazı (Əkbər Əlizadə) aktyor tərəfindən bütün müxtəlifliyi və ziddiyyətləri ilə təsvir olunub. Arvadını sevən Rövşəni qısqanclıq tez -tez özündən çıxarır. O, hirsini yatırmaq üçün hamı ilə savaşmaq, hər şeyi dağıtmaq, vurmaq istəyir. Qısqanclıq həddini keçəndə faciəyə çevrilir. Rövşənin qısqanclığı onların münasibətlərinə xələl gətirir. Bu hisslər polifoniyasını aktyor yüksək bacarıqla təqdim edir. Aktyorların ifasında həm Rövşən, həm də Nazlı obrazları oyun tərzləri ilə bir-birlərini tamamlayıb, maraqlı, rəngarəng, səmimi və inandırıcı ifa nümayiş etdirirlər.

Daha iki aktyorun ifasında iki obraz haqqında yazmaq istəyirik. Bunlar Kamal (Səmədzadə Xasıyev) və Qumral (Əzizəxanım Kazımova) obrazlarıdır. Kamal obrazı aktyor tərəfindən yüksək ifa bacarığı ilə təqdim olunaraq, əsərin ideyasına uyğun inandırıcı cizgilərlə əyaniləşir. Aktyor obrazın sevdiyinə və ətrafına olan münasibətlərini də bacarıqla və inandırıcı şəkildə nümayiş etdirilir. S. Xasıyevin aktyor ailəsindən çıxmağı və teatrda böyüməyi onun yaradıcılığına müsbət təsir göstərib. Gələcəkdə onun daha mükəmməl obrazlar ifa edəcəyinə inanırıq.

Əzizəxanım Kazımovanın təqdim etdiyi Qumral obrazı isə, yuxarıda dediyimiz kimi, peşəkar səhnədə ilk iş kimi diqqətəlayiq və maraqlıdır. Ona gələcək fəaliyyətində daha böyük uğurlar arzulayırıq.

Humay obrazı Rəsmiyyə Nurməmmədovanın təsvirində süjet xəttinin dəyişkənliyinə uyğun başqalaşaraq, maraqlı və cəlbedici ola bilir. Aktrisa hər bir komik, satirik və yumoristik vəziyyətə uyğun maraqlı və baxımlı ola bilir. Onun ifası ümumi aktyor ansamblının təqdimində rəngarəngdir.

Gülçöhrə Abdullayevanın ifa etdiyi Səadət obraqzı da maraqla baxılır. Aktrisa komik vəziyyətə uyğun dəqiq, maraqlı və baxımlı ola bilir.

Əliməmməd Novruzovun ifasında vəkil Xəlil obrazı gec də olsa xoşbəxtliyini tapmış yaşlı biri şəxs olaraq xoş təsir bağışlayır. O, yerində ciddi, yerində sadəlövh, yerində komik olmağı bacarır. Bu, söz yox ki, aktyorun İfa bacarığının zənginliyindən xəbər verir.

Ruslan Mürsəlovun ifasında Azad obrazı da komik hadisələr axarında maraqla izlənilir. Aktyor komik hadisələr təqdimatında ifa rəngarəngliyi nümayiş etdirə bilir.

Mehriban Rəcəbovanın Lumuxanım və Böyükxanım Məmmədovanın Heyvaxanım obrazları əsərə əlavə olunmuş surətlərdir. Hər iki obrazın əsərə əlavə olunmasını düzgün hesab edirik. Söhbət toydan gedirsə, özünə iş tapa bilməyən ali təhsilli küçə musiqiçilərinin əsərə əlavə olunması məntiqə uyğun hesab oluna bilər.

Qeyd etdiyimiz kimi, libretto müəllifi olan İlham Namiq Kamal səhnə əsərinə müəyyən əlavələr edib. Sosial şəbəkələr və mobil telefonlar dövrümüzün vacib problemləridir. Canlı münasibətləri və danışıqları cansız mobil telefon söhbətləri əvəz edib. İnsanlar canlı danışıqlardansa mobil telefon söhbətlərinə üstünlük verirlər. Mobil telefonlar və ümumiyyətlə sosial şəbəkələr insanlar arasında uçurum yaradır.

Səhnə əsərində, yazdığımız kimi, Sabit Rəhmanın klassik nümunəsindən ancaq süjet xətti, obrazların bir-biri ilə olan münasibətləri qalıb. Əsərin mətni tam müasirləşdirilərək dövrün tələb və problemlərinə uyğunlaşdırılıb.

Səhnə əsəri oynandıqca, tamaşadan-tamaşaya onun bütün hissələrinin tədricən öz yerini tutacağına və aktyor ifalarında ilk tamaşa gərginliyinin azalacağına əminik.

"Əliqulu bu gün evlənir" əsərinin Azərbaycan Dövlət Musiqili Teatrın repertuarında layıqli yer tutacağına isə tam əminik.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:87
embedMənbə:https://sia.az
archiveBu xəbər 12 Fevral 2025 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Somalilend ABŞ dan tanınma qarşılığında liman və hava bazası təklif edir

13 Aprel 2025 12:26see134

Azərbaycanlı rəssam ABŞ də yenidən birinci oldu

13 Aprel 2025 16:02see133

Fransa 2026 cı il büdcə kəsirindən 40 milyard avro qənaət edəcək

13 Aprel 2025 17:12see133

DOGE səmərəliliyi qeyd ediləndən aşağı ola bilər

13 Aprel 2025 23:11see130

Premyer Liqa: Araz Naxçıvan Kəpəz lə heç heçəyə razılaşdı

13 Aprel 2025 19:17see130

Van Damm istintaq altında: Kannda 10 il əvvəl baş verən insan alveri haqqında YENİ FAKTLAR

13 Aprel 2025 06:33see129

AMEA nın yubileyinə həsr olunmuş konfrans

13 Aprel 2025 04:16see125

Nazirlərin aylar sonra ilk görüşü: İrəvan nəyə çalışır?

13 Aprel 2025 09:02see124

Dublyor olmadan əfsanəyə çevrildi: Ölümə meydan oxuyan Cüneyt Arkın

13 Aprel 2025 02:32see123

Elektrikli avtomobillər qlobal istiləşmə ilə mübarizədə faydasızdır

14 Aprel 2025 07:57see121

Çində küləklə bağlı narıncı xəbərdarlıq elan edilib

14 Aprel 2025 05:53see121

İŞİD ə qarşı tarixi ittifaq: 5 ölkə güclərini birləşdirir

13 Aprel 2025 15:26see118

Bu bürclər yaxın zamanda varlanacaq ÇOX AZ QALDI

13 Aprel 2025 09:18see117

Şəhid mayorun xanımına vəzifə verildi FOTO

14 Aprel 2025 09:50see115

Bakıda FACİƏ: iki qardaş...

13 Aprel 2025 13:46see115

Zelenski beynəlxalq ictimaiyyətə səsləndi: “Rusiyaya qarşı daha sərt tədbirlər görün!”

13 Aprel 2025 16:15see115

Azər Bağırov 0:0 ı belə şərh etdi

13 Aprel 2025 20:54see114

Günah müğənnilərdə deyil, onlardadır

14 Aprel 2025 16:46see112

Netanyahu: Hədəfimiz israilli məhbusları azad etməkdir

14 Aprel 2025 19:44see111

Heydər Əliyev Mərkəzinin parkında gəzinti istirahət və incəsənət gözəlliyini seyr etmək üçün sevilən məkan FOTO

13 Aprel 2025 11:33see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri